24 Dekabr 2024, Çərşənbə axşamı

Dünənim, bu günüm, sabahım. İnkişafım, intibahım. 50 ildən artıq bir dövrü gözlərim önündə keçən doğma yurd yerim, qibləgahım. Sənin tərənnümünə hardan başlayım? Bu gününü vəsf etməyə şair qələmi, rəssam fırçası, bəstəkar duyğusu lazımdır ki, səni olduğun kimi əbədiləşdirə bilsin. Hüsnünə qoşulan söz, gözəlliyini yaşadan rəsm, səni vəsf edən bəstə sənə layiq olsun. Gecələri gündüzündən, qışı yazından seçilməyən, tarixi 7 min əvvələ aid olan və gündən-günə yeniləşən qədim Ordubad! Dünənimiz bizə bu günümüzün qədrini bilməyi, bu torpağı beləcə saxlamağı tövsiyə edir.

Füsunkar gözəlliklərə malik olan Ordubada tarixi mənbələrdə oxuduğumuz, coğrafiyaşünasların, səyyahların və digər görkəmli şəxsiyyət­lərin verdiyi qiymət heç də təsadüfi deyil. Belə təşbehlər saysız-hesabsızdır – qədim yurd yeri, tarixi abidələr diyarı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgə, alimlər yetirən torpaq. Ordubada ən böyük qiyməti isə ulu öndərimiz Heydər Əliyev verib: “Azərbaycanın incisi”. Fikrimizcə, bu qiymət digər təşbehlərin hamısının fövqündə dayanır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex mayın 15-dən 19-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Aksel Vex səfər çərçivəsində muxtar respublikanın tarixi, mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri ilə tanış olub.
Mayın 19-da səfir “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Darıdağ Arsenli Su Müalicəxanası, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanış olub.
“Əlincəqala” tarixi abidəsinə gələn Aksel Vexə abidə barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən bərpa olunur. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub.

Ardını oxu...

Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbələrin iştirakı ilə keçirilən dəyirmi masada ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu gün dünya Azərbaycanı nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik bir ölkə kimi tanıyır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi həmin ənənələrin qorunması məqsədi daşıyır. Bu, mahiyyət etibarilə mühüm əhəmiyyət daşıyan hadisə kimi bir daha sübut etdi ki, xalqımız hər zaman insanlıq meyarını üstün tutur, keçmiş ənənələri müasir dövrdə yeni müstəvidə bütün dünyaya təqdim edir.
Dəyirmi masada ali təhsil ocağının Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova çıxış edərək multikulturalizmin dünyanın 11 ölkəsinin nüfuzlu ali təhsil müəssisələrində, Azərbaycanın isə 20 ali məktəbində tədris olunduğunu vurğulayıblar. Çıxış edənlər Naxçıvan Dövlət Universitetində də Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənlərinin tədris olunduğunu bildirib, mədəni, etnik, dini və sair müxtəlifliklərin tənzimlənməsində düzgün siyasət modellərindən birinin də multikulturalizm olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, multikulturalizm dövlətlərin daxili siyasətində mühüm amilə çevrildiyi kimi, xarici siyasətin formalaşmasına da güclü təsir göstərir.
Dəyirmi masada mövzu ilə əlaqədar tələbələr fəal şəkildə rəy və münasibətlərini bildiriblər, suallar cavablandırılıb, eyni zamanda slaydlar nümayiş olunub.

Mina Qasımova

Xəbər verdiyimiz kimi, mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçirilib.
Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər.
Layihə üzrə tərəf-müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Avstriyadan olan beynəlxalq ekspertləri Robert Glökl və Heinz Shneider sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat veriblər. Ekspertlər müasir sərhəd idarəçiliyi modelləri barədə də danışıblar.
Əvvəlcə növbəti mərhələlərdə iştirak üçün qruplar yaradılıb, komandaların formalaşdırılması sahəsində nəzəri biliklərin artırılması məsələlərinə toxunulub. İştirakçılar ünsiyyət bacarıqlarını nümayiş etdirdikdən sonra təlimçilərlə birgə Albert Merabianın ünsiyyət qaydaları modeli üzərində işləyiblər. Motivasiya nəzəriyyəsindən çıxış edərək işçilərin motivasiyası və onun digərlərinə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.

Ardını oxu...

Yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Ərəfsə kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin mahiyyəti və İnzibati Xətalar Məcəlləsində prokuror nəzarəti” mövzusunda çıxış edib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsi ölkəmizin hüquq sistemində məsuliyyət müəyyən edən qanunlardan biridir. Azərbaycan Respublikasının əvvəlki İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyulun 11-də qəbul edilib və indiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib.
29 dekabr 2015-ci ildə qəbul edilmiş və 1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir. Məzmun və struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 609 maddə və 40 fəsildən ibarətdir. Əvvəlki Məcəllə ilə müqayisədə yeni Məcəllədə 5 fəsil və 151 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb və bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.

Ardını oxu...

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex mayın 15-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində avstriyalı qonaq Naxçıvanın gəzməli-görməli yerləri, təhsil, səhiyyə, mədəniyyət, yerli istehsal və emal müəssisələri ilə tanış olub.
Mayın 16-da Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində olan səfir sonra Naxçıvan Biznes Mərkəzinə gedib. Səfirə məlumat verilib ki, mərkəzin əsas məqsədi muxtar respublikada sahibkarlığın inkişafına dəstək göstərməkdən ibarətdir. Hazırda burada muxtar respublikada istehsal olunan məhsullar nümayiş etdirilir, eyni zamanda yerli sahibkarlarla müxtəlif görüş və treninqlərin keçirilməsi, onlara biznes məsləhətlərin verilməsi, metodoloji köməkliklərin göstərilməsi təmin olunur. 900-dən çox çeşiddə müxtəlif yerli məhsulların nümayiş etdirildiyi Naxçıvan Biznes Mərkəzi həm də muxtar respublikanın iqtisadi potensialı ilə tanışlıq baxımından əsas ünvanlardan biridir.

Ardını oxu...

Mayın 18-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlimə başlanılıb.
Təlim Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Pro­qramı və Azərbaycan Hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak edirlər.
Birləşmiş Millətlər Təşkilatının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, yeni və müasir sərhəd infrastrukturunun yaradılması baxımından Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında mühüm işlər görülüb.

Ardını oxu...

Naxçıvanın sürətli iqtisadi inkişafı, buradakı sabitlik muxtar respublikanı cazibə mərkəzinə çevirib.

Bu gün özündən kiçik ölkələrə yuxarıdan aşağı baxmağa adət edən Avropa və Qərb üçün müasir Azərbaycan güclü bir dövlət, qüdrətli tərəfdaş və sürətli iqtisadi, siyasi inkişaf modelinə malik, yüksək gələcək perspektivi olan bir ölkədir. Bu ölkənin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının özü isə ayrıca nümunə modelidir. Məhz elə bu səbəbdəndir ki, artıq beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri, müxtəlif ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Naxçıvana tez-tez səfər edirlər. Təbii ki, ilk növbədə, məqsəd muxtar respublika ilə tanışlıq və onun iqtisadiyyatını, sosial-mədəni həyatını yaxından öyrənməkdir.

Ardını oxu...

Laçın işğal olunanda 17 yaşım olub. 1992-ci ilin yazında, Naxçıvanın özünün də çətin günlərdə olduğu bir vaxtda Şuşa şəhərinin işğal olunması, bundan sonra isə Laçın rayonunun düşmən tapdağı altında qalması yaddaşımda silinməz izlər buraxıb. Həmin vaxt evimizdəki ağ-qara televizorun ekranında aparıcının “Laçın düşmən nəzarətinə keçdi” deməsi ölkəmizin gələcəyi ilə bağlı bütün ağ, işıqlı düşüncələrimi, xəyallarımı, arzularımı silmiş, şüuruma yanmış evlərin tüstüsü, divarları kimi qapqara fikirlər hakim kəsilmişdi. Televizorun önündə diz çöküb sonsuz bir çarəsizlik, ümidsizliklə boğazımda düyünlənən qəhəri çətinliklə udanda, yaşlı insanların ayaqyalın, başıaçıq yollara düşdüyünü, uşaqların külə dönən evlərinə necə həsrətlə və təəccüblə baxdıqlarını görəndə həyatımın 17-ci ilinin bəxş etdiyi coşqunluqla, qəzəblə and içmişdim ki, fürsət düşəndə bir ermənidən də olsa, bu vəhşiliklərin qisasını alacağam. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəz­olunmaz liderdir. O, bütün həyatı boyu vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində keçirilən “BMT Modeli” konfransı öz işini başa vurub.
Bir neçə gün davam edən konfrans Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi ölkədə BMT Modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır. Konfransda BMT Baş Assambleyasının işi “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda simulyasiya edilib. Azərbaycanın müxtəlif ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin tələbələri burada iştirak ediblər. Tələbələr BMT-nin üzvü olan müxtəlif dövlətlərin təmsilçisi qismində çıxış edərək həmin ölkənin təhsillə bağlı mövqeyini ortaya qoyublar, digər ölkələrin təmsilçiləri ilə fikir mübadiləsi, müzakirələr aparıblar. Təhsil strategiyası və siyasi maraqları üst-üstə düşən ölkələr koalisiya halında birləşiblər. Müxtəlif koalisiyaların təklifləri gözdən keçirilib, sonda tələbələr tərəfindən hazırlanan, BMT-nin Baş Assambleyasına təqdim oluna biləcək sənəd, ümumi qətnamə qəbul olunub.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, mayın 12-də Naxçıvan Dövlət Universitetində “BMT modeli” konfransı öz işinə başlayıb. BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai konfransın açılış mərasimində iştirak etmək məqsədilə həmin gün Naxçıvan Muxtar Respublikasına gəlib.
Qulam İsakzai əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Qonaq muxtar respublikanın tarixi abidələri, istehsal və mədəniyyət müəssisələri ilə də tanış olub. Qulam İsakzai “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Xalça Muzeyinə, Naxçıvan Biznes Mərkəzinə gəlib, muxtar respublikanın hərbi-siyasi tarixi, möhtəşəm abidələri ilə tanış olub, Naxçıvanın qədim sənət nümunələrinə, burada müxtəlif çeşidlərdə istehsal edilən məhsullara maraqla baxıb.

Ardını oxu...

2016-cı ilin ilk rübü tarixə döndü. Bəs bu rüb nə ilə yaddaşlarda qaldı? – sualının cavabını Şərur rayonunun timsalında axtardıq. Bununla bağlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Asif Hüseynovla həmsöhbət olduq. O bildirdi ki, bu gün Şərurda elə bir sahə yoxdur ki, orada inkişaf, dirçəliş, yüksəliş meyilləri hiss olunmasın. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması dəyişilib. 

Son illərdə quruculuq işlərinin həcmi daha da artıb, miqyası genişlənib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosial təyinatlı tədbirlər həyata keçirilməsin. Bu müddətdə neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bunun nəticəsidir ki, bu il də sərt keçən qış günləri Şərurun bir neçə ildir, təmin olunan qaynar həyat ritmini poza bilmədi. Bütün idarə, müəssisə və təşkilatlarda ahəngdar iş rejimi insanların yurd yerinə bağlılığını, işə məsuliyyət hissini, qurub-yaratmaq əzmini, muxtar respublikanın inkişafına töhfə vermək imkanlarını bir daha ortaya qoydu. Təhsil, mədəniyyət, rabitə, emal və istehsal müəssisələrində və digər obyektlərdə bu istəklərlə çalışan insanlar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində öz sözlərini dedilər. Bu da o deməkdir ki, Şərur rayonu daha bir ilə uğurla start verdi, qarşıdakı dövrdə qazanılacaq uğurların təməli qoyuldu.

Ardını oxu...

Mayın 12-də Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı öz işinə başlayıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının  “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində keçirilən konfransı BMT-nin İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev açıb.

Ardını oxu...

Tarixi romanlar banisinin arzuları

Məmməd Səid Ordubadinin Şərqi və Qərbi təsvir edən əsərlərindən biri olan “İki cocuğun Avropaya səyahəti” əsərini bir neçə dəfə mütaliə etmişəm. 1908-ci ildə Bakıda Haşımbəy Vəzirovun redaktorluğu ilə nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə çap olunmuş bu əsəri oxuyarkən düşünürdüm ki, Qərb ölkələrini rəğbət boyaları ilə təsvir edən böyük tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi bəs özü nə düşünürdü?
Qeyd edək ki, adıçəkilən əsərdə iki iranlı gəncin Avropaya səfəri təsvir olunur. Onlar Ordubaddakı tələbə yoldaşlarına məktublar yazırlar. Məmməd Səid Ordubadinin bu əsərində Şərq və Qərbin müqayisəsi, milli oyanışa, dirçəlişə çağırış motivi öz əksini tapıb. Müxtəlif Avropa ölkələrindən göndərilmiş 10 məktub əsasında qurulmuş əsərə diqqət etdikdə, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda o dövrün çətinlikləri gəlir gözlərimiz önünə, indi analoqu olmayan böyük və sürətli inkişafın şahidləri olduğumuzu bir daha dərk edirik. Ədib yazırdı:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilib. 

Əvvəlcə tələbələr komissiyanın struktur bölmələri ilə tanış olub, onlara komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, test mərkəzində tələbələrarası müsabiqə keçirilib. Komissiyanın şöbə müdiri Ümid Qurbanov “Dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları”, şöbə müdiri Mahir Abbasov “Dövlət qulluqçuları reyestrinin aparılması qaydaları”, sektor müdiri Türkan Gülməmmədli “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzularında slaydlar vasitəsilə açıq dərslər keçiblər. Görüşdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder mayın 9-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Üçgünlük səfər çərçivəsində diplomat muxtar respublikanın bir sıra istehsal, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.
Heydər Əliyev Sarayında olan qonağa məlumat verilib ki, sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. Sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki avadanlıqlar quraşdırılıb.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Naxçıvanın çoxsaylı mineral və müalicə əhəmiyyətli su mənbələri, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti turizmin inkişafı üçün geniş perspektivlər vəd edir”.
Bu fikirləri mayın 9-11-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Naxçıvanda yaradılan yüksək infrastruktur onun turizm potensialını artırır. Burada dünyanın müxtəlif ölkə­lərindən gələcək turistlər üçün çox gözəl şərait, imkanlar vardır.
“Muxtar respublikanın təbii cazibədarlığı dünyadakı turistlərin bura səfərinə zəmin yaradır. Onlar Naxçıvana gələ bilərlər və məsələn, şəxsən mənim özüm də ənənəvi turizmdən kənara çıxan bir insan kimi bu sahədə Naxçıvanda böyük imkanların şahidi oldum”, – deyən Filip Ştalder bildirib ki, səhiyyə turizmi baxımından Duzdağ Fizioterapiya Mərkəzi çox önəmli və qeyri-adi bir məkandır. O, ailə üzvləri ilə birlikdə bir gecə Duzdağda qaldığını qeyd edərək vurğulayıb ki, dünyanın heç bir yerində belə imkanlar yoxdur.
İsveçrənin səfiri Azərbaycanda və regionda çox məşhur olan Naxçıvanın mineral sularının istehsal olunduğu “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodu ilə də tanış olduğunu deyib: “Ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, mineral sularla bağlı Naxçıvan bəxti gətirmiş regionlardan biridir. İsveçrə Əməkdaşlıq Ofisi uzun illər Naxçıvanla əməkdaşlıq edib, kəhrizlərin bərpasında böyük işlər görüb”.
Səfərinin çox maraqlı, səmərəli və uğurlu keçdiyini vurğulayan diplomat qeyd edib ki, Naxçıvana heyran qaldığı üçün bura yenidən səfər etmək arzusundadır.

Rauf Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına və tədrisin səmərəliliyinin daha da artırılmasına hərtərəfli şərait yaradıb.

Ardını oxu...

Naxçıvan şəhərində yerləşən 5 ulduz kateqoriyasına malik “Təbriz” mehmanxanası mayın 10-dan etibarən yeni işıqlandırma sistemi ilə muxtar respublikanın paytaxtının simasını daha da gözəlləşdirib. Həmin gündən başlayaraq şəhər sakinləri və qonaqlar işıqlandırma sistemi vasitəsilə canlandırılan ulu öndər Heydər Əliyevin portretini, Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağını maraqla izləyiblər.

Müasir memarlıq üslubunun nümunələrindən biri olan “Təbriz” mehmanxanasının işıqlandırılmasında istifadə olunan sistem dünyada ən yaxşı sistem kimi tanınıb. Önümüzdəki günlərdə burada Naxçıvan Muxtar Respublikasının möhtəşəm tarixi abidələrini, füsunkar təbiət mənzərələrini də seyr etmək mümkün olacaqdır. Bu, milli-mənəvi dəyərlərimizə, zəngin tarixi irsimizə muxtar respublikada göstərilən həssas münasibətin növbəti nümunəsidir.

Ardını oxu...

Mayın 9-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Qars şəhərindəki abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Qars-Qafqaz Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanlı çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət müstəqilliyinin qorunması və iqtisadi inkişafın təmin olunması istiqamətində gördüyü işləri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin gərgin əməyi və uğurlu neft strategiyası sayəsində ölkə iqtisadiyyatının sürətli inkişafı təmin edilmiş, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi reallığa çevrilmişdir. Baş konsul Azərbaycanın dövlət müstəqilliyinin ulu öndərin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyətin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində gördüyü işlərdən danışmış, bu siyasi xəttin hazırda uğurla davam etdirildiyini bildirmişdir.

Ardını oxu...

Ümummilli liderimizin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan xalq gəzintisindən reportaj

May ayının 10-da ölkəmizin hər bir bölgəsində müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü yüksək səviyyədə, bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Bu əziz günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da bayram kimi keçirirlər. Ulu öndərin doğum günü müxtəlif idman yarışları, konsertlər və digər tədbirlərlə qeyd edildi. Muxtar respublikamızın hər yerində axşam saatlarında insanlar bu əziz günü bayram gəzintisi ilə başa vurdular. Görkəmli dövlət xadiminin hər bir naxçıvanlının qəlbində yeri var. İnsanların çöhrələrini bəzəyən təbəssümü dahi rəhbərə böyük minnətdarlıq hisslərinin ifadəsi kimi duymaq çətin deyildi. İstər həkim, istər müəllim, istər alim, istər torpaq mülkiyyətçisi, istər sahibkar olsun, hamının həyatına, yaşam tərzinə dahi rəhbərin insanın layiq olduğu səviyyədə yaşamasını təmin etmək üçün həyata keçirdiyi tədbirlərdən pay düşüb. 

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan şuranın sədri Sucaxan Novruzov bildirmişdir ki, Azərbaycanın çağdaş tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin fəaliyyətinin hər anı xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmətdən ibarətdir. 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verdi. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 70-80-ci illərdə ulu öndərin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuş, aqrar sənaye kompleksinin sürətlə inkişaf etdiyi respublikaya çevrilmişdir.
Qeyd olunmuşdur ki, görkəmli dövlət xadimi 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkə­mizin gələcək müstəqilliyinin əsasını qoymuşdur. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu mənada, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır.
Sonra şuranın əməkdaşlarından Xatirə İbrahimli, Gözəl Qəmbərova, Nüsrəddin Məmmədov, Aynur Ağayeva, Eyvaz Əsgərov, Taliyə Bağırova çıxış etmişlər.

Xəbərlər şöbəsi

Bildiririk ki, 2016-cı il mayın 4-də turaninfo.az saytında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi haqqında verilən məlumat həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Belə ki, Məmmədov Qurban Cəlal oğlu mayın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə gələrək qanunsuz sığorta ödənişinin verilməsini tələb etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları tərəfindən Qurban Məmmədova bildirilmişdir ki, onun tələb etdiyi sığorta ödənişi ilə bağlı hal sığorta hadisəsi hesab olunmur və bu səbəbdən hər hansı bir ödəniş mümkünsüzdür. Bununla yanaşı, həmin şəxsə müvafiq imtina məktubu da təqdim edilmişdir. Lakin qanunsuz tələblərini davam etdirən Qurban Məmmədov agentliyin əməkdaşlarına qarşı kobudluq etmiş, hədə-qorxu gələrək sığorta pulunu alacağını bildirmişdir. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə teleqram göndərərək Agentliyi günahlandırmağa çalışmışdır. Mayın 3-də isə onun qohumu Murad Məmmədov Agentliyə şikayət məktubu göndərmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən mayın 6-da məktuba cavab verilmiş və sığorta hadisəsindən imtinanın qanunvericiliyin tələblərinə tam uyğun olduğu bir daha izah edilmişdir.

 Bildiririk ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən oxucuların düzgün məlumatlandırılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin bu məlumatı da turaninfo.az saytında yerləşdirilməlidir. 

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mətbuat xidməti

 Şərur rayonu

Muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da xalqımızın ümummilli lideri, bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü geniş şəkildə qeyd olunub. Ümummilli liderin respublikamızın digər bölgələrində olduğu kimi, Şərurda da silinməz izləri vardır. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik əldə etdikdən sonra Şərur rayonunda inşa olunmuş onlarla sənaye müəssisəsi, sosial-mədəni obyekt, suvarma qurğuları, çəkilən yollar, salınan körpülər məhz ulu öndərin yadigarlarıdır. Görkəmli dövlət xadiminin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda “Ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli müstəqil respublikamızda aparılan ordu quruculuğu prosesindən söhbət açıb. Bildirib ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün həyatı boyu öz xalqına xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün mükəmməl dövlətçilik konsepsiyasını həyata keçirərkən milli hərbçi kadr potensialının yaradılmasına, milli ordu quruculuğuna xüsusi diqqət yetirib.

Ardını oxu...

Mayın 6-da “Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb. Bildirilib ki, dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ölkəmizin gələcəyi naminə gördüyü nəhəng işlər Ona öz xalqının qəlbində əbədi yaşamaq hüququ qazandırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməzdir. Görkəmli dövlət xadiminin fədakarlığı və uzaqgörən siyasəti sayəsində həmin dövrdə mövcud olan problemlər aradan qaldırılıb və ölkəmizin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Bu gün Azərbaycan məhz ulu öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində regionun aparıcı dövlətinə çevrilib, dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Ardını oxu...

Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənah­əli xan Cavanşir tərəfindən qoyulmuş, Pənahəli xanın şərəfinə “Pənah­abad”, şiş uclu dağların əhatəsində yerləşdiyi üçün bir müddət “Şişə”, sonra isə “Şuşa” adlandırılmışdır.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Azərbaycanın Qarabağ xanlığının iqamətgahı və xanlığın inzibati mərkəzi olmuşdur. Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları xanlığı zəiflətmək üçün bütün imkanlardan istifadə edirdilər. Bu imkan isə Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Şuşaya ermənilərin köçürülməsi idi. Ermənilərin xislətinə və psixologiyasına yaxşı bələd olan, onlardan gələcəkdə də özlərinin geosiyasi maraqları üçün istifadə etmək məqsədilə çar Rusiyası Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa erməni ailələri köçürməyə başlamışdır. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 91 faizini təşkil edirdisə, köçürmə siyasəti nəticəsində bu, 64,8 faizə enmişdi.

Ardını oxu...

Dünən AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 70-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda danışaraq bildirib ki, Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrindəki dirçəliş məhz onun müdrik və uzaqgörən fəaliyyətinin nəticəsidir.
Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb çalışdığı, muxtar respublikanın rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan böyük tarixi qərarlar qəbul edib. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında mühüm qərarlar qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Bu qərarlar müstəqil Azərbaycanın milli dövlət quruculuğunda böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq hər bir xalqın arzusu olmuşdur. Azərbaycan xalqının müstəqillik mübarizəsi də bu amala xidmət edirdi. Əbədiyaşar xilaskar, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışı zamanı Azərbaycan iflas həddində idi, hüquqi dövlət quruculuğundan, ədalət və qanunçuluqdan isə söhbət gedə bilməzdi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan ümummilli lider Heydər Əliyev cəsarəti və sarsılmaz iradəsi ilə ölkəmizin demokratik və hüquqi dövlət kimi təşəkkül tapmasına müvəffəq oldu. Məhz Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində real dövlət quruculuğu səhifəsi açıldı. Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən ümummilli lider yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkə­də demokratik, hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan ulu öndər Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Oğlanqala kəndində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev, təşkilatın idarə heyətinin üzvü Vaqif Cabbarov, şura üzvü Ədalət Əhmədov və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan itti­faq respublikaları arasında ən yüksək pilləyə yüksəlib. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu mayın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edən Koreyanın səfiri Heydər Əliyev Muzeyi ilə də tanış olub.
Duzdağ Fizioterapiya Mərkəzində koreyalı qonağa buradakı müalicə prosesi haqqında məlumat verilib. Bildirilib ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə üçün xeyli insan gəlir.
Mayın 3-də Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Kim Çanq-Qyu Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağa məlumat verərək bildirib ki, Naxçıvan Dövlət Universitetində tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla, bu sahədə atılan mühüm addımdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən məşğələni giriş sözü ilə nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov açaraq bildirib ki, ulu öndərimizin müəyyənləşdirdiyi layihələr bu gün ölkə həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Dahi rəhbərin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Sonra “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, ötən əsrin sonlarında Sovetlər Birliyi iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi ölkə­mizdə özbaşınalıq yaradıb, daxili sabitlik pozulub, yenicə qazanılmış müstəqilliyimiz təhlükə ilə üzləşib. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərib. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Bu dövrdən etibarən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlayıb.

Ardını oxu...

“Şərq qapısı” qəzetinin müxbirinə səfərinin məqsədi və səfər təəssüratları barədə danışan səfir Kim Çanq-Qyu deyib: “Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir. Xüsusilə mədəniyyət sahəsində bizim əlaqələrimizin inkişaf perspektivləri çox yüksəkdir. Qarşılıqlı əməkdaşlıq imkanlarımız çox genişdir. Çünki xalqlarımız eyni mədəni köklərə sahibdir”.
Səfir qeyd edib ki, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olub: “Naxçıvan Biznes Mərkəzində olarkən gördüklərim və verilən məlumat məndə belə bir qənaət yaratdı ki, Naxçıvan Muxtar Respublikası özünün istehsal etdiyi məhsullarla yerli tələbatı tam ödəyir. Naxçıvan əhalisi firavan və xoşbəxt yaşayır. Ona görə ki, muxtar respublika çox böyük inkişaf yolu keçib. Tarixi şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri həm də müasir görkəmi ilə diqqətimi cəlb etdi. Naxçıvan əhalisinin öz torpaqlarını düşməndən müdafiə etmək əzmi çox yüksək qiymətə layiqdir”.

Ardını oxu...

Ötən həftə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmiş Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase Naxçıvan Muxtar Respublikasına da səfər edərək onun görməli yerləri, tarixi abidələri və təhsil müəssisələri ilə yaxından tanış olub. Amerikalı jurnalisti redaksiyamıza dəvət edib, onun təəssüratlarını öyrəndik: 

– Artıq üç gündür ki, Naxçıvandasınız və səfərinizdən hansı təəssüratlarınız vardır?

– Bu, mənim Naxçıvana ikinci səfərimdir. 2014-cü ilin payızında keçirilən humanitar forumun iştirakçısı kimi o zaman yenə də Naxçıvana səfər etmişdim. Bu dəfə də qismət oldu, gözəl ölkənizə dəvət aldım və yenidən Naxçıvana gəldim. Naxçıvana ilk gəlişimdən sonra çox dəyişikliklərin şahidiyəm. Təəssüratlarıma Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlər üçün yaradılmış şəraitdən başlamaq istəyirəm. Limanın xidmət potensialının artırılması məqsədilə görülmüş işlər onu göstərir ki, Naxçıvan hər gün yüzlərlə qonağı qarşılamaq üçün bütün imkanlara malikdir. Bu, inkişaf edən ölkəniz üçün çox vacibdir, çünki indi bütün dünyanın diqqəti Naxçıvandadır.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın  müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.

Sayca iyirmi ikinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular Heydər Əliyevlə reallaşıb. Ulu öndər özünün də dediyi kimi ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndər­in reallaşan arzusunun ifadəsinə çevrilib.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktor əvəzi Mehri Seyidbəyli açaraq dahi rəhbərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan danışıb, ulu öndərimizin Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin və digər həyat əhəmiyyətli sahələrin inkişafında müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi əvəzsiz töhfələrdən söz açıb. O bildirib ki, ümummilli liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla xalqımızın çoxəsrlik arzusunu həyata keçirib. Bu gün sahib olduqlarımızın hamısı ulu öndərimizin siyasi uzaqgörənliyi, sarsılmaz iradəsi və güclü xarakteri sayəsində mümkün olub.

Ardını oxu...

Mayın 3-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist, tədqiqatçı Peter Tase ilə gənclərin görüşü olub.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq muxtar respublikada həyata keçirilən gənclər siyasətindən danışıb.
Müstəqil tədqiqatçı-jurnalist Peter Tase çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında sonuncu dəfə 2014-cü ildə olub. Aradan o qədər çox zaman keçməsə də, Naxçıvan xeyli dəyişib və inkişaf edib. Qonaq qeyd edib ki, muxtar respublikanın inkişafını bütün sahələrdə müşahidə etmək mümkündür. Muxtar respublikada gənclərə hərtərəfli diqqət və qayğı göstərilir. Onlarla müxtəlif layihələr həyata keçirilir. Bir sözlə, burada gənclər gələcəyin əsl kadrları kimi yetişdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək bildirib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçirilən “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcı­lıq müsabiqəsində tədqiqatçı-jurnalist Peter Tase birinci yerə layiq görülüb. Bu münasibətlə onu bir daha təbrik edirik.
Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diplomu qalibə təqdim edib.
Sonda tədbirdə iştirak edən gənc­lərin müxtəlif mövzularda sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

Mayın 2-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “İstiqlala gedən yol: 1969-1982-ci illərdə Azərbaycanda ictimai-siyasi inkişaf” mövzusunda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü canı qədər sevdiyi Azərbaycanın inkişafına, onun xoşbəxt gələcəyinə həsr edib. O, 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldikdən sonra keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında geridə qalan, dövlət planlarını yerinə yetirə bilməyən Azərbaycanı qabaqcıl respublikalar sırasına yüksəldib. Azərbaycanın qızıl dövrü adlandırılan həmin illərdə respublikamızın sosial, iqtisadi, siyasi və mənəvi siması tamamilə dəyişib və vətənimiz yeni, müstəqil yaşamağa qadir olan bir ölkəyə çevrilib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirmiş, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin mətbuat və söz azadlığının inkişafına yönəlmiş siyasətini uğurla davam və inkişaf etdirir. Ölkə başçısının “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2008-ci il 31 iyul tarixli Sərəncamı və “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” 2009-cu il 3 aprel tarixli Fərmanı bu mənada mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusuna həsr olunmuş növbəti – 205-ci məşğələsini giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın müstəqilliyə qədərki dövrdə və müstəqillik illərindəki ictimai-siyasi həyatının bütün sahələrində reallaşdırdığı islahatlardan, əvəzolunmaz xidmətlərindən söz açıb.
Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, iqtisadi cəhətdən ağır və qarışıq dövründə nümayiş etdirdiyi cəsarəti, siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində taleyüklü qərarlar qəbul olunub, ölkədə siyasi stabillik bərqərar edilib, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub.

Ardını oxu...

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar.

Bildirilmişdir ki, muzey görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanış olmaq mümkündür. Burada saxlanılan və nümayiş etdirilən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları, Azərbaycan ədəbiyyatının yaradıcıları haqqında məlumatlar, onların əsərləri bu baxımdan etibarlı mənbədir. Muzeyə gələnlər Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrlə zəngin olan ekspozisiyada naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin, ixtisaslaşdırılmış məhkəmələrin də kollektivləri Ədəbiyyat Muzeyində olmuşlar.

Ardını oxu...

Aprelin 29-da Naxçıvan Dövlət Texniki Kollecində “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda lektoriya keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş bu dahi şəxsiyyət ölkəmizin müstəqilliyinin əldə olunmasında, qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılıb. Belə ki, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

Ardını oxu...

 Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamənin qəbul olunmasından 23 il ötür

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamənin qəbul olunmasından 23 il ötür.
BMT Təhlükəsizlik Şurası həmin qətnamədə təcavüzkar Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət etməyə çağırıb. Həmçinin bildirilib ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxalq hüquqa ziddir. Təəssüf ki, bu gün də təcavüzkar Ermənistan nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir, aqressiv işğalçılıq siyasətinə son qoymur. İrəvanda hakimiyyətdə olan terrorçu, cinayətkar rejim nəinki bu qətnaməni, BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə qəbul etdiyi 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə qəbul olunan 874, nəhayət Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri də yerinə yetirmir, bununla da dünya birliyinin çağırışlarını saya salmadığını nümayiş etdirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin aprel ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 8 oktyabr tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus, həmçinin oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişikliklər edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici tədbir keçirilib.
Əvvəlcə xidmətin əməkdaşı Samir Abbasov çıxış edərək iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verib, belə tədbirlərin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsində əhəmiyyətindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək Azərbaycan xalqının mədəniyyəti və inkişaf tarixi haqda məlumat verib.
Bildirilib ki, muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət və incəsənət sahələrini də əhatə edib. Dövlət müstəqilliyimizi qazandıqdan sonra mədəniyyət və incəsənətimizin tərəqqisi, təbliği, beynəlxalq arenada tanıdılması sahəsində böyük nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan mədəniyyətinin xoş sorağı müxtəlif ölkə­lərdən gəlir. Bu ünsiyyətin nəticəsində mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası prosesi daha da sürətlənir. Belə əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları fəallıq göstərirlər.

Ardını oxu...

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova açaraq qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib.
Tədbirdə qeyd edilib ki, Azərbaycanın görkəmli oftalmoloq-aliminin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aksiyalar keçirib, aztəminatlı ailələrdən olan şagird və tələbələr Almaniya istehsalı olan eynəklərlə təmin ediliblər.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken aprelin 27-də Naxçıvan Muxtar Respublikasında birgünlük səfərdə olub. Səfər müddətində Naxçıvanın bir çox gəzməli-görməli yerləri ilə tanış olan qonaq səfər təəssüratları barədə “Şərq qapısı” qəzetinə müsahibə verib.

– Xanım Jill Helken, sizi yenidən Naxçıvanda görmək xoşdur.
– Çox sağ olun, mən də yenidən Naxçıvanda olmaqdan, buradakı tanışlarla görüşməkdən çox məmnunam. Bu, mənim muxtar respublikaya ikinci səfərimdir. İlk dəfə burada 15 il bundan əvvəl olmuşam. O zaman əməkdaşlığımız yeni başlayırdı. Budəfəki səfərdə isə məqsədimiz mövcud əməkdaşlığın davam etdirilməsi ilə bağlı müzakirə aparmaq və Naxçıvanla yenidən tanış olmaq idi.
– Yəqin ki, tanış ola bildiniz?

Ardını oxu...

Görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və elmi-ictimai fəaliyyəti insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq bir örnəkdir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvan torpağında, Şahtaxtı kəndində görkəm­li dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəngin maarifçilik ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları Zərifə xanımı hələ məktəb illərindən elmə, işıqlı ideallara doğru istiqamətləndirmiş, onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində böyük təsiri olmuşdur.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Gənc yaşlarından fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə seçilən Zərifə Əliyeva tibb elmi ilə yanaşı, digər fənlərə də maraq göstərmiş, hərtərəfli biliyə malik həkim və xeyirxah insan kimi formalaşmışdır.
Qəlbi xeyirxahlıq amalları, humanizm ideyaları ilə döyünən Zərifə xanım Əliyevanın oftalmologiya elmini seçməsi zərurətdən yaranmışdı. Məhz həmin dövrdə Azərbaycanda böyük bəlaya çevrilən traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə-profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir.

Ardını oxu...

Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helkenin Naxçıvan şəhəri ilə tanışlığı ümummilli liderin abidəsini və Heydər Əliyev Muzeyini ziyarətlə başlayıb.
Heydər Əliyev Muzeyində qonağa məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndərin sağlığında yaradılan muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanılıb. Hər il minlərlə tamaşaçı muzeyi ziyarət edir.
Sonra xanım Jill Helken “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonağa məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR