24 Dekabr 2024, Çərşənbə axşamı

Bildiririk ki, 2016-cı il mayın 4-də turaninfo.az saytında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi haqqında verilən məlumat həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Belə ki, Məmmədov Qurban Cəlal oğlu mayın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə gələrək qanunsuz sığorta ödənişinin verilməsini tələb etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları tərəfindən Qurban Məmmədova bildirilmişdir ki, onun tələb etdiyi sığorta ödənişi ilə bağlı hal sığorta hadisəsi hesab olunmur və bu səbəbdən hər hansı bir ödəniş mümkünsüzdür. Bununla yanaşı, həmin şəxsə müvafiq imtina məktubu da təqdim edilmişdir. Lakin qanunsuz tələblərini davam etdirən Qurban Məmmədov agentliyin əməkdaşlarına qarşı kobudluq etmiş, hədə-qorxu gələrək sığorta pulunu alacağını bildirmişdir. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə teleqram göndərərək Agentliyi günahlandırmağa çalışmışdır. Mayın 3-də isə onun qohumu Murad Məmmədov Agentliyə şikayət məktubu göndərmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən mayın 6-da məktuba cavab verilmiş və sığorta hadisəsindən imtinanın qanunvericiliyin tələblərinə tam uyğun olduğu bir daha izah edilmişdir.

 Bildiririk ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən oxucuların düzgün məlumatlandırılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin bu məlumatı da turaninfo.az saytında yerləşdirilməlidir. 

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR