Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar.
Bildirilmişdir ki, muzey görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanış olmaq mümkündür. Burada saxlanılan və nümayiş etdirilən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları, Azərbaycan ədəbiyyatının yaradıcıları haqqında məlumatlar, onların əsərləri bu baxımdan etibarlı mənbədir. Muzeyə gələnlər Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrlə zəngin olan ekspozisiyada naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin, ixtisaslaşdırılmış məhkəmələrin də kollektivləri Ədəbiyyat Muzeyində olmuşlar.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyini, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları Dövlət Bayrağı Muzeyini, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirliklərinin kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyini, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Xatirə Muzeyini, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar, Səhiyyə nazirliklərinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Standartlaşdırma, Metrologiya və Patent, Ailə, Qadın və Uşaq Problemləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət etmişlər. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Bəhruz Kəngərlinin ev-muzeyində, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzeti redaksiyasının, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Statistika Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində olmuşlar.
“Şərq qapısı”