24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Oğlanqala kəndində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev, təşkilatın idarə heyətinin üzvü Vaqif Cabbarov, şura üzvü Ədalət Əhmədov və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan itti­faq respublikaları arasında ən yüksək pilləyə yüksəlib. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.

Vurğulanıb ki, 1993-cü ildə ölkə­də xaos, hərc-mərclik, özbaşınalıq hökm sürürdü, qanunsuz silahlı dəstələr əhalini qorxu altında saxlayırdı. Xalqa sədaqətlə rəhbərlik edən əsl liderin olmaması, dövlətçilik institutlarının səbatsızlığı ucbatından ölkə, sözün əsl mənasında, kortəbii axara düşmüşdü. Ulu öndərin dövlətçilik qətiyyəti və iradəsi nəticəsində qısa vaxtda bu vəziyyətə son qoyuldu, vətəndaş qarşıdurması aradan qaldırıldı, qanunçuluq bərpa olunaraq möhkəmləndirildi, ictimai-siyasi sabitlik yaradıldı.
Qarşıya qoyulan əsas məqsədlərdən biri bundan sonra xarici investorları ölkəyə cəlb edib iqtisadiyyatı dirçəltmək, yeni müəssisələr yaratmaq idi. Böyük öndər ölkənin iqtisadi inkişafını dövlətin əsas vəzifəsi elan etdi və 1994-cü ilin sen­tyabr ayında Azərbaycan üçün, region üçün iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni həyatında yeni dövr başlandı.
Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevi xalqın ümummilli liderinə çevirən keyfiyyətlərdən başlıcası onun xalqına qırılmaz tellərlə bağlı olması idi. Bütün ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, nüfuzunun artmasına sərf etdi. Güclü, yenilməz və qüdrətli bir dövlət qurdu.
Bu gün ulu öndərimizin ideyaları ardıcıl olaraq həyata keçirilir, müəyyənləşdirdiyi və ölkəmizin gələcəyi üçün planlaşdırılmış strategiya uğurla davam etdirilir. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının timsalında daha yaxından görmək olar. Son illərdə bu qədim diyarda təmin olunmuş ictimai-siyasi sabitlik, muxtar respublikanın həyat ritminə çevrilmiş abadlıq-quruculuq tədbirləri ulu öndər Heydər Əliyev şəxsiyyətinə böyük sədaqət və ehtiramdan qaynaqlanır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR