23 Dekabr 2024, Bazar ertəsi

Bütün dövrlərdə inkişafın, yüksəlişin, uğurların başlıca səbəbi və aparıcı qüvvəsi hesab olunan nizam-intizam ölkədə, cəmiyyətdə, iş yerimizdə qaydalara, qanunlara şüurlu şəkildə əməl olunmasının vacibliyini ön plana çəkir. Nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi daim diqqəti cəlb edir, rəğbət yaradır. Nizam-intizamın olmadığı diyarlarda, ölkələrdə xaos, anarxiya, özbaşınalıq kimi arzu­olunmaz dağıdıcı meyillər yaranır, faciələrə yol açan hadisələr baş verir. Yəni nizam-intizam inkişafla yanaşı, həm də davamlı sabitliyin, əmin-amanlığın açarıdır. Məlumdur ki, sabitliyin olmadığı yerdə nailiyyətlərdən söhbət belə gedə bilməz.

Bu gün inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Vaxtında görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində özünün şaxələndirilmiş hərtərəfli inkişaf epoxasını yaşayan Naxçıvanın beşminillik şəhər tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bütün şəhərlərində inşa edilən və ya əsaslı təmir olunan binalarda Şərq və Qərb üslubunun üzvi sintezi milli memarlıq ənənələrinin yeni çalarlarla zənginləşdirilməsinə şərait yaradıb.

Ardını oxu...

Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə Şıxmahmud Kənd Mərkəzində torpaq qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət növləri haqqında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Torpaq qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı element­lərinin yaranması qaydası Konstitusiya və digər qanunvericiliklər ilə tənzimlənir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarı təsdiq edilmişdir. Qərara əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 6, 7 iyul Ramazan bayramı, 12, 13 sentyabr isə Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin yanvar ayında da bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısı” təsdiq edilmişdir. Həmin qərarla da “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanlarının siyahısının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 oktyabr tarixli qərarı ləğv edilmişdir.

Ardını oxu...

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransda Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin hesabatının dinlənilməsi, təşkilatın yeni İdarə Heyəti üzvlərinin və qurumun sədrinin seçilməsi, Nəzarət-Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi və komissiya üzvlərinin seçilməsi məsələləri müzakirəyə çıxarılacaqdır.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov birliyin 5 illik fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respub­likasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra muxtar respublikada Aşıqlar Birliyi yaradılmışdır. Həmin tarixdən etibarən aşıq sənətində yeni inkişaf mərhələsi başlanmışdır. Aşıq sənətinin inkişafına göstərilən qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirmişdir. Aşıqlar yaradılan şəraitdən istifadə edərək bu sənətin tarixi sənətkarlıq xüsusiyyətlərini dərindən öyrənərək yaradıcılıqlarını davam etdirirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında da bu sahədə həyata keçirilən tədbirlər özünün
yeni keyfiyyət mərhələsinə qədəm qoyub

Multikulturalizm hər zaman bəşəriyyətin sosial və mədəni inkişafının, intellektual və mənəvi tərəqqisinin universal bazası olub. Bu baza xalqların tarixi məsuliyyətinə, siyasətə, idarəçiliyə, mədəni mübadiləyə, qarşılıqlı zənginləşməyə böyük təsir göstərib. Hər zaman olduğu kimi, müasir dövrdə də müxtəlif  mədəniyyət və sivilizasiyaların dialoqunda multikulturalizm böyük rol oynayır. Çünki bəşəriyyət fərqli mədəniyyət və dünyagörüşlərin qarşılıqlı anlaşmasını, birgə yaşayışını təmin edən başqa bir yol tapmayıb. Buna görə də eyni bir ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni  hüquqlarına humanist dünyagörüşü ortaya qoyan multikulturalizm, eyni zamanda cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən zəruri vasitədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmlə bağlı fikirlərini belə ifadə edib: “Multikulturalizmin dəyərləri, onun əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir”.

Dünya təcrübəsi göstərir ki, multikulturalizmdən imtina etmək gələcəkdə hər bir ölkə üçün yaxşı heç nə vəd etmir. Ancaq təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif, hətta inkişaf etmiş ölkələrində belə, baş verən münaqişələrin böyük əksəriyyətinin kökündə milli, dini qarşıdurmalar ilk sırada gəlir. Bunun əsas səbəbi isə həmin ölkələrin multikulturalizmi lazımi səviyyədə qəbul etməmələri və ya başqa xalqlara məxsus dini, milli, mədəni dəyərlərə dözümsüzlük nümayiş etdirməsidir. Ancaq bütün bunların əksinə olaraq Azərbaycandakı tolerant mühitin inkişafına yönəlik aparılan dövlət siyasəti fərqli mənsubiyyəti ilə seçilən xalqların nümayəndələrinin, etnik qrupların harmonik inkişafını səciyyələndirən amillərdəndir. Bu mühit isə asanlıqla yaradılmayıb, multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış təcrübənin milli ənənələr üzərində inkişafını stimullaşdıran dövlət qayğısının və siyasətinin nəticəsində mümkün olub. İnsanlar arasında qarşılıqlı anlaşmaya, dostluq və əməkdaşlığa öz töhfəsini verən multikulturalizm Azərbaycanın zəngin mədəni və mənəvi irsinin göstəricisidir.

Ardını oxu...

Bu mədəniyyəti nümayiş etdirməklə təhlükəsizliyimizi də qorumuş olarıq

Kütləvi yaşayış məskənləri kimi tanınan şəhərlər tarixən inkişaf etdikcə özündə bir çox ictimai mədəniyyət nümunələrini formalaşdırıb. Belə nümunələrə şəhərdə hərəkət etmək, dincəlmək, kütləvi yerlərdə davranış qaydalarına riayət etmək kimi xeyli misallar gətirmək olar. Müasir şəhər həyatında əsas faktorlardan biri də piyada və sürücü münasibətlərini özündə əks etdirən yol mədəniyyətidir. Bu mədəniyyətin formalaşması ötən əsrdən başlayıb və adətən, elmi-texniki tərəqqinin nailiyyətlərindən sayılan müxtəlif nəqliyyat vasitələrinin həcminin artması zərurətindən yaranıb. Ancaq məsələ burasındadır ki, üstündən bir neçə onilliklər keçsə də, piyada və sürücü mədəniyyəti hər ölkədə eyni səviyyədə inkişaf etməyib. Bunun bir çox səbəbləri olsa da, gəlinən nəticə budur ki, yol mədəniyyətinin səviyyəsi artdıqca sürücü və piyadaların təhlükəsizliyi də o səviyyədə qorunmuş olub.

Son illərdə muxtar respublikamızda yol-nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülüb. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində muxtar respublikada avtomobil yollarının böyük əksəriyyəti yenidən qurularaq genişləndirilib, işıqlandırma sistemi quraşdırılıb, hərəkət qaydalarını tənzimləyən müxtəlif nişanlar qoyulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqə üzrə test imtahanı keçirilib.
Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində keçirilən imtahanda müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş 34 namizəddən 29-u iştirak edib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 Səbuhi Hüseynov

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında ötən ilin yekunları ilə bağlı keçirilən şura iclasında şura üzvləri və ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov mövzu ilə əlaqədar məruzə edib. Qeyd olunub ki, 2015-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-­siyasi həyatında fəal iştirak edib. Hesabat ili ərzində təşkilatın 4 şura iclası, İdarə Heyətinin 12 yığıncağı keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçı­van Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilmiş sessiya və müşavirələrin yekunları, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən qarşıya qoyulmuş məsələlər müzakirə olunub.
Bildirilib ki, hesabat ili ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.
2015-ci ildə rayonda aparılan tikinti-quruculuq və abadlıq tədbirlərində, yaşıllaşdırma iməciliklərində partiya üzvləri mütəşəkkillik nümunəsi göstəriblər. Vurğulanıb ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bəhs olunan dövrdə Yeni Azərbaycan Partiyasının sıraları 55 nəfər artaraq partiya üzvlərinin ümumi sayı 1431 nəfərə çatıb. Onların 261 nəfərini qadınlar, 368 nəfərini gənclər təşkil edir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyevanın və Heydər Əliyev adına Gənclər Birliyinin sədri Oğuz Əliyevin çıxışları olub.

 Muxtar Məmmədov

Qış fəslinin ən gözəl təbiət hadisələrindən biri də qarın yağması, küçə və xiyabanların, bağ və bağçaların, çöllərin, düzlərin ağ örpəyə bürünməsidir. Bolluq, ruzi-bərəkət rəmzi olan qarın yağması bir neçə il bundan öncə təsərrüfatın müxtəlif sahələrində çatışmazlıqları ortaya çıxararaq çətinliklər yaratsa da, muxtar respublikada indi bu çətinliklər haqda söhbətin belə, açılmaması onu göstərir ki, əhalinin xidmətində olan bütün sahələrdə qışa ciddi hazırlıq işləri aparılıb.

Əvvəllər qış aylarında, xüsusən də qar yağanda ortaya çıxan çətinliklərdən biri də yolla, nəqliyyatla əlaqədar olub. Xüsusilə ucqar yaşayış məntəqələrinə aparan yollar mütəmadi təmizlənmədiyindən, eləcə də yola xidmət göstərməli olan qurumların səriştəsizliyi ucbatından nəqliyyatda tez-tez fasilələr yaranırdı. Ancaq bu çatışmazlıqlar aradan qaldırılıb.
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, aramsız yağan qar əhaliyə ictimai nəqliyyat xidmətinin göstərilməsində heç bir problem yaratmayıb. Buna səbəb qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, nəqliyyat-yol kompleksində baş verə biləcək hər hansı çatışmazlığın vaxtında aradan qaldırılması üçün nazirlik, habelə onun tabeliyində olan təşkilatlar tərəfindən kompleks tədbirlərin həyata keçirilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 58 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması” mövzusunda seminar keçirilib.
Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, dövlət idarəetməsində informasiya texnologiyalarının tətbiqi daim diqqət mərkəzində saxlanılıb. Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün proqram təminatının hazırlanaraq istifadəyə verilməsi dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin edib. Reyestrin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatların toplanılması, bu məlumatların yenilənməsi və təhlil edilməsidir. Bütün bu görülən işlər isə dövlət qulluqçularının qulluqda yüksəlməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində məlumat bazasından maksimum şəkildə yararlanılmasına, zəruri hallarda müvafiq dövlət orqanlarının həmin məlumatlarla təmin olunmasına geniş imkanlar yaradır.
Komissiya sədri bildirib ki, bəzi hallarda reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir. Bu da reyestrdən istifadənin səmərəliliyini azaldır. Seminarın keçirilməsində məqsəd bu nöqsanların ortaya çıxmasının səbəbləri və onların aradan qaldırılması yollarının iştirakçıların diqqətinə çatdırılmasıdır.
Seminarda komissiyanın əməkdaşı Mahir Abbasov slayd vasitəsilə reyestrin düzgün aparılma qaydaları haqda iştirakçılara məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi Hüseynov

Tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsi, həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi, istehsalat müəssisələrində texniki və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib. Aidiyyəti tikinti materialları istehsalı müəssisələri nümayəndələrinin iştirak etdiyi tədbiri idarənin rəisi Vüqar Kazımov açıb.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində qanunvericilik bazası təkmilləşdirilib, bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.

Ardını oxu...

Yanvarın 18-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunmuşdur.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək 20 Yanvar faciəsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, keçmiş Sovet imperiyası tərəfindən törədilən bu qırğın Azərbaycan xalqının müstəqillik arzusunu boğa bilməmişdir. Həmin dəhşətli günlərdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayəti pisləmiş, Sovet imperiyasını kəskin ittiham etmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə isə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi qiymət verilmişdir.
Mərasimdə çıxış edən Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu 20 Yanvarı Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirmişdir.
Sonra şəhidlərimizin ruhuna dualar oxunmuş, sənədli filmə və hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Qars valisinin müavini Adəm Ünal, Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, Ədalət və İnkişaf Partiyasının Qars vilayəti üzrə rəhbəri Adəm Çalkın, digər rəsmi qurumların rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

“Şərq qapısı”

Şərur rayonu

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi ölkəmizdə misligörünməmiş faciəyə gətirib çıxardı.
Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizliyini sındırmaq məqsədi daşıyan bu mənfur planın həyata keçirilməsi imperiyanın iç üzünü ortaya qoydu. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsində xalqımız müstəqillik uğrunda mübarizliyini bir daha nümayiş etdirdi.
Bu hadisə nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mücadilə əzmini qıra bilmədi. Həmin gecə şəhid olan övladlarımız tariximizə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ona görə də 20 Yanvar faciəsi şərəf və qürur, qeyrət və qəhrəmanlıq tariximizdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında 20 Yanvar hadisələrinin ildönümü münasibətilə vətənpərvərlik mövzusunda keçirilən şeir müsabiqəsinə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək muxtar respublikada gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib, gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual səviyyələrinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən işlər haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev bu gün muxtar respublikamızda təhsilin inkişafı, yeniyetmə və gənclərin gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi sahəsində görülən işlər və həyata keçirilən tədbirlərdən danışıb.
Sonra kursantlar vətənpərvərlik şeirlərini bədii qiraət ediblər. 25 kursantın iştirak etdiyi müsabiqədə Heydər Heydərov birinci, Asiman Fərəcov ikinci, Zəka Həsənov üçüncü, Turxan Allahverdiyev və Elvin Məmmədov isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Sonda hərbi liseyin rəisi, general-mayor Elman Orucov kursantlar arasında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Məmmədov

Qan yaddaşımızda yaşayan 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.

O gün Vətən yolunda öz canlarından keçən, şəhidlik kimi uca bir zirvəni fəth edən, ölümsüzlüyə yüksələn Azərbaycanın oğul və qızlarının məzarları bu gün müqəddəs ünvanlar kimi xalqımızın ziyarət yerlərinə çevrilib.
26 ildir ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məzarları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənc­lərimizə örnək olmasını, şəhidlik yolunun məhz bu günümüz üçün seçildiyini bir daha xatırlatmaq üçün digər məqsədyönlü tədbirlər həyata keçirilir.
Hər il olduğu kimi, bu il də yanvarın 20-də saat 1200-də Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, nəqliyyatın hərəkəti dayandırıldı, avtomobillərdən səs siqnalları verildi. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verildi.

Xəbərlər şöbəsi

Yanvarın 18-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Ardını oxu...

– Salam, şəhidim!
– Salam!
– Yenə səni ziyarətə gəlmişəm, qərənfili qəbrin üstə düzmüşəm. Bu çiçəkdə 20 Yanvar qırğınının ələmi var, hüznü var. Sənin kimi haqq yolunda ölənlərin əzmi var. Ləçəyində sıralanıb milyonlarla insanların göz yaşı, yarpağında millətimin silinməz qan yaddaşı. Bu çiçəkdə var o günün Fərizə sədaqəti, o çiçəkdən ətir saçır İlhamın məhəbbəti. Bil ki, boynu bükülüb sən şəhid olan gündən, ayrılıb bu torpağın başqa çiçəklərindən.

Ardını oxu...

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısı olmaqla bərabər, həm də dövlətlərin hərtərəfli inkişafının qarantıdır. Müasir dünyada hərbi münaqişələrin artdığı bir zamanda, “ədalətin güclünün yanında olması” prinsipinin daha işlək olduğu bir dövrdə ölkə­mizin təhlükəsizliyinin təmin edilməsi hər keçən gün öz əhəmiyyətini daha da artırır. 20 ildən artıqdır ki, müharibə vəziyyətində olan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dünya dövlətlərinin ikili standartlarla yanaşması istənilən halda Silahlı Qüvvələrimizin gücünün artırılmasını zəruri edir. 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğuna bu gün dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı bu prosesin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ordu quruculuğu prosesində ölkə ərazilərinin geostrateji mövqeyi mühüm rol oynayır. Çünki mühüm coğrafi ərazilər təkcə iqtisadi-siyasi deyil, həm də hərbi-strateji əhəmiyyətinə görə seçilir. Buna görə də sülh və müharibə şəraitində ölkənin hava, dəniz və quru sərhədlərinin etibarlı qorunması aidiyyəti ərazilərdə müvafiq qoşun birləşmələrinin dislokasiyasından və döyüş hazırlığından birbaşa asılıdır. Məhz bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.

Ardını oxu...

20 yanvar 1990-cı il. Rusiya Federasiyasının Tümen şəhəri. Şəhərdəki yeni yaşayış binalarının tikintisində azərbaycanlılardan ibarət Azərbaycan-Tümen tikinti dəstəsi də var idi. Bakı Baş Tikinti İdarəsinin evtikmə kombinatının üzvlərindən ibarət 300 nəfərlik heyət bura 3 illik müddətə göndərilmişdi. İnşaat dəstəsində çalışan əkiz qardaşlar – Səyavuş və Ramazan öz ədəb-ərkanı, böyük-kiçik yeri bilməsi, çalışqanlıqları ilə digərlərindən daha çox fərqlənirdi. Buna görə də hər kəs onların xətrini çox istəyir, bir çox məsələlərdə bu qardaşlarla, xüsusilə Səyavuşla məsləhətləşirdi.
O gün isə onların anadan olduqları gün idi. Ad günlərini qeyd etmək üçün gündüzdən hazırlıq işləri görülmüş, yaxın dost-tanış axşam açılacaq süfrəyə dəvət olunmuşdu. Hava qaraldıqca kombinatın işçiləri üçün ayrılmış yataqxanada Səyavuşgilin yaşadığı mənzildə dostların da sayı çoxalırdı. Hər kəs bu əkiz qardaşları təbrik edir, onlara öz arzularını çatdırırdı. Ancaq bu zaman Azərbaycandan gələn sarsıdıcı xəbər süfrə başında olan hər kəsi məyus etdi: dünən, yəni yanvarın 19-da gecə saatlarında Bakıya daxil olan sovet hərbi birləşmələri zirehli texnika ilə insanları vəhşicəsinə qətlə yetirmiş, xeyli sayda insan yaralanmışdır. Hər kəs təəccüb içində idi. Mərkəzi televiziya bu haqda səthi məlumatlar versə də, gələn xəbərlər ziddiyyətli idi. Gecəni sübhəcən oyaq qalan soydaşlarımız ertəsi gün Bakıda vəziyyətin çox ağır olduğunu öyrənirlər. Buna görə də Səyavuş və qardaşı ailələri ilə birgə Bakıya geri dönməyi qərara alırlar. Onlara həmyerlilərimizdən də qoşulanlar olur. Bakıya qayıtdıqdan sonra torpaqlarımızın düşmən təhlükəsində olduğunu öz gözləri ilə görən Səyavuş hər an düşməndən intiqam almaq hissi ilə alışıb-yanır.

Ardını oxu...

Ötən əsrin 80-ci illərinin sonlarında bu oğuz yurdunun üstünü qara buludlar aldı. O buludların gətirdiyi faciələr bu torpağı qanla boyadı. 14 dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atdılar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıtdılar.
Sədərəyin tarixi taleyinə erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazılıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr bu sərhəd bölgəsinin sakinlərinin də sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan bu oğuz yurdunun qorunması, düşmən tapdağına çevrilmə­məsi üçün bütün Sədərəklə birgə Naxçıvan da ayağa qalxdı. Ölkəmizin bəzi bölgələrindən də bura könüllülər köməyə gəldilər. O ağır illərdə Sədərək itkilər versə də, qəhrəmanlıqla qorundu, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğlularımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı. Ona görə də, mənim düşüncəmdə, ölkəmizin müqəddəs yurd yerlərindən biridir Sədərək. O illər sədərəklilərin yaddaşında əbədi yaşadığı kimi, rayonun Tarix-Diyarşünaslıq Muzeyində də yaşadılır.

Ardını oxu...

20 Yanvar faciəsinin törədilməsindən 26 il ötür. Bu faciə milli ideallar uğrunda mübarizə aparan soydaşlarımızın hər cür məhrumiyyətlərə sinə gərmək əzminin bariz ifadəsi, xalqımızın tarixinə yazılan şanlı bir səhifədir. Elə bir səhifə ki, üstündən neçə illər keçsə belə, bizə milli ideallar uğrunda mübarizənin haqq səsi olduğunu xatırladır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi.
Həmin gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Ozamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi.

Ardını oxu...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına ilk etiraz səsini ümummilli liderimiz Heydər Əliyev yüksəldib. Həmin çətin günlərdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən ulu öndər həyatını təhlükə qarşısında qoyaraq yenə xalqının harayına səs verib. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib.

Bu fikirlər “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilən elmi konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacı­yev tərəfindən səsləndirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin, ölkəmizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını və azad yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu ağrılı-acılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Ancaq əfsuslar olsun ki, başları hakimiyyət uğrunda mübarizəyə qarışmış “siyasətçilər” xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk siyasi-hüquqi qiymət verildi.

Ardını oxu...

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bundan 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Həmin gün Sədərək intensiv top atəşinə tutulmuşdu. Eyni vaxtda ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, onlar Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Ardını oxu...

Yanvarın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli Rayon Təşkilatında Azərbaycan xalqının milli azadlıq tarixində mühüm səhifə təşkil edən 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.
Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva açaraq 20 Yanvar faciəsi haqqında danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Kəngərli rayon təşkilatının sədri İsmayıl Hüseynquliyev və YAP Kəngərli Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Süleyman Süleyman­ov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə sovet qoşunlarının yeridilməsinin məqsədi xalqın milli azadlıq əzmini boğmaq və xalq hərəkatını yatırmaqdan ibarət idi. O müdhiş qış gecəsində 147 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 800 nəfərdən çox adam yaralanıb və şikəst edilib.
Bu qanlı hadisələrdən əvvəl ermənilər Naxçıvana hücumlar etməyə başlayıblar. Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünə hərbi müdaxilə qanlı hadisələrlə yadda qalsa da, bu hadisələr naxçıvanlıların döyüş əzmi, vətən məhəbbəti və qəhrəmanlığı ilə iftixar yaratmaqdadır.
Çıxışlarda vurğulanıb ki, faciənin ertəsi günü ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsini ucaldıb, bütün dünyaya bu qanlı hadisə və Azərbaycan xalqına qarşı törədilmiş vəhşi cinayət haqqında məlumat verib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi təşəbbüsü ilə 1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında qərar layihəsi işlənib hazırlanaraq müzakirə edilib, qaldırılan bu taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunub. Bu qərar həm də xalqımızın faciəsinə və istilaçıların cinayətinə qarşı verilən ilk siyasi-hüquqi qiymət idi.
Tədbirdə 20 Yanvar faciəsi­nə həsr olunmuş film nümayiş etdirilib.

Malik Qasımov

Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Ali təhsil ocağının Humanitar və təsviri incəsənət kafedrasının dosenti Xəzər Hüseynov “Azərbaycan milli mücadilə tarixində 20 Yanvar” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Həyata keçirilən soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sonrakı dövrdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halına düşməsi, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, həmin hadisə xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini ifadə etdi. 20 Yanvar hadisələri Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.

Ardını oxu...

Culfa Rayon Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilib. Tədbirdə Yaycı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Muzeyin elmi işçisi Gülnar Bayramova tədbir iştirakçılarına 20 Yanvar hadisələri haqda geniş məlumat verib. Sonra şagirdlər muzeyin eksponatları ilə tanış olublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

*  *  *

Ordubad Rayon Mədəniyyət Evində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə tədbir keçirilib. 250 yeniyetmə və gəncin iştirak etdiyi tədbirdə əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Təhsil Şöbəsinin metodisti Əyyar Səfərov tədbiri açaraq bu faciə haqqında geniş məlumat verib.
Sonra ümumtəhsil məktəblərinin şagirdləri 20 Yanvar haqqında ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda isə 20 Yanvar faciəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 90 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Gənclər və İdman Nazirliyində davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edib. Bildirilib ki, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 15 yanvar 1926-cı il tarixli qərarı ilə Mərkəzi İcraiyyə Komitəsinin yanında Bədən Tərbiyəsi və İdman Şurası yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1994-cü il dekabrın 30-da imzaladığı Fərmanla 1946-cı il martın 30-da yaradılan Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi ləğv edilib və onun bazasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il iyunun 23-də imzaladığı Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Gənc­lər, İdman və Turizm Nazirliyinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 fevral 2006-cı il tarixli Fərmanına əsasən isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2015-ci ildə görülmüş işlərə yekun vurulmuş, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində təşkilat üzvlərinin vəzifələri müəyyənləşdirilmişdir.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, Ali Məclisin sessiyasında da vurğulandığı kimi, 2015-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qazanılan bütün uğurlar Azərbaycanda, eyni zamanda muxtar respublikamızda ulu öndər Heydər Əliyev ideyalarına dərin sədaqətin bəhrələridir. Fərəhli haldır ki, bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyası üzvlərinin xidməti daha çoxdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti nəzdindəki Heydər Əliyev Universitetinin 203-cü məşğələsi keçirilib. 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilən məşğələdə əvvəlcə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məşğələni giriş sözü ilə açaraq 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlıq və milli istiqlal uğrunda mübarizə yolunda dönüş mərhələsi kimi dəyərləndirib.
Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli “Qanlı Yanvar – Azərbaycanın müstəqilliyinə gedən yol” adlı məruzəsində bildirib ki, 20 Yanvar faciəsi çökməkdə olan nəhəng sovet imperiyasının öz tərkibində olan respublikaların, xüsusilə də türkdilli xalqların azadlıq ideyalarını boğmaq üçün hazırladığı vahid ssenarinin tərkib hissəsi idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev o vaxt siyasi hakimiyyətdən uzaqlaşdırılmış, kommunist diktaturası Azərbaycana qarşı siyasi təzyiqləri daha da gücləndirmiş, bütün bunlara baxmayaraq, ölkədə milli azadlıq hərəkatı daha geniş vüsət almışdı.

Ardını oxu...

Şərur rayonunun Aşağı Daş­arx kəndində rayon prokurorluğunun təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Şərur rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Anar Həsənov “Təbii qazın, istilik və elektrik enerjisinin talanması cinayətdir” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına səbəb olan hərəkətlər və bu əməllərə görə nəzərdə tutulmuş məsuliyyət təsbit olunmuşdur. Təbii qazın, istilik və elektrik enerjisinin talanmasına görə cinayət məsuliyyəti isə sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 189-1.1-ci maddəsində öz əksini tapmışdır. Bu maddənin tələblərinə görə qaz, elektrik və istilik şəbəkələrinə qanunsuz qoşulmaqla enerji resurslarının talanması inzibati və cinayət məsuliyyəti yaradır. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə isə bu məsuliyyət daha ağır olur.

Ardını oxu...

 Kərkinin işğalından 26 il ötür

26 il bundan qabaq, soyuq yanvar ayının əvvəllərində qədim oğuz yurdu Naxçıvanın sərhəddə yerləşən kiçik bir kəndində həyat öz axarı ilə davam edirdi. Bacalar tüstüləyir, ocaqlarda yeməklər bişir, uşaqlar həyət-bacalarda oyan-buyana şütüyür, qoyun-quzu tövlələrdə yemlənirdi. İnsanlar bir az səksəkəli olsalar da, öz gündəlik qayğıları ilə məşğul idilər. Heç kim ağlına gətirmək istəmirdi ki, cəmisi bir neçə gün sonra onlar öz yurdlarını tərk edib gedəcəklər. Onlar bilmirdilər ki, topu-topxanası, zirehli texnikalardan qalası olan zülmkar erməni cəlladlarının Kərki kəndinin gələcək taleyi üçün mənfur planları hazır idi. Bu planların reallaşması neçə-neçə evi sahibsiz, neçə-neçə insanı didərgin qoyacaqdı, xanimanları yandırıb xarabazara çevirəcəkdi.

...O hadisələrin canlı şahidi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov Kərki kəndindən bəhs edən kitabında yazır ki, 1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri sovet hərbçilərinin tələbi ilə axşam saat 6-7 radələrində Kərkini tərk ediblər. Kərki sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınıb ermənilərə veriləndə (15 yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərəyə silahlı basqınlarının başlanğıcı oldu.

Ardını oxu...

1926-cı il yanvarın 15-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Qərarı ilə Mərkəzi İcraiyyə Komitəsinin yanında Bədən Tərbiyəsi və İdman Şurası yaradılmışdır. Müxtəlif adlarla fəaliyyət göstərən qurum 1946-cı ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi adlandırılmışdır. 1994-cü ildə isə komitə ləğv edilmiş və onun bazasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 

Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərlə iş və idmanın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə ölkəmizin bütün bölgələrində, o cümlədən Naxçıvanda idman məktəbləri fəaliyyətə başlamış, stadionlar və digər mühüm idman obyektləri tikilərək istifadəyə verilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ümummilli lider gənclər sahəsində həyata keçirilən tədbirləri və idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Dahi şəxsiyyət bu sahədə mühüm qərarlar qəbul etmiş, zəngin qanunvericilik bazası yaradılmış, dövlət proqramları icra olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənc­lər və İdman, Təhsil nazirliklərinin və Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə liseyin kursantları Xatirə Muzeyini ziyarət ediblər.
Xatirə Muzeyinin direktoru Aynur Məhərrəmova kursantlara muzeyin yaranma tarixindən danışıb. Bildirilib ki, 2014-cü ildə bu mədəniyyət müəssisəsi üçün yeni bina inşa olunub. Muzey binasının Şəhidlər xiyabanı yaxınlığında yerləşməsi onun əhəmiyyətini daha da artırır. Sonra kursantlar muzeydə olan eksponatlarla yaxından tanış olublar. Xatirə Muzeyinin ziyarətçilərinə məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi ziyarətçilərin muzeylə daha yaxından tanış olmasına imkan yaradır.
Sonda kursantları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 26-cı ildönümünün yad edilməsi ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin də Xatirə Muzeyinə ekskursiyası təşkil edilir.

Xəbərlər şöbəsi

Zaman ötdükcə Azərbaycanı inkişafa qovuşduran, müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyev yolunun bəhrələrini bir daha görürük. Ümummilli liderin siyasi xəttini əzmlə davam etdirmək, xalqın işıqlı gələcəyini qurmaq isə, sözün əsl mənasında, əzəmətli dağın zirvəsinə rahat yol salmaq qədər məsuliyyətli və çətin bir işdir. 

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Yanvarın 13-də keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Yaradılmış şərait çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir. Ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, bütün dövlət pro­qramlarının, infrastruktur layihələrinin reallaşdırılması irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac vermişdir. 2015-ci il də istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yadda qalmışdır. “Kənd təsərrüfatı ili”nin son ayı da bu baxımdan əlamətdar olmuşdur.
Tarixi xilaskarlıq missiyasını həyata keçirərək muxtar respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr girdabından qurtaran, aydınlığa çıxaran ümummilli liderimizin əziz xatirəsi daim yad edilir, ulu öndərimizin müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında dərin ehtiramla yad edilmişdir. Həmin gün minlərlə insan səhər saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət etmişdir.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Əhmədov açaraq son dövrlərdə bələdiyyə orqanlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışıb.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov məruzə edərək bildirib ki, rayondakı bələdiyyələrdə aparılan araşdırmalar nəticəsində, əsasən, ucqar dağ kəndlərinin ərazisində torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verildiyi aşkara çıxarılıb. Nöqsanlar sırasında bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibət nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi də var. Unutmaq olmaz ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Heç kim qanunsuz olaraq torpaqlardan istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz.

Ardını oxu...

Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Əliabad Qəsəbə Mərkəzində torpaq qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət növləri haqqında maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini, kiçik ədliyyə müşaviri Qalib İsmayılov “Torpaq qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə tənzimlənir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2015-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulan vəzifələr haqqında vergilər naziri, III dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov məruzə edib. Bildirib ki, muxtar respublikada iqtisadi inkişafın nəticəsi kimi 2015-ci il ərzində nazirlik üzrə müəyyən edilmiş proqnoz 105,3 faiz icra olunub. Bu, ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri barədə də danışan nazir bildirib ki, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində elektron qaydada qeydiyyatdan keçirilmiş 1014 ədəd POS-terminal quraşdırılıb. Bunun 147 ədədi 2015-ci ildə tətbiq edilib. POS-terminallar vasitəsilə aparılmış alqı-satqı əməliy­yatları 16 milyon 639 min 561 manata çatdırılıb.

Ardını oxu...

Şərur rayonu

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü 24 ildir ki, qeyd edirik. Yeni il ərəfəsində keçirilən bu bayram sevinc hislərimizi daha da artırır. Hər başa çatan il muxtar respublikamıza böyük uğurlar, insanlara xoş gün-güzəran bəxş etdiyi kimi, bayramlarımız da ilbəil daha böyük təntənə ilə qeyd olunur, zəhmətkeş, tərəqqipərvər, qədirbilən xalqımız bu günləri xoş əhval-ruhiyyə ilə qarşılayır, gələcəyə daha inamla baxır.
Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, regionda həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir vətəndaş bəhrələnib. Elə buna görədir ki, illər öncə yeni ili qaranlıqda, kasad süfrə ilə qarşılayan naxçıvanlılar bu gün bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Builki bayramların böyük şövqlə keçirilməsində “Kənd təsərrüfatı ili”ndə qazandığımız nailiyyətlər də böyük rol oynayıb.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da “Kənd təsərrüfatı ili”nin çoxsaylı bəhrələri var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov iclasda çıxış edərək bildirib ki, 2015-ci ildə 18 tibb müəssisəsi əhalinin istifadəsinə verilib, 7 tibb müəssisəsi üçün yeni obyektlərin tikintisi davam etdirilib. 2015-ci ilin ən böyük qurucu­luq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanasının ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi ötən ilin əlamətdar hadisələrindən biridir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar dağ kəndlərində əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yenə də fəallıq göstərib, çox sayda insanın yerlərdə müayinə-müalicə işini təşkil edib, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib.
Vurğulanıb ki, 2015-ci ildə də tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2015-ci ildə fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 5 dövlət orqa­nının qanunvericiliyə uyğun olmayan 6 qərarı ləğv etdirilib.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə komissiya sədri İsmayıl Qəribli deyib.
İsmayıl Qəribli bildirib ki, komissiya 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edib. Dövlət orqanlarının yüksək hazır­lıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqələrdə 725 namizəd iştirak edib, test və müsahibə mərhələlərində 142 namizəd müvəffəqiyyət qazanıb. Həmin şəxslərin 137-si vəzifəyə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib. Namizədlərdən 4-ü ehtiyat kadr siyahısına salınıb. Gələcəkdə həmin şəxslərin münasib işlə təmin olunması diqqətdə saxlanılacaqdır.

Ardını oxu...

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda 92 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Kollektiv Azərbaycanın parlaq gələcəyi üçün müsbət keyfiyyətləri özündə əks etdirən, dövlətə və dövlətçiliyə, müstəqilliyə sədaqətli, müəllim adını uca tutan kadrların yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edir, göstərilən qayğıya əməli işlə cavab verməyə səy göstərir.
Bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş tədbirdə səsləndirilmişdir.
İnstitutun rektoru, professor Oruc Həsənli ali təhsil müəssisəsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı danışaraq bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun elmi-təşkilati strukturu 6 kafedradan və Əlavə təhsil mərkəzindən ibarətdir. Bu gün institutda 1045 tələbə təhsil alır. Onların intellektual səviyyəli kadrlar kimi yetişmələri diqqət mərkəzində saxlanılır. Belə ki, professor-müəllim heyəti müxtəlif təlim üsullarından istifadə edir, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə səy göstərir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da dahi şəxsiyyətin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması haqqında qərar qəbul etmişdir. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etməyi diqqət mərkəzində saxlayırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.
Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq həmin proqramın icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verib.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev çıxış edərək bildirib ki, bu qəbildən olan uşaqların erkən yaşlarında sağlam uşaqlarla birgə təlim-tərbiyə almaları onların inkişafına müsbət təsir göstərir. Ailə və təhsil müəssisələri arasında sıx iş birliyi də, nəticə olaraq, bu uşaqların psixologiyasında yaxşı çalarların formalaşmasında ciddi vasitədir. Nitq qüsuru olan uşaqların çətinliklərindən danışan psixoloq qeyd edib ki, bu uşaqlar həmyaşıdları ilə ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşirlər. Bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək qalmağı xoşlayır, qapalı böyüyürlər. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilər bu məsələlərə xüsusi diqqət etməli, belə uşaqları daim nəzarətdə saxlamalı, onların cəmiyyətə inteqrasiyası üçün digər uşaqlarla daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl nazirliyin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin adını daşıyan muzeyi ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin akt zalında keçirilən tədbirdə fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Ötən dövrdə nazirliyin infrastrukturunun inkişafı, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması diqqət mərkəzində saxlanılmış, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, ötən 10 il ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz peşəkarlıqlarını dəfələrlə sübut etmiş, muxtar respublika ərazisində baş vermiş fövqəladə hadisələrin nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının 116 dəfə çıxışı olmuşdur.
Sonda nazirliyin bir qrup əməkdaşı fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Səbuhi Həsənov

Hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti sayəsində gerçəkləşir. Bu mənada, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2015-ci il muxtar respublika rabitəçiləri üçün əlamətdar olub, nazirliyin tabeliyində təsərrüfathesablı Elektron Avadanlıqların Texniki Xidmət Mərkəzi yaradılıb. Muxtar respublikanın bütün rayon mərkəzlərində “Elektron imza” kartlarının verilməsi üçün şəbəkə qurulub və operatorlara müvafiq təlim keçirilib. İl ərzində 49 vətəndaşa elektron imza kartı təqdim edilib. Hər il olduğu kimi, 2015-ci ildə də muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri poçt və telekommunikasiya sahəsini də əhatə edib. İl ərzində 16 avtomat telefon stansiyası və 11 poçt bölməsi yeni kənd mərkəzlərində fəaliyyətə başlayıb. Bunlardan 9 avtomat telefon stansiyası və 5 poçt bölməsi yenidir. Yeni avtomat telefon stansiyalarının yaradılması və “Naxtel” operatorunun əhatə dairəsinin genişləndirilməsi nəticəsində il ərzində 3074 yeni telefon nömrəsi istifadəyə verilib.

Ardını oxu...

Dünən…

Hər dəfə “Dədə Qorqud” filminə baxanda, “Kitabi-Dədə Qorqud” dastanlarını oxuyanda özümdə bu möhtəşəm milli-tarixi abidəyə qarşı munis bir yaxınlıq, doğmalıq hiss etmişəm. Yaxşı yadımdadır, yeniyetməlik illərində filmi həmişə böyük diqqətlə izləyər, onun qəhrəmanları kimi at minmək, qurşaq tutmaq, qılınc oynatmaq, ox atmaq, namərdi cəzalandırmaq istəyərdim. Bu filmin mənim üçün baxılması ən çətin olan səhnələri isə Beyrəyin dost kimi bir qalaya qonaq çağırılıb, orada xaincəsinə öldürülməsi, Qazan xanın oğlunun yerdə yaralı yatan Alp Aruzun həyatını bağışlaması, onun başını kəsməməsi müqabilində Alp Aruzun son nəfəsdə dikəlib onu oxla vurması idi. O zaman çox heyifsilənmişdim ki, Beyrək niyə qalaya silahsız gəlib, niyə Qazan xanın yadigarı yerdə yatan düşməninin başını kəsmədi? Bu filmə təkrar-təkrar baxdıqca məni heyrətləndirən məqamlar da, cavabsız suallar da çoxalmağa başlamışdı, sanki yaxın, əlçatan görünən üfüqə doğru hey yol gedir, ancaq heç cür ona çata bilmirdim. Ona da heyrətlənirdim ki, Qazan xanın ömür-gün yoldaşı ələ keçməmək üçün oğlunun ətindən bişirilmiş qara qovurmanı yeməyə razı olmuşdu, Bamsı Beyrək onun yalan ölüm xəbərini gətirən Yalıncığı bağışlamışdı, Bayandur xanın kürəkəni olan xan Qazan evi yağmalandığında, ailəsi düşmənə əsir düşdüyündə çobanın sürünü buraxıb ona köməyə gəlməsinə razı olmamışdı. Filmin sonu isə mənim üçün əsl müəmma idi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR