24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2015-ci ildə fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 5 dövlət orqa­nının qanunvericiliyə uyğun olmayan 6 qərarı ləğv etdirilib.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə komissiya sədri İsmayıl Qəribli deyib.
İsmayıl Qəribli bildirib ki, komissiya 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edib. Dövlət orqanlarının yüksək hazır­lıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqələrdə 725 namizəd iştirak edib, test və müsahibə mərhələlərində 142 namizəd müvəffəqiyyət qazanıb. Həmin şəxslərin 137-si vəzifəyə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib. Namizədlərdən 4-ü ehtiyat kadr siyahısına salınıb. Gələcəkdə həmin şəxslərin münasib işlə təmin olunması diqqətdə saxlanılacaqdır.

Qeyd olunub ki, komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilib. 2015-ci il ərzində Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirlikləri, o cümlədən Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarında 497 namizəd iştirak edib, onlardan 104-ü müvəffəqiyyət qazanıb.
“Hesabat dövründə komissiya dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirib. Muxtar respublikanın şəhər və rayonlarında 5-28 avqust 2015-ci il tarixlərdə etik davranış qaydalarına riayət olunması, reyestrin aparılması, dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları və digər mövzularda 474 dövlət qulluqçusunun iştirakı ilə seminarlar keçirilib”,­­­ – deyən İsmayıl Qəribli bildirib ki, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilib, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılıb, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodik köməklik göstərilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR