24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 58 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması” mövzusunda seminar keçirilib.
Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, dövlət idarəetməsində informasiya texnologiyalarının tətbiqi daim diqqət mərkəzində saxlanılıb. Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün proqram təminatının hazırlanaraq istifadəyə verilməsi dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin edib. Reyestrin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatların toplanılması, bu məlumatların yenilənməsi və təhlil edilməsidir. Bütün bu görülən işlər isə dövlət qulluqçularının qulluqda yüksəlməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində məlumat bazasından maksimum şəkildə yararlanılmasına, zəruri hallarda müvafiq dövlət orqanlarının həmin məlumatlarla təmin olunmasına geniş imkanlar yaradır.
Komissiya sədri bildirib ki, bəzi hallarda reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir. Bu da reyestrdən istifadənin səmərəliliyini azaldır. Seminarın keçirilməsində məqsəd bu nöqsanların ortaya çıxmasının səbəbləri və onların aradan qaldırılması yollarının iştirakçıların diqqətinə çatdırılmasıdır.
Seminarda komissiyanın əməkdaşı Mahir Abbasov slayd vasitəsilə reyestrin düzgün aparılma qaydaları haqda iştirakçılara məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR