Culfa Rayon Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilib. Tədbirdə Yaycı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Muzeyin elmi işçisi Gülnar Bayramova tədbir iştirakçılarına 20 Yanvar hadisələri haqda geniş məlumat verib. Sonra şagirdlər muzeyin eksponatları ilə tanış olublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
* * *
Ordubad Rayon Mədəniyyət Evində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə tədbir keçirilib. 250 yeniyetmə və gəncin iştirak etdiyi tədbirdə əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Təhsil Şöbəsinin metodisti Əyyar Səfərov tədbiri açaraq bu faciə haqqında geniş məlumat verib.
Sonra ümumtəhsil məktəblərinin şagirdləri 20 Yanvar haqqında ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda isə 20 Yanvar faciəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.
Ceyhun Məmmədov