24 Dekabr 2024, Çərşənbə axşamı

Yanvarın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli Rayon Təşkilatında Azərbaycan xalqının milli azadlıq tarixində mühüm səhifə təşkil edən 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.
Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva açaraq 20 Yanvar faciəsi haqqında danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Kəngərli rayon təşkilatının sədri İsmayıl Hüseynquliyev və YAP Kəngərli Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Süleyman Süleyman­ov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə sovet qoşunlarının yeridilməsinin məqsədi xalqın milli azadlıq əzmini boğmaq və xalq hərəkatını yatırmaqdan ibarət idi. O müdhiş qış gecəsində 147 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 800 nəfərdən çox adam yaralanıb və şikəst edilib.
Bu qanlı hadisələrdən əvvəl ermənilər Naxçıvana hücumlar etməyə başlayıblar. Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünə hərbi müdaxilə qanlı hadisələrlə yadda qalsa da, bu hadisələr naxçıvanlıların döyüş əzmi, vətən məhəbbəti və qəhrəmanlığı ilə iftixar yaratmaqdadır.
Çıxışlarda vurğulanıb ki, faciənin ertəsi günü ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsini ucaldıb, bütün dünyaya bu qanlı hadisə və Azərbaycan xalqına qarşı törədilmiş vəhşi cinayət haqqında məlumat verib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi təşəbbüsü ilə 1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında qərar layihəsi işlənib hazırlanaraq müzakirə edilib, qaldırılan bu taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunub. Bu qərar həm də xalqımızın faciəsinə və istilaçıların cinayətinə qarşı verilən ilk siyasi-hüquqi qiymət idi.
Tədbirdə 20 Yanvar faciəsi­nə həsr olunmuş film nümayiş etdirilib.

Malik Qasımov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR