24 Dekabr 2024, Çərşənbə axşamı

Qan yaddaşımızda yaşayan 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.

O gün Vətən yolunda öz canlarından keçən, şəhidlik kimi uca bir zirvəni fəth edən, ölümsüzlüyə yüksələn Azərbaycanın oğul və qızlarının məzarları bu gün müqəddəs ünvanlar kimi xalqımızın ziyarət yerlərinə çevrilib.
26 ildir ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məzarları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənc­lərimizə örnək olmasını, şəhidlik yolunun məhz bu günümüz üçün seçildiyini bir daha xatırlatmaq üçün digər məqsədyönlü tədbirlər həyata keçirilir.
Hər il olduğu kimi, bu il də yanvarın 20-də saat 1200-də Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, nəqliyyatın hərəkəti dayandırıldı, avtomobillərdən səs siqnalları verildi. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verildi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR