24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl nazirliyin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin adını daşıyan muzeyi ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin akt zalında keçirilən tədbirdə fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Ötən dövrdə nazirliyin infrastrukturunun inkişafı, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması diqqət mərkəzində saxlanılmış, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, ötən 10 il ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz peşəkarlıqlarını dəfələrlə sübut etmiş, muxtar respublika ərazisində baş vermiş fövqəladə hadisələrin nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının 116 dəfə çıxışı olmuşdur.
Sonda nazirliyin bir qrup əməkdaşı fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR