24 Dekabr 2024, Çərşənbə axşamı

1926-cı il yanvarın 15-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Qərarı ilə Mərkəzi İcraiyyə Komitəsinin yanında Bədən Tərbiyəsi və İdman Şurası yaradılmışdır. Müxtəlif adlarla fəaliyyət göstərən qurum 1946-cı ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi adlandırılmışdır. 1994-cü ildə isə komitə ləğv edilmiş və onun bazasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 

Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərlə iş və idmanın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə ölkəmizin bütün bölgələrində, o cümlədən Naxçıvanda idman məktəbləri fəaliyyətə başlamış, stadionlar və digər mühüm idman obyektləri tikilərək istifadəyə verilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ümummilli lider gənclər sahəsində həyata keçirilən tədbirləri və idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Dahi şəxsiyyət bu sahədə mühüm qərarlar qəbul etmiş, zəngin qanunvericilik bazası yaradılmış, dövlət proqramları icra olunmuşdur.

Azərbaycanda yeni idmançılar nəsli yetişdirilmiş, onların beynəlxalq yarışlarda iştirakı təmin edilmişdir. Bu illərdə təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi qayğısına da qalınmışdır. Bu sahədə görülən işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə gənclər siyasəti və idmаn hərəkаtının gеnişlənməsinə хidmət еdən kоmplеks tədbirlər həyаtа kеçirilir, Аzərbаycаn bеynəlхаlq aləmdə idmаn ölkəsi kimi tanınır.
Bu gün dövlət başçısının diqqət və qayğısı ilə muxtar respublikada da idmanın maddi-texniki bazası gücləndirilir, gənclərlə iş və idman sahəsində mühüm işlər görülür. Xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, istedadlı gənc­lərə dövlət qayğısının artırılması, gənc ailələrin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi, eyni zamanda gənclərin məşğulluğunun təmin edilməsi, gənclər üçün sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması diqqət mərkəzində saxlanılır. Gənc­lərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənc­lərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Xüsusilə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, qarşıya qoyulan vəzifələr bu mənada mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Dövlət gənclər siyasətinin davamı olaraq Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ildə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmişdir. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Gənclərin inkişafı sahəsində görülən işlər sırasında onların elmi potensialının formalaşdırılması, eləcə də mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana yaradılmış, Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı­lığına hesablanmışdır. Sərəncama əsasən, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr öz ixtisaslarına uyğun olaraq dövlət təşkilatları və müəssisələr tərəfindən hamiliyə götürülmüşdür. Açıq dərslərə, peşə və istehsalat təcrübəsinə cəlb olunan bugünkü tələbə-gənclik gələcəyin peşəkar mütəxəssisi kimi yetişir, təhsilini başa vurduqdan sonra məşğulluq problemi ilə üzləşmir. Ümumiyyətlə, bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada məşğul əhalinin çox hissəsini gənclər təşkil edir.
Muxtar respublikada idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşa edilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Hazırda Naxçıvanda 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası, rayon mərkəzlərində şahmat və uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərir. Uşaq və gənclərin idmana cəlbi sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq ümumtəhsil məktəblərində müasir idman zalları yaradılmış, yeni idman avadanlıqları quraşdırılmışdır. Muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Yüngül Atletika, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları yaradılmışdır. Bu sahədə görülən işlərin və yaradılan müasir infrastrukturun nəticəsi­dir ki, hazırda muxtar respublikada 39 minə yaxın yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur, Naxçıvan idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda qələbələr qazanırlar. Muxtar respublikamızda qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” Bədii Gimnastika İdman Klubu fəaliyyətə başlamışdır.
Yaradılan müasir idman infra­strukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır. 2003-cü ildə Naxçıvanda 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı, 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə dünya çempionatı, o cümlədən 2015-ci ildə kikboksinq üzrə Azərbaycan çempionatı muxtar respublikada keçirilmişdir. Bütün bunlar muxtar respublika idmanının inkişafına göstərilən qayğının və bu sahədə yaradılan müasir infrastrukturun nəticəsində mümkün olmuşdur.
Yaranmasının 90 illiyini qeyd edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə gənclərin idmana cəlbini diqqət mərkəzində saxlayacaq, istedadlı idmançılar nəsli yetişdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR