24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında 20 Yanvar hadisələrinin ildönümü münasibətilə vətənpərvərlik mövzusunda keçirilən şeir müsabiqəsinə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək muxtar respublikada gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib, gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual səviyyələrinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən işlər haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev bu gün muxtar respublikamızda təhsilin inkişafı, yeniyetmə və gənclərin gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi sahəsində görülən işlər və həyata keçirilən tədbirlərdən danışıb.
Sonra kursantlar vətənpərvərlik şeirlərini bədii qiraət ediblər. 25 kursantın iştirak etdiyi müsabiqədə Heydər Heydərov birinci, Asiman Fərəcov ikinci, Zəka Həsənov üçüncü, Turxan Allahverdiyev və Elvin Məmmədov isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Sonda hərbi liseyin rəisi, general-mayor Elman Orucov kursantlar arasında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR