23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasının tədbirlər salonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 24 il bundan əvvəl həmrəylik və birlik naminə rəsmiləşdirilən bu bayram dünyada yaşayan milyonlarla azərbaycanlının ümummilli məqsədlər uğrunda birləşməsinə böyük təkan verib.

Ardını oxu...

Dekabrın 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, komissiyanın sədri Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ildə gördüyü işlər haqqında məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. İslami dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Nazirlik ötən dövrdə inkişaf edərək maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirən şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclası Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açmış, komitənin sədri Cəfər Muxtərov mövzu ilə əlaqədar məruzə etmişdir.
Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də muxtar respublikanın bütün bölgələrində genişmiqyaslı tikinti-qurucu­luq işləri aparılmış, bu işlər həyatımızın bütün sahələrini əhatə etmiş, yeni sosial obyektlər istifadəyə verilmiş, yollar müasir standartlar səviyyəsində yenilənmiş, körpülər salınmış, abadlıq tədbirləri həyata keçirilmişdir. Hazırda bəzi obyektlərdə quruculuq işləri davam etdirilir.
Bildirilmişdir ki, əldə edilən uğurlarla yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da müşahidə olunmuşdur. Obyektlərin tikintisinə başlamaq üçün layihə sənədlərinin hazır olmaması halları hələ də müşahidə edilir. Keyfiyyətsiz iş, israfçılıq, məsuliyyətsizlik komitənin idarə və müəssisələrində özünü 2015-ci ildə də göstərmişdir.

Ardını oxu...

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda çıxış edən nazir Famil Seyidov başa çatmaqda olan ilin muxtar respublika iqtisadiyyatı üçün uğurlu olduğunu, sosial-iqtisadi həyatda mühüm irəliləyişlər əldə edildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olmuşdur. Bu dövrdə muxtar respublikada 917 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur.
Muxtar respublikamızda reallaşdırılan məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılmışdır.

Ardını oxu...

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2015-ci ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açmış, 2015-ci ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də оnların maddi-tехniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov “2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Qeyd olunub ki, müasir texniki vasitələrdən geniş istifadə edilməsi profilaktik işin effektivliyini daha da artırıb. Xidməti istifadə üçün “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Naxçıvan şəhəri üzrə 169 kamera quraşdırılıb, hesabat dövründə bu sistem vasitəsilə 222 hadisə aşkarlanıb, Vahid Məlumat Axtarış Sistemi vasitəsilə 36 minə yaxın sorğu cavablandırılıb. Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə 25454 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb.
Cinayətkarlıqla mübarizənin nəticəsinə görə, əvvəlki illərin müsbət nəticələri qorunub saxlanılıb, 2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması uçot subyektləri üzrə 95,8 faiz təmin edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində 2015-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclası komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2015-ci ildə komitə tərəfindən 415 girov qeydi aparılıb, əmlakın yüklülüyünə dair 3588 arayış verilib. 3157-si torpaq sahəsi, 3-ü çoxmərtəbəli yaşayış binası, 45-i qeyri-yaşayış binası, 68-i qeyri-yaşayış sahəsi, 981-i mənzil, 1710-u fərdi yaşayış evi, 12-si əmlak kompleksi kimi müəssisə olmaqla, 5976 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 85 kənddə səyyar xidmət göstərilməklə, 1502 əmlakla bağlı müraciətlərə baxılıb, müvafiq sənədlər hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında xüsusi “elektron xidmətlər” bölməsi yaradılıb, bölmədə hər bir xidmətin reqlamenti, aid ərizə və blank formaları yerləşdirilib. Komitənin fəaliyyət istiqamətləri üzrə 21 növ elektron xidmət elektron hökumət portalına inteqrasiya olunaraq hüquqi və fiziki şəxslərin istifadəsinə verilib, elektron xidmətlərə görə nəzərdə tutulan dövlət rüsumlarının real vaxt rejimində nağdsız ödənilməsi təmin edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq məruzə edib. Məruzəçi ötən il gömrük orqanları qarşısına qoyulan vəzifələrin icrasının təmin olunmasının Naxçıvanın sosial-iqtisadi inkişaf dinamikasının qorunmasına mühüm töhfələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, 2015-ci ildə muxtar respublika gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşısına qoyulan tapşırığın öhdəsindən gəlib, büdcənin formalaşdırılması üçün müəyyən olunan 7 milyon manat proqnoza qarşı 8 milyon 656 min manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb, proqnoz-tapşırıq 124 faiz yerinə yetirilib. Gömrük ödənişlərinin 57 faizi avtonəqliyyat vasitələrinin, 43 faizi isə digər malların rəsmiləşdirilməsi hesabına əldə olunub. Gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi təmin edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə agentliyin baş direktoru Yasin Səfərov açaraq bildirmişdir ki, bu il gücü 20 meqavat olan Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə əlaqədar həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər cari ildə də davam etdirilmiş, Kəngərli rayonu ərazisində 35 meqavolt-amper güclü 110/35/10 kilovoltluq yeni müasir avadanlıqlar qoyulmuş “Qıvraq” yarımstansiyası tikilib istismara verilmişdir. Mövcud yüksəkgərginlikli elektrik verilişi xətlərinin Qıvraq qəsəbəsindəki yaşayış evlərinin üzərindən çıxarılması üçün 7 kilometr uzunluqlu 110 kilovoltluq, 2 kilometr uzunluqlu 35 kilovoltluq, 11 kilometr uzunluqlu 10 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2015-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, bu il muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında məlumat bazası yenilənmiş, göstəricilər geniş təhlil edilmişdir. Qadın­ların sağlamlıqlarının qorunması, ailə dəyərlərinin, ailələrdə sağlam həyat tərzinin, milli dəyərlərin təbliği, erkən və qanqohumluğu nikahlarının fəsadlarının uşaq və gənclərə aşılanması məqsədilə kənd mərkəzlərində və ümumtəhsil müəssisələrində 33 dəfə maarifləndirici tədbir keçirilmiş, 6000-ə yaxın broşür tədbir iştirakçılarına paylanılmışdır. Ailə dəyərlərimizin qorunması, uşaq və gənclərə aşılanması məqsədilə uzun­ömürlü və nümunəvi ailələrin yubileyləri qeyd olunmuş, uzun­ömürlü ailələrlə gənc­lərin görüşü keçirilmiş, rəsm, şeir və əl işləri müsabiqələri təşkil olunmuşdur. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərgi təşkil olunmuşdur. Hesabat dövründə sərgi-satışlarda və əl işləri mağazalarında 150-dən artıq istedadlı qadının 544 rəsm və əl işi satılaraq dəyəri qadınlara ödənilmişdir.

Ardını oxu...

2015-ci ilin dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 dekabr tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən, inzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir. Tutduğu vəzifədə 1 (bir) ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 dekabr tarixli qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında da dəyişiklik edilmişdir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrində 2015-ci ilin yekunu və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov tədbirdə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan davamlı inkişaf və yeniləşmə kütləvi informasiya vasitələrini də əhatə etmiş, jurnalistlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Teleradio və qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər 2015-ci ildə də davam etdirilmişdir. Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı muxtar respublikada geniş tədbirlər keçirilmiş, jurnalistlər mükafatlandırılmış, fəxri adlara layiq görülmüşlər. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planı” çərçivəsində Naxçıvan Dövlət Televiziyası və Radiosunun maddi-texniki imkanları daha da gücləndirilmişdir. Bu dövrdə “Kanal 35” televiziyasının, “Naxçıvanın səsi” radiosunun, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap avadanlıqları quraşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi davam edir.
Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalamışdır. Muzeydə Cəlil Məmmədquluzadənin özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanıma məxsus piano, hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. 1882 ədəd eksponatı özündə cəmləşdirən muzeyin ekspozisiyasında hazırda 273 ədəd eksponat nümayiş olunur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Cəlil Məmmədquluzadənin ev-muzeyində olmuşlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər Nazirliyinin kollektivləri Hüseyn Cavidin ev-muzeyini, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Xatirə Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları isə Bəhruz Kəngərli Muzeyini ziyarət etmişlər.

Səbuhi Hüseynov

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu ilin avqust ayının 6-da elan edilən müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Muxtar respublika rəhbərinin hərtərəfli qayğısı ilə dövlət orqanları üçün müasir standartlara cavab verən yeni inzibati binaların tikilib istifadəyə verilməsi, nümunəvi iş şəraitinin yaradılması, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi bunun bariz nümunəsidir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı bu yaxınlarda istifadəyə verilmiş Şərur rayonundakı Axaməd Kənd Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə ilə çıxış edərək bildirib ki, XX əsrin sonları Azərbaycan xalqının tarixində ən mürəkkəb, ən gərgin və milli müstəqillik uğrunda mübarizələrlə dolu illər olub. Bu dövrdə erməni təcavüzünə qarşı Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxan xalq müstəqil dövlətini yaratmaq əzmini bildirib, imperiya qüvvələri və onların əlaltıları ilə qeyri-bərabər döyüşə girib.
Azərbaycan xalqının inadlı mübarizəsindən qorxuya düşənlər onu yolundan döndərmək, xalqı parçalamaq və məhv etmək üçün məkrli planlara əl ataraq, hətta qan tökməkdən də çəkinməyiblər. Belə bir şəraitdə imperiyanın mərkəzində xalqımızın haqq səsini ilk dəfə yüksək səviyyədə dahi şəxsiyyət Heydər Əliyev qaldırıb. Xalqa və Vətənə bağlılıq ulu öndəri Azərbaycana gətirsə də, imperiya əlaltıları ona Bakıda qərar tutmağa imkan verməyiblər. Azadlıq hərəkatının beşiyi Naxçıvana qayıdan ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Ulu öndərin Azərbaycançılıq ideyasına sədaqətinin ifadəsi idi ki, görkəmli dövlət xadimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaltmağa nail olub. 1991-ci il dekabrın 16-da isə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Ardını oxu...

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri regionumuzu müasirliyə qovuşdurub. Dünən buraya yolu düşənlər bu gün Naxçıvanda gördüklərindən təəccüblərini gizlədə bilmirlər. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan Naxçıvan bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib. 

Bu dəyişikliyi paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərinə, ən ucqar dağ və sərhəd kəndlərinə qədər görmək olar. Bu prosesdə yaşayış məntəqələrinin təmiz saxlanılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd etmək lazımdır. Belə xeyirxah tədbirlərdə fəallıq göstərməyi naxçıvanlılar özlərinin vətəndaşlıq borcuna çeviriblər. Çünki yaşadığımız ünvan bizim doğma evimizdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində “Nümunəvi kənd, nümunəvi məhəllə” devizi altında keçirilmiş aylığın qaliblərinin mükafatlandırma tədbirində bu barədə geniş danışılıb. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikamız bu gün öz inkişaf tempi ilə ölkəmizin ən öndə gedən regionlarından biridir. Buraya gələn qonaqlar da etiraf edirlər ki, Naxçıvan Muxtar Respublikası öz gözəlliyi və təmizliyi, sabit həyat şəraiti, asayişin yüksək səviyyədə qorunması ilə bir sıra ölkə­lərə nümunə ola bilər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il dekabrın 16-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Dövlətimizin xaricdə yaşayan azərbaycanlıların sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün gördüyü tədbirlərdən danışan rektor bildirib ki, ümummilli liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbay­cançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporamızın yaradılması siyasətini ölkə başçısı İlham Əliyev uğurla davam etdirir.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunmuşdur.
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılmış, komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müzakirələrdən sonra Qasım­ov Məhərrəm Əli oğlu Mərkəzi Seçki Komissiyasının sədri, Qədimov Əli Tofiq oğlu Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Eyvazov Elnur Həsənalı oğlu isə Mərkəzi Seçki Komissiyasının katibi seçilmişlər.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə yönəlmiş tədbirləri 2015-ci ildə də davam etdirmişdir.
2015-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 103 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 33-nü şikayətlər, 70-ni isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması səbəbindən 5 şikayətə baxılmasından imtina edilmişdir.
28 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 12-si isə təmin edilmişdir. 16 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
2015-ci ildə də Müvəkkil insan hüquq və azadlıqlarının təbliği və hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici və­saitlərin hazırlanması istiqamətində davam etdirmişdir.

Ardını oxu...

Ordubad rayonunda “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov açaraq rayonda bələdiyyələr üçün yaradılan şəraitdən danışıb.
Seminar-müşavirədə “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov, nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməklik göstərilməsinin, onların fəaliyyətinə inzibati nəzarətin əhəmiyyətindən, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələblərindən danışıblar.

Ardını oxu...

1 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etmişdir. Səfər zamanı Prezident səhiyyə, nəqliyyat, sənaye, yenilənən enerji layihələri və təmiz su təchizat infrastruktur obyektlərinin açılış mərasimində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşayiət etmişdir. Azərbaycan Respublikasının Prezidentinə Naxçıvanın əldə etdiyi iqtisadi nailiyyətlər barədə məlumat verilmişdir. Prezident İlham Əliyev Sənaye Kompleksinin açılışında iştirak etmişdir. Yeni sənaye parkı 9 hektar ərazini əhatə edir və özündə gips, əhəng və məsaməli beton istehsal edən zavodları birləşdirir. Zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaqdır. Qeyd olunmalıdır ki, əhəng zavodu illik 36 min ton, gips zavodu 40 min ton, beton zavodu isə 2 milyon kvadratmetr istehsal gücünə malikdir. Azərbaycan Prezidenti zavodun istehsal sahələrini gəzmiş və qeyd etmişdir ki, bu zavod Naxçıvanın iqtisadi inkişafında mühüm rol oynayacaq, həmçinin burada işçilərə yaradılan yüksək səviyyəli iş şəraiti yalnız Azərbaycanda deyil, demək olar ki, cənub-qərbi Asiya regionunda yeganədir.

Ardını oxu...

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və imzası ilə hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına dair qərar qəbul edib.
Bu münasibətlə dekabrın 16-da Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə elmi-praktik konfrans keçirilib.
Konfransı açan Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.
Namiq Məmmədov qeyd edib ki, 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin imzası ilə qəbul edilən qərar bir tərəfdən böyük liderin uzun illərdən bəri uğrunda mübarizə apardığı amalın təntənəsi idisə, digər tərəfdən müstəqilliyin bərpa olunmasından sonra bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlını vahid ideologiya ətrafında birləşdirmək məramına xidmət edirdi.

Ardını oxu...

Hər il dekabrın 18-i bütün dünyada “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya müxtəlif səbəblərdən insanların bir yerdən başqa yerə köçərək daimi və müvəqqəti olaraq öz yaşayış yerini dəyişməsidir. İctimai proses olan miqrasiya hərəkatı həmçinin iqtisadi, siyasi və mənəvi amillərin təsiri nəticəsində də baş verə bilər. Müasir dövrümüzdə miqrasiya ictimai proseslərdə mühüm faktora çevrilmişdir. Dünya dövlətləri miqrasiya məsələlərinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi və miqrantların hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlığa üstünlük verirlər. Bu gün ölkəmizdə Beynəlxalq Miqrant Gününün qeyd olunması da dövlətin miqrasiya proseslərini tolerantlıq zəminində, milli və irqi ayrı-seçkilik olmadan tənzimlənməsində maraqlı olduğunu təzahür etdirir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin həm müsbət, həm də mənfi halları ilə üzləşmişdir. Belə ki, Ermənistanın ölkəmizə qarşı işğalçı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu səbəbdən də Azərbaycan ərazisində daxili miqrant məskunlaşmış ölkəyə çevrilmişdir. Digər bir tərəfdən həmin dövrdə əmək miqrasiyası Azərbaycan vətəndaşlarının xarici ölkələrə axını ilə xarakterizə olunurdu. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə təmin olunan siyasi sabitlik və sosial-iqtisadi inkişaf xaricə miqrasiya axınının qarşısını aldı, vaxtilə ölkəni tərk etmiş şəxslərin geri qayıdışı üçün zəruri şərait yarandı. Ümummilli liderimiz müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını, onların üzləşdiyi problemlərin həllini daim diqqət mərkəzində saxlamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Şahin Bəylərov açaraq geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Kəngərlilər nəslinin görkəmli nümayəndələrindən olan Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməyib, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qoruyub, həyatının məqsədini vətənə xidmətdə görüb. O, bu yolda bütün çətinliklərə sinə gərib, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərib. Ona görə də Azərbaycanın bu görkəmli oğlunun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
Dekabrın 17-də Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin inzibati xəta haqqında material üzrə 1 oktyabr 2015-ci il tarixli qərarı əsasında məhv edilməsi nəzərdə tutulmuş çəkisi 0,428 qram olan tiryək və çəkisi 0,012 qram olan heroin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin cinayət işləri üzrə 19 oktyabr və 28 oktyabr 2015-ci il tarixli hökmləri əsasında məhv edilməsi nəzərdə tutulmuş 124,736 qram heroin, 22 ədəd çətənə kolu və 10 ədəd yaşıl çətənə kolunun budaqları yandırılıb. Yandırılma prosesindən öncə komissiya üzvlərinin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan həmin narkotik maddələrin naturada üzləşdirilməsi aparılıb, bağlılığı, açılmadığı, möhürlərin yerində olduğu müəyyənləşdirilib. Sonra həmin maddələr Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzində yandırılmaqla məhv edilib.
Bundan başqa, qanunsuz əldə edilmiş müxtəlif dərman preparatları da yandırılıb.

Xəbərlər şöbəsi

Dekabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: müstəqillik illərində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin, o cümlədən muxtar respublikamızın çoxşaxəli inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən, müstəqillik illərində Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən danışmışlar.

Ardını oxu...

Tarixi çox qədim olan Naxçıvan dünyanın ən qədim şəhərlərindən olub və “Nəqşi-cahan” adlandırılıb. Bu yerlərdə tarixin min-min yadigarı vardır. Naxçıvanqala, Oğlanqala, Qızqala, Əlincəqala, Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri Naxçıvanın qədimliyindən, dövlətçilik tarixindən xəbər verir. Ana təbiətin nadir gözəllik bəxş etdiyi diyarımızın dağları əzəmətli və vüqarlı, qayaları azman, vadiləri güllü-çiçəklidir. Bütün bunlarla yanaşı, bir də bu yurdun insanlarının zaman-zaman yaratdığı möhtəşəm memarlıq inciləri vardır.
“Mənim gördüyüm Naxçıvan şəhərində onun əzəmətli keçmişindən az-çox xəbər verən bir neçə tarixi abidələrdən başqa, bir əlamət qalmamışdı. Naxçıvan şəhəri bir neçə məhəllədən ibarət idi. Şahab, Pirqəmiş, Əlixanlı, Zaviyə, Sarvanlar, Gomayıl, Xoşulu, Atabba, Qurtlar və Qala məhəlləsi sakinləri çox olan məhəllələr sayılırdı. Bu məhəllələrin çoxunda əhalinin əksəriyyəti əkinçilik, bağçılıq, bostançılıq və maldarlıqla məşğul olurdu. Sənətkarların da çoxu bu məhəllələrdən çıxırdı.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Xal-xal kəndində “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Rayonun bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” mövzusunda danışıb. Qeyd edilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən demək olar ki, bu gün də torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibəti nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir. Torpaqlardan istifadə isə qanunverici­liklə tənzimlənir. Başqa sözlə, heç kəs torpaqlardan qanunsuz istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz. O cümlədən ümumi istifadədə olan örüş yerləri, sututarların ərazisi, təsərrüfatdaxili yollar, parkların ərazisi qanunsuz istifadə üçün zəbt edilə bilməz.

Ardını oxu...

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şahbuz rayonunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon Polis Şöbəsinin sahə inspektorları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açaraq son illərdə rayonda əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlərdən, hazırda əmək miqrantlarının maraq göstərdiyi sahələrdən, bu sahələrdə yerli ixtisaslı kadrların yerləşdirilməsinin vacibliyindən söhbət açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Şahin Nəbiyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verərək bildirib ki, muxtar respublikada 10 gündən artıq müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində muxtar respublikada arxivin yaradılmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində davam etdirilən tədbirdə idarənin rəisi Fəxrəddin Cəfərov çıxış edib. Bildirilib ki, muxtar respublikamızda arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulub, 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilib. Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi 1960-cı ilə qədər Naxçıvan Daxili İşlər Komissarlığının tabeliyində fəaliyyət göstərib, 1960-cı ildən sonra hər iki qurum Daxili İşlər Komissarlığının tabeliyindən çıxarılıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin tabeliyinə verilib. Muxtar respublikada arxiv işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müstəqillik illərində böyük sürətlə davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Dövlət idarəçiliyi sistemində yeni informasiya texnologiyalarının tətbiqi bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində təşkilinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılan şəraitdən istifadə edərək 2015-ci ildə də işini tələb olunan səviyyədə qurmağa çalışmışdır. Komissiya bu dövrdə muxtar respublikada dövlət orqanlarının yüksək hazır­lıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi işini davam etdirmişdir. Bu məqsədlə dövlət orqanları ilə mütəmadi əlaqə saxlanılmış, vakant vəzifələr müəyyənləşdirilərək müsabiqələr elan edilmiş, dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2 müsabiqə keçirilmişdir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlərin, komissiyanın və dövlət orqanlarının nümayəndələrinin iştirakı təmin edilmiş, müsahibə prosesinin video çəkilişi aparılmışdır.

Ardını oxu...

 Şərur rayonu

Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əsrin 70-ci illərində – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qədəm qoyub. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, ulu öndərimizin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib.

Ardını oxu...

Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı hər zaman ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.
Bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağında “Ulu öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilən elmi konfransdakı çıxışında səsləndirib.
Rektor xalqımızı bəlalardan xilas etməyi, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, ulu öndər hər zaman xalq ilə birgə olub, onunla nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında vakant vəzifələrin tutulması üçün bu il oktyabrın 17-də müsabiqə elan edilib.
Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində imtahanların keçirilməsinə başlanılıb. İmtahanlarda iştirak etmək üçün 45 namizəd sənəd təqdim edib. Onlardan 10 nəfəri polis sahə inspektoru, 35 nəfəri isə yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor vəzifəsini seçib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb. Test imtahanında şəffaflığın təmin edilməsi məqsədilə prosesin videoçəkilişi aparılıb. İmtahan başa çatdıqdan sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları imtahanda müşahidəçi qismində iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, test imtahanları dekabrın 14-dək davam edəcək. İmtahanlarda keçid balını toplayan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Xəbərlər şöbəsi

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda böyük dövlət xadimi Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, 1969-cu ildə Azərbaycan KP MK-nın plenumunda ana dilində çıxış etməklə dilimizi, tarixi irsimizi yaşatmağın zəruriliyini böyük müdrikliklə göstərmişdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbit olunması və qorunub saxlanılması sahəsində atdığı addım o dövrdə böyük cəsarət tələb edirdi. Sözün əsl mənasında, o illərdə Azərbaycan xalqı başqa mədəniyyətlərin təsirinə düşməkdən xilas olmuş, milli dəyərlərimiz özümüzə qaytarılmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra xalq təsərrüfatının bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. 1969-1982-ci illərdə Azərbaycanın sovet respublikaları içərisində öncül yerə keçməsi çox böyük bir hadisə idi. O dövrdə Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan qısa zamanda ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olmuşdur. 1969-cu ildən sonra ölkəmizdə böyük qurucu­luq işləri həyata keçirilmiş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Ümummilli liderimizin mədəniyyətimizə, tariximizə dərin ehtiramının nəticəsi olaraq Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri olan insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin ev-muzeyləri yaradılmışdır.

Ardını oxu...

Dekabrın 9-da Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə Baş konsul Əli Əlizadə çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı ömür yoluna nəzər salmış, dahi rəhbərin siyasi fəaliyyətinin Azərbaycanın ən yeni tarixində mühüm mərhələ təşkil etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dövrlərdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və təcavüzkar hərəkətlərinin davam etdiyi, daxili çəkişmələrin baş verdiyi bir dövrdə ulu öndər itirilməkdə olan dövlət müstəqilliyini qoruyub saxlamış, qüdrətli Azərbaycan dövlətini yaratmışdır. Torpaqlarımızın işğalının qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindəndir. Bu gün ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi Azərbaycanı sürətli sosial-iqtisadi inkişafa və sabitliyə qovuşdurmuşdur.

Ardını oxu...

Dövlət müstəqilliyimizin iyirmi beşinci ilinin böyük reallıqları Azərbaycan Respublikasının müasir inkişafının mühüm nəticələrini və geniş imkanlarını aydın surətdə təsəvvür etməyə, təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil Azərbaycan dövləti qısa müddətdə inkişaf etmiş ölkələrin sırasında dayanmağa qadir olduğunu isbat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir.

Heydər Əliyev epoxası – Azərbaycan tarixinin yarım əsrə yaxın davam etməkdə olan bir dövrünün yeni inkişafının böyük reallıqlarının ümumiləşmiş yekunu və gələcək uğurlarının hərəkətverici qüvvəsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqla hakimiyyətin vəhdətinə, ümumxalq etimadına əsaslanan düşünülmüş dövlət idarəçiliyi siyasəti ölkəmizin irəliyə doğru və hərtərəfli inkişafında xüsusi bir mərhələnin yaranmasını təmin etmişdir. Dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, cəmiyyət həyatının müasirləşdirilməsi, çoxcəhətli böyük inkişafın gerçəkliyə çevrilməsi, Azərbaycan regionlarının sürətli yüksəlişinə nail olunması bu mərhələnin mühüm reallıqlarını özündə əks etdirir. Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfəri zamanı – 1 dekabr 2015-ci il tarixində geniş ictimaiyyət qarşısında ifadə etdiyi aşağıdakı fikirlər müstəqil dövlətimizin keçdiyi şərəfli yolun qanunauyğun nəticəsinin ümumiləşmiş ifadəsi kimi səslənir: “Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir... Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, nəzərdə tutulmuş bütün pro­qramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir”.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin müdafiəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Müdrik rəhbərin səyləri nəticəsində hərbi təhsil sahəsində köklü islahatlar aparılmış, yeni hərbi məktəblər fəaliyyətə başlamışdır. Ulu öndərimizin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmışdır.
1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn dahi şəxsiyyət Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yeni tədris korpusunun təntənəli açılışı mərasimində demişdir: “Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənc­lərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. ...Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, Sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.

Ardını oxu...

 Muxtar respublikada ötən ayın yekunlarını məhz belə ifadə etmək olar 

Ötən ay muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm bir hadisə – beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərlə yadda qaldı. Sürətli inkişaf, quruculuq və müasirləşmə siyasətinin həyata keçirildiyi, əhalinin rifahının yüksəldiyi, dayanıqlı sabitliyin mövcud olduğu muxtar respublikamızda siyasi ab-hava bu seçkilərdə də seçicilərin böyük fəallıq nümayiş etdirəcəyinə əminlik yaradırdı. Belə də oldu. 

Seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni 76,4 faizi seçkidə iştirak etmiş, muxtar respublika əhalisi bir daha ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermişdir. Seçkilər qədim Naxçıvanın əhalisinin Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi olmuşdur.
Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə, həmin binada yerləşən 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs vermişdir.

Ardını oxu...

Muxtar respublikamızda gənclərlə iş, gənclərin Vətənə sevgi ruhunda böyüdülməsi, gənclər üçün vətənpərvərlik ruhlu teatr tamaşalarının təqdim olunması daim diqqət mərkəzində saxlanılır. Vətənə, millətə və dövlətə sevgi, ehtiram, bu dəyərlərə hörmətlə yanaşma, eləcə də bunların yeni nəslə çatdırılması və aşılanması mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxıblar. Əsər ulu öndər Heydər Əliyevin ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi” mövzusunda görüş keçirilib.
Turizm və otelçilik sahəsi üzrə fəaliyyət göstərən hüquqi şəxslərin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Aysel Əliyeva elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsinin, müasir, çevik idarəetmənin təmin edilməsinin, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasının, birbaşa münasibətlərin minimuma endirilməsinin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının əhəmiyyətindən danışıb.

Ardını oxu...

Dekabrın 9-da Naxçıvan Qızlar Liseyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” dastanları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq “Kitabi-Dədə Qorqud” dastanlarının geniş təbliğinin, təşviqinin, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.

Ardını oxu...

Hər il dekabrın 10-u dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu öz inkişaf yolu kimi bəyan etmişdir. Konstitusiyamızda İnsan hüquqları haqqında Ümumi Bəyannamə və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar, yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar çox geniş şəkildə öz əksini tapmışdır. Ali Qanunumuzun üçdəbir hissəsini təşkil edən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir.

Ardını oxu...

Culfa rayonunun Qızılca kəndi bu gün müasir Naxçıvanın inkişaf modelini özündə əks etdirən yaşayış məntəqələrindən biridir. Burada olduğum bir-iki saat ərzində kənddən və onun insanları ilə söhbətlərdən aldığım təəssüratları nə dərəcədə oxucularımıza çatdıracağam, bunu  deyə bilmərəm. Bildiyim odur ki, yurda bağlılıq, insana qayğı olan yerdə belə təəssüratların istənilən qədər zəngin olması təbiidir və bu təəssüratları muxtar respublikanın bütün bölgələrində hər il dəfələrlə yaşamışam. Qızılcada gördüklərim isə yadıma ümummilli liderimizin sözlərini saldı: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. 

Muxtar respublikada yaradılan şərait insanların məskunlaşmasını və məşğulluğunu tam təmin edib. Artıq kənddən şəhərə və ya muxtar respublikadan kənara getmək fikrində olanlar yoxdur. Hamı üçün öz doğma torpağında qurub-yaratmaq, məhsul bolluğuna nail olmaq üçün geniş imkanlar mövcuddur.

Ardını oxu...

 Vətənpərvər, yurdsevər insanların sayəsində bu diyarın da

hər qarışı gülüstana çevrilib

Ulu babalarımız: “Arxası dağ olanın başı göylərə çatar”, –deyiblər. Hər dəfə yolumu Ordubada salanda, buludlara boylanan Bəlgə dağının daşının-qayasının tamaşasına duranda, bu dağın qoynuna söykənən, yaşı qədimdən-qədim şəhəri görəndə nədənsə,  bu atalar sözü yadıma düşür. Fikirləşirəm ki, atalarımız bu sözləri insanlar barəsində yox, hər zaman heyranı olduğum bölgəmiz – Ordubad haqda desəydi, bu şəhəri görən heç kimdə bu fikrin doğru olduğuna şübhə yaranmazdı. Bu şəhərin bir ucu Xan Arazda, bir ucu dağların yamaclarındadır. Şüşə kimi hamar yolları, möhtəşəm tikililəri, tarixi abidələri, abad küçələri, qocaman çinar ağacları, bol sulu kəhrizləri, məktəbləri, uşaq bağçası, muzeyləri, qonaqpərvər insanları ilə şəhər sanki ona uzaqdan tamaşa edənlərə “Gəl, mehmanım ol!” deyir. 

Əzizim el yoludu…

Yol gedir Ordubada… Rayonun bu günündən söz açmışkən dağlar arasında ilan kimi gah qıvrılıb, gah açılan yollar, körpülər haqda danışmamaq, ağappaq yol nişanları ilə bəzədilmiş yolların ətrafında sırayla salınan, balaca uşaq kimi hər gün qulluq və nəvaziş görən fidanları vəsf etməmək ən azından etinasızlıq olar.

Ardını oxu...

Dekabrın 5-də Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının VI növbədənkənar konfransı keçirilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının rəhbər orqanlarının fəaliyyətini təmin etmək məqsədilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri müvafiq qərar imzalayıb. Qərara uyğun olaraq, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının VI növbədənkənar konfransı keçirilir.
Sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçib ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olub. Partiyamızın yarandığı tarixi ərəfə Vətənimiz və xalqımız üçün ağır sınaqlar, fəlakətlər dövrü idi.

Ardını oxu...

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ordubad rayonunda tədbir keçirilib.
Ordubad Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq son illərdə rayonda əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlərdən, hazırda əmək miqrantlarının maraq göstərdiyi sahələrdən, bu sahələrdə yerli ixtisaslı kadrların yerləşdirilməsinin vacibliyindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Ardını oxu...

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda tədbir keçirilib.
Şərur Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Bədəlov açaraq deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində ciddi iqtisadi uğurlara nail olunub. Naxçıvanda həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini verib, əldə edilən makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması üçün böyük imkanlar yaradıb. Yeni müəssisələrin və iş yerlərinin yaradılması, tikinti sektorunun intensiv inkişafı, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, insanların maddi rifah halının yüksəlməsində əhəmiyyətli nailiyyətlərin əldə olunması əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya olan marağını artırıb.

Ardını oxu...

Noyabrın 27-də Yaxın Şərqdə çoxsaylı tamaşaçı kütləsinə malik olan Qətərin “Əl-Cəzirə Sənədli Film” televiziya kanalında “Mərkəzi Asiya” çoxseriyalı sənədli filmin yayımına başlanılmışdır. Filmin ilk seriyası Naxçıvan Muxtar Respublikasına həsr olunmuşdur.
Ərəb dilində hazırlanmış filmdə tamaşaçılara Naxçıvanın qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilmişdir. Gəmiqaya təsvirlərinə, muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan zəngin maddi-mədəniyyət nümunələrinə və qədim yurd yerlərinə istinad edən müəllif Azərbaycanın bu diyarının bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən olduğunu tamaşaçıların diqqətinə çatdırmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR