24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Xal-xal kəndində “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Rayonun bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” mövzusunda danışıb. Qeyd edilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən demək olar ki, bu gün də torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibəti nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir. Torpaqlardan istifadə isə qanunverici­liklə tənzimlənir. Başqa sözlə, heç kəs torpaqlardan qanunsuz istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz. O cümlədən ümumi istifadədə olan örüş yerləri, sututarların ərazisi, təsərrüfatdaxili yollar, parkların ərazisi qanunsuz istifadə üçün zəbt edilə bilməz.

Nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda çıxış edərək bildirib ki, hər bir bələdiyyənin vəzifəli şəxsi çalışmalıdır ki, bələdiyyənin ərazisində hər hansı hüquq pozuntusu baş verməsin. Bələdiyyələrin vəzifəli şəxsləri də profilaktik tədbirlər həyata keçirərək yerli əhalinin nəzərinə çatdırmalıdırlar ki, torpaqların özbaşına tutulması, yəni zəbt edilməsi qanunla birmənalı şəkildə qadağan edilir. Bu əməli törətmiş şəxslər məsuliyyət daşıyırlar.
Sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılara “Bələdiyyələrin statusu: hüquq və vəzifələr” adlı kitab paylanılıb.

Arzu Abdullayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR