24 Dekabr 2024, Çərşənbə axşamı

Ordubad rayonunda “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov açaraq rayonda bələdiyyələr üçün yaradılan şəraitdən danışıb.
Seminar-müşavirədə “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov, nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməklik göstərilməsinin, onların fəaliyyətinə inzibati nəzarətin əhəmiyyətindən, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələblərindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, istər kargüzarlıq, istərsə də bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və bu sahədə hüquq pozuntularının baş verməməsi xüsusi diqqət mərkəzində saxlanılır, bələdiyyələrə zəruri metodik köməklik göstərilir. Belə ki, bələdiyyə orqanları tərəfindən torpaq qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrin düzgün yerinə yetirilməsi üçün son üç ildə tövsiyə xarakterli beş metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ordubad rayonu ərazisində də torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibət nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir. Unutmaq olmaz ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Heç kəs qanunsuz olaraq torpaqlardan istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz. Bələdiyyələr öz mülkiyyətində olan əmlakdan istifadə olunmasına qanun çərçivəsində nəzarət etməlidirlər. Hər bir bələdiyyənin vəzifəli şəxsi çalışmalıdır ki, bələdiyyənin ərazisində qanun pozuntusu baş verməsin. Bələdiyyələrin vəzifəli şəxsləri profilaktik tədbirlər həyata keçirərək yerli əhalinin nəzərinə çatdırmalıdırlar ki, torpaqların özbaşına tutulması, yəni zəbt edilməsi qanunla birmənalı şəkildə qadağan edilir. Bu əməli törətmiş şəxslər Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Seminar-müşavirədə tədbir iştirakçılarına “Bələdiyyələrin statusu: hüquq və vəzifələr” kitabı təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR