24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda tədbir keçirilib.
Şərur Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Bədəlov açaraq deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində ciddi iqtisadi uğurlara nail olunub. Naxçıvanda həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini verib, əldə edilən makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması üçün böyük imkanlar yaradıb. Yeni müəssisələrin və iş yerlərinin yaradılması, tikinti sektorunun intensiv inkişafı, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, insanların maddi rifah halının yüksəlməsində əhəmiyyətli nailiyyətlərin əldə olunması əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya olan marağını artırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verib. Bildirilib ki, 18 yaşına çatan əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən, peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Əfqan Əliyevin, Rahib Kərimovun, Şahin Nəbiyevin çıxışları olub.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR