24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi” mövzusunda görüş keçirilib.
Turizm və otelçilik sahəsi üzrə fəaliyyət göstərən hüquqi şəxslərin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Aysel Əliyeva elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsinin, müasir, çevik idarəetmənin təmin edilməsinin, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasının, birbaşa münasibətlərin minimuma endirilməsinin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə xidmətin əməkdaşlarından Əfqan Əliyevin, Rahib Kərim­ovun, Sadiq Qasımovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi yaradılıb. Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Hər bir xidmət növü üzrə inzibati reqlamentlər hazırlanıb və sayt üzərində yerləşdirilib. İnzibati reqlamentlərdə, əsasən, xidmətin interaktiv və ya informativ olması, sənədləşmələr, hüquqi əsasları göstərilir. Hər bir müraciət edən şəxs inzibati reqlamentlərlə tanış olaraq müvafiq xidmət növü üzrə xidmətə müraciət edə bilər.
Bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasında müasir standartlara cavab verən, elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi server sistemi quraşdırılıb, əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb. Demək olar ki, Dövlət Miqrasiya Xidməti üçün nəzərdə tutulmuş bütün xidmət növü üzrə sahələr avtomatlaşdırılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda Azərbaycan Respublikası vətəndaşları www.miqrasiya.nakhchivan.az internet səhifəsinə daxil olaraq “Elektron xidmət” bölməsini seçməklə elektron xidmətlərdən faydalana bilərlər.
Sonra elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı slayd nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR