24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində 2015-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclası komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2015-ci ildə komitə tərəfindən 415 girov qeydi aparılıb, əmlakın yüklülüyünə dair 3588 arayış verilib. 3157-si torpaq sahəsi, 3-ü çoxmərtəbəli yaşayış binası, 45-i qeyri-yaşayış binası, 68-i qeyri-yaşayış sahəsi, 981-i mənzil, 1710-u fərdi yaşayış evi, 12-si əmlak kompleksi kimi müəssisə olmaqla, 5976 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 85 kənddə səyyar xidmət göstərilməklə, 1502 əmlakla bağlı müraciətlərə baxılıb, müvafiq sənədlər hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında xüsusi “elektron xidmətlər” bölməsi yaradılıb, bölmədə hər bir xidmətin reqlamenti, aid ərizə və blank formaları yerləşdirilib. Komitənin fəaliyyət istiqamətləri üzrə 21 növ elektron xidmət elektron hökumət portalına inteqrasiya olunaraq hüquqi və fiziki şəxslərin istifadəsinə verilib, elektron xidmətlərə görə nəzərdə tutulan dövlət rüsumlarının real vaxt rejimində nağdsız ödənilməsi təmin edilib.

Kənd təsərrüfatında məhsuldarlığın intensiv amillər hesabına artırılmasından danışan komitə sədri bildirib ki, müasir irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin və nasos stansiyalarının, yeni suvarma boru xətlərinin istifadəyə verilməsi nəticəsində “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Ancaq bununla yanaşı, aparılan yoxlamalar zamanı muxtar respublikanın şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına da rast gəlinib. Hazırda komitə tərəfindən torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR