24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Tibb Kollecində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktor əvəzi Mehri Seyidbəyli açaraq dahi rəhbərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan danışıb, ulu öndərimizin Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin və digər həyat əhəmiyyətli sahələrin inkişafında müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi əvəzsiz töhfələrdən söz açıb. O bildirib ki, ümummilli liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla xalqımızın çoxəsrlik arzusunu həyata keçirib. Bu gün sahib olduqlarımızın hamısı ulu öndərimizin siyasi uzaqgörənliyi, sarsılmaz iradəsi və güclü xarakteri sayəsində mümkün olub.

Tədbirdə məruzə ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev iştirakçıların diqqətinə çatdırıb ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn ümummilli liderimiz sosial-iqtisadi böhran keçirən, iqtisadi cəhətdən geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Keçmiş Sovetlər Birliyi məkanında, sovet ideologiyasının kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız və yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli bir dövlət xadimi, böyük iradə sahibi olan siyasi lider reallaşdıra bilərdi. Şübhəsiz ki, bunlar gələcək müstəqillik dövrünə hazırlıq xarakteri daşıyırdı və bütün bunlar həyata keçirilməsəydi, ölkə­miz müstəqil dövlətçilik şəraitində özünü qoruyub saxlaya və inkişaf edə bilməzdi.
Qeyd edilib ki, Heydər Əliyev ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir. Xalqın qəlbində, yaddaşında, tarixində və taleyində Onu əbədiləşdirən isə cəsarəti, prinsipiallığı və çətinliklərdən çıxış yolu tapmaq kimi fitri istedadı olub. Müstəqil Azərbaycana dərin zəka sahibi, böyük vətənpərvər, ən əsası isə Heydər Əliyev kimi fenomen və dahi bir şəxsiyyətin ocağının istisində böyümüş, ərsəyə gəlmiş bir şəxsiyyətin – cənab İlham Əliyevin rəhbərlik etməsi xalqımızın böyük nailiyyətidir. Bu baxımdan Azərbaycan xalqı öz tarixinin şərəfli dövrlərindən birini yaşayır. Bütün sahələrdə dinamik inkişaf, işgüzarlıq müşahidə edilir. Yorulmadan xalqın maraq və mənafeləri, firavan yaşayışı, təhlükəsizliyi uğrunda düşünülmüş siyasət aparan, dövlətçiliyimizin keşiyində möhkəm duran, Azərbaycana bacarıqla rəhbərlik edən Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir.
Vurğulanıb ki, ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dönmədən və uğurla həyata keçirilir. Elə bunun ifadəsidir ki, regionumuz bu gün öz inkişafının yeni mərhələsindədir.
Sonda ulu öndərimiz Heydər Əliyev haqqında “Əbədiyyət günəşi” adlı sənədli filmə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR