24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə Xanəgah Kənd Mərkəzində torpaq qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət növləri haqqında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda çıxış edib.
Qeyd olunub ki, 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin torpaq sahələrinin qorunmasında xüsusi yeri vardır. Belə ki, qeyd edilən qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 188-ci maddəsi “Torpaq üzərində mülkiyyət hüququnu pozma” adlanırdı və maddəyə əsasən, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyətinə səbəb olurdu. Cinayət Məcəlləsinə dəyişiklik edilərək 188-ci maddə yeni redaksiyada verilib və həmin maddə “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlandırılıb.

Sonra torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət haqqında məlumat verilib.
Culfa rayon prokurorunun köməkçisi Afət Kərimli “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə inzibati məsuliyyət” mövzusunda danışaraq deyib ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
Sonra torpaqlardan məqsədli təyinatına uyğun olmayan hallara görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət haqqında məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR