24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublika Fövqəladə Hallar Nazirliyində VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqənin test mərhələsi keçirilib.
Komissiyadan aldığımız məlumata görə, test imtahanında 13 nəfər iştirak edib, namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim olunub. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla komissiya tərəfindən müəyyən edilib. İmtahanın nəticələri haqqında məlumat komissiyanın rəsmi internet saytında yerləşdiriləcək. Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin VI-VII təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Test imtahanından müvəffəqiyyətlə keçənlər sənədləri 10 iş günü ərzində komissiyaya təqdim edəcək və müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcək.
Məlumatda o da bildirilib ki, qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədləri seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə müvafiq orqana məlumat verməlidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR