23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar siyasət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Konfransda universitetin əməkdaşlarından aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar sahədə islahatlar: dinamik və stabil iqtisadi inkişafa doğru”, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Son 20 ildə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Tural Haqverdiyevin “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin müasir vəziyyəti və inkişaf perspektivləri”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Kamil Qurbanovun “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq xidmətinin rolu” möv­­zularında məruzələri dinlənilib.

Ardını oxu...

Dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 18 fevral 2015-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.
Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində vəzifəyə yeni təyin olunmuş dövlət qulluqçularının andiçmə mərasimi keçirilib. Mərasimdə dövlət qulluqçuları Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, onların üzərinə qoyulan vəzifələri qərəzsiz, vicdanla və Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.
Komissiyanın sədri Etibar Musayev, şöbə müdiri Rafiq Nəcəfov çıxış edərək mərasim iştirakçılarını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib, dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla tanış olublar.
Məlumat üçün qeyd edək ki, müsabiqəyə 314 vakant vəzifə üzrə sənəd təqdim edən 351 namizəddən 321-i test imtahanlarında iştirak edib. Onlardan 149 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində iştirak edən 129 namizəddən 75 nəfəri müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında müvafiq vəzifələrə təyin olunublar.

Xəbərlər şöbəsi

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, son illər Azərbaycan bir sıra beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır. Belə mühüm tədbirlərin keçirilməsi zamanı nəqliyyatçıların da üzərinə böyük məsuliyyət düşür. Ölkəmizə gələn turistlərin nəqliyyatın istənilən növündən səmərəli və təhlükəsiz şəkildə istifadə etməsi vacib məsələlərdən biridir.
Vurğulanıb ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı müasir inkişaf dövrünü yaşayır. Hər ötən ay sərnişinlərə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Bu ilin may ayında görülən işlərə nəzər saldıqda bunun bir daha şahidi oluruq. 

Ötən ay muxtar respublikada yerli hava xətti ilə 18 min 150 sərnişin, 363 min 522 kiloqram baqaj, 79 min 58 kiloqram yük və 2 min 485 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq uçuşlar üzrə isə Naxçıvan-Moskva istiqamətində 228 sərnişin, 4 min 157 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 382 sərnişin və 4 min 967 kiloqram baqaj daşınmışdır.
Uçuşların təhlükəsizliyinin və sərnişinlərin rahatlığının təmin olunması xidmətin günün tələblərinə uyğun təşkilindən asılıdır. Buna görə də muxtar respublikanın mülki aviasiya işçiləri ötən ayda da öz vəzifələrini layiqincə icra etmişlər. Şəxsi heyət təyyarələrin, bütün maşın-mexanizmlərin və texnoloji avadanlıqların təlimata uyğun istismarını diqqətdə saxlamış, hava gəmilərinin hərəkəti nəticəsində uçuş-enmə zolağında və perronda baş verən aşınmalar təmir olunmuş, bəzi hissələrdə asfalt örtük yenilənmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov məruzə ilə çıxış edib.
Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə tarixdə silinməz iz qoyub. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarıb. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ulu öndərimiz təlatümlər burulğanından xilas edib, möhkəm ictimai-siyası sabitlik yaradıb, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarıb.

Ardını oxu...

Hər bir xalqın milli inkişaf yolunun müəyyənləşdirilməsində onu dünya miqyasında tanıdan, layiqli mövqelərə ucaldan liderlər əvəzsiz rola malikdir. Ensiklopedik zəka, intellekt, mənəvi güc, qüdrət sahibi olan ulu öndər Heydər Əliyev müdriklər müdriki idi. Azərbaycanın XX əsr tarixinin 60-cı illərindən başlayan dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, bu quruculuğa doğru gedən yola hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayan xalqımızın böyük oğlu Heydər Əliyev qarşıya çıxan bütün maneələri və çətinlikləri dəf edərək Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək ucalmışdı. Məhz Onun rəhbərliyində ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlanmışdı.
XX yüzilliyin 60-cı illərinin sonunda dahi şəxsiyyət Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ o zaman qurulmuşdur. 1970-1985-ci illərdə, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, milli iqtisadiyyatın əsası qoyulmuşdu. 213 iri sənaye müəssisəsi işə salınmış, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmuşdu. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdi. Müstəqillik dövründə Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi, zəruri sosial-iqtisadi potensial məhz ulu öndərin respublikamıza 1969-1982-ci illərdə rəhbərliyi dövründə göstərdiyi misilsiz dövlətçilik fəaliyyətinin və milli siyasətin nəticəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyev 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunanadək Azərbaycanı artıq müstəqil bir dövlət kimi yaşamağa hazırlamışdı.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoydu.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan 66-cı məşğələsində səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səriştəsizliyi ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.

Ardını oxu...

İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti ölkənin şimal-qərbində yerləşir. Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, qədim tarixi və zəngin mədəni irsi Şərqi Azərbaycan Vilayətinin əsas səciyyəvi cəhətlərindəndir. Son illər sənaye və aqrar sahənin dinamik inkişafı, xüsusilə xarici ticarət əlaqələrinin genişlənməsi buranı İranın ən əhəmiyyətli və inkişaf etmiş bölgələrindən birinə çevirmişdir.
45 min 491 kvadratkilometr ərazisi olan bu vilayətdə 3 milyon 807 min nəfər əhali yaşayır. Ərazisinə görə ölkənin 13-cü böyük vilayəti olan Şərqi Azərbaycanda 20 əyalət, 24 rayon, 62 şəhər, 142 kənd və 3079 kiçik yaşayış məntəqəsi vardır. Bölgədə sənayenin sürətli inkişafının nəticəsidir ki, hazırda əhalinin 40,8 faizi bu sahədə, 20,5 faizi kənd təsərrüfatı və 38,7 faizi isə xidmət sahəsində fəaliyyət göstərir.
Vilayətin mərkəzi olan Təbriz tarixən elm və mədəniyyət şəhəri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar, Şəms Təbrizi, Qətran Təbrizi və digər tanınmış ədiblər bu torpağın yetirmələridir. Bu ədiblər fars dili ilə yanaşı, doğma Azərbaycan dilində də dəyərli əsərlər yaratmış, şeiriyyətin və ədəbiyyatın inkişafına öz töhfələrini vermişlər. Bu gün Təbriz şəhərinin əhalisi Azərbaycan dilində danışır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı
Azərbaycanın qurtuluşunun başlanğıc günüdür

Hər bir xalqın minilliklərboyu formalaşmış dövlətçilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın müstəqillik, azadlıq ideallarına qovuşması mümkün deyil. Çətin dövrdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq hüququ qazanırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahidir. Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü bəlalardan xilas olunması, itirilməkdə olan dövlət müstəqilliyimizin əbədi, dönməz  xarakter alması ulu öndərimizin adı ilə bağlıdır.

70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazanmışdır. Keçmiş ittifaqın süqutundan sonra baş verən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə, 1991-ci ilin 18 ok­tyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratmışdır. Xalq illərboyu ürəyində yaşatdığı, can atdığı istiqlala qovuşmuşdu. Lakin çox keçməmiş müstəqillik duyğusunun yaratdığı sevincin yerini iztirab, narahatlıq tutmuş, ölkə­miz ağır sınaqlarla üzləşmişdir. Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv məlum qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar.

Ardını oxu...

Muxtar respublika sakinlərinin artıq vətəndaşlıq borcuna çevrilən iməciliklər hesabına diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, bu tədbirlərdə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər həftənin şənbə günləri davam etdirilən iməciliklərdə ağaclar əkilir, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.
İyunun 6-da keçirilən növbəti şənbə iməciliklərində ötən iməciliklərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, ağac və gül kolları əkilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının yaxınlığındakı, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıq sahələrinə aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunun Dəmirçi kəndindəki 5 hektarlıq meyvə bağında, Yengicə kənd tam orta məktəbinin ərazisindəki yaşıllıqlarda da bu tədbir həyata keçirilib.
Babəklilər Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndi hissəsində və Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında çalışıblar.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Aza kəndi hissəsində və “Qapıcıq” adlanan ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, Ordubad şəhərinin parklarında 1000 ədəd gül kolu əkilib.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı yoluna sədaqətli olan zəhmətkeş, fədakar insanların gərgin əməyi sayəsində 24 illik blokadaya baxmayaraq, bu gün Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Son 20 ildə muxtar respublikada bütün sahələrdə əldə olunan möhtəşəm nailiyyətlər ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının vətənpərvər naxçıvanlılar tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.  

Naxçıvan Muxtar Respublikasında ümummilli liderin anadan olmasının 92-ci ildönümü təntənəli tədbirlərlə qeyd olundu. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoydu, ulu öndərin xatirəsini dərin ehtiramla yad etdi.
Bu gün həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranıb, iqtisadiyyat dinamik inkişaf edib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Ardını oxu...

Dünən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında bu mövzuda tədbir keçirilib.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi, qurtuluş anı olub. 1991-ci ildə dövlət müstəqilliyinin rəsmən elan edilməsinə baxmayaraq, ermənilərin hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş naşı siyasətçilərin səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan addım-addım məhvə doğru sürüklənirdi.

Ardını oxu...

Naxçıvanın Şərqə qapısı sayılan Culfada, tarixin pak yaddaşı olan Əlincəçayın sahilində sıldırım, yalçın qayaların zirvəsində qartalların yuva saldığı əzəmətli bir qala var. Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən bu qala min illərdir, tarix ümmanında yol alanlara mayak olur. Bu qala Azərbaycan tarixinin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarı olan Əlincədir.

Bir qalanın tarixçəsi...

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı, təqribən, 2 min il bundan əvvələ aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.
Azərbaycan Atabəyləri – Eldəgizlərin hökmranlığı dövründə Əlincəqala mühüm hərbi istehkam olaraq hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilir. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin idarəçiliyinə keçir. Zamanının məğlubedilməz hökmdarı Əmir Teymur bu qala uğrunda uzun zaman mübarizə aparır. Onun qoşunları 1386-cı ilin payızında Naxçıvana basqın edir.

Ardını oxu...

Kəngərli rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə metodik kömək göstərilib. 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə­liyin fəaliyyətində nöqsanlar aşkar edilib. Bu da onu göstərir ki, maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, icra nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində işə soyuq münasibət qalmaqdadır.
Bu fikirlər Kəngərli rayonunda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev tərəfindən səsləndirilib.

Ardını oxu...

Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən muxtar respublikamızda bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Kənd əhalisi onlara verilən torpaq sahələrindən səmərəli istifadə edərək, əsasən, taxılçılığa üstünlük verir. Artıq kəndlilər və fermerlər zəhmət bahasına əkib-becərdikləri taxılın biçilməsi üçün hazırlıq işlərinə başlayıblar.  Dənli və texniki bitkilərin, o cümlədən taxılın tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də strateji əhəmiyyətli məhsulların yanğından qorunması, biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir.       

Biçin dövründə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Birinci növbədə qeyd etmək istəyirik ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də kənd təsərrüfatında, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin və sürücülərin ümdə vəzifəsi olmalıdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər, rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri tərəfindən muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına yanğına qarşı baxışlar keçirilmiş, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici söhbətlər aparılmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyi və Cəmşid Naxçıvanskinin ev-muzeyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan “Azərbaycanın hərb tarixində Cəmşid Naxçıvanskinin yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov açıb.

Cəmşid Naxçıvanskinin ev-muzeyinin direktoru Zeynəb Heydərovanın “Generallar nəsli”, həmin muzeyin fond müdiri-elmi işçisi Gülnaz Hüseynovanın “Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti”, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Mirismayıl Seyidovun “Hərbi kadr hazırlığına Heydər Əliyev adına Hərbi Liseyin töhfəsi” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, Azərbaycanın milli hərb sənəti tarixinə qızıl səhifələr yazan görkəmli sərkərdə Cəmşid Naxçı­vanskinin bu il anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamında deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir”. Bu sərəncamdan sonra, aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Ardını oxu...

İyunun 4-də AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Bildirilib ki, təbiətin mühafizəsi bütün dövrlərdə ən vacib məsələlərdən olub. Son illərdə ekosistemə daxil olan müxtəlif bitki və heyvan növlərinin azalması və ya tamamilə tükənməsi ümumbəşəri xarakter daşıyan təbiətin mühafizəsini daha da aktuallaşdırıb. Biomüxtəlifliyin zəngin olduğu Azərbaycanda təbiətin mühafizəsi, eləcə də müxtəlif ekoloji problemlərin həllinə göstərilən səylər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə diqqət mərkəzində olub. Bu sahəyə aid qanunvericilik bazasının hazırlanması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə ekoloji mühitin saflaşdırılmasında mühüm rol oynayıb.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qur­tuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilmişdir.
Məşğələdə institutun rektoru, professor Oruc Həsənli məruzə edərək bildirmişdir ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkə­yə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səbatsızlığı ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. Ölkədə əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik, başıpozuqluq meyilləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görülməmiş, hakimiyyət korrupsiyalaşmış ünsürlərin əlində oyuncağa çevrilmişdi. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçmiş, dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etmişdir.

Ardını oxu...

Dünən bu mövzuda Naxçıvan Tibb Kollecində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov çıxış edərək bildirib ki, Azərbaycan xalqı doğma yurdunun, əzəli-əbədi torpaqlarının düşmən təcavüzündən qorunması, müstəqil dövlətin qurulması, dövlətçiliyin mühafizəsi və möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi üçün əsrlərlə mübarizə aparıb. Bu müqəddəs mübarizə salnamələrini isə vətənin böyük övladları, tarixi şəxsiyyətləri yarada bilib. Qüdrətli, müstəqil Azərbaycan dövlətinin, zəngin mədəni irsə və sivil intellektual potensiala malik olan xalqımızın çağdaş milli tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmz­lərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.

Ardını oxu...

Bioloji müxtəliflik hələ də tam öyrənilməyib. Hazırda dünyada 15 milyondan çox canlı növləri var. Lakin insanların fəaliyyəti nəticəsində ekosistemə daxil olan bir çox növlər məhv olmuş və bu proses indi də davam etməkdədir. Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45 faizi, əsasən, son illərdə qırılaraq məhv edilib. Son 400 ildə 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib. Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. Bioloji müxtəlifliyin belə sürətlə itkisi həyatın özünü təhlükədə qoymaqla yanaşı, qlobal faciələrə də səbəb ola bilər. Çünki təbiət müəyyən qanunlar çərçivəsində öz varlığını davam etdirir. Əgər təbiətə ziyan vurulursa, bu, ekoloji tarazlığın pozulmasına, nəticədə isə təbii fəlakətlərin baş verməsinə səbəb olur.

9 iqlim qurşağının yerləşdiyi Azərbaycan dünyanın zəngin biomüxtəlifliyə malik ölkələrindən biridir. Ölkəmizdə biomüxtəlifliyin qorunması, ümumilikdə isə ekologiyanın mühafizəsi ötən əsrin 70-ci illərindən intensiv xarakter alıb. Azərbaycanda ekoloji problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayan, təbiətə böyük sevgi və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev deyirdi: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə kollecin direktor əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq qeyd edib ki, 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin edib.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarovun “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzəsi dinlənilib.

Ardını oxu...

(Əvvəli qəzetin 2 iyun 2015-ci il tarixli sayında)

Tatar (azərbaycanlı) süvari alayı Kosova kəndində yerləşəndə Cəmşid xan Naxçı­vanskinin 3-cü dərəcəli (bant və qılınclarla birlikdə) “Müqəddəs Stanislav” ordeni ilə təltif olunması elan edilir. Bu mükafat ona 12 may 1916-cı ildə təqdim olunur. Birinci Dünya müharibəsində Qafqazın yerli əhalisindən yaradılmış diviziyanın (“Dikaya Diviziya”) tatar (azərbaycanlı) süvari alayının birinci yüzlüyünün birinci manqa komandiri təyin edilən Cəmşid xanın 20 yaşı var idi. Əmr 18 fevral 1916-cı ildə verilmişdir. 31 may 1916-cı ildə alayın apardığı döyüşlərdə gənc zabitin aslan kimi döyüşdüyünü görən Qafqaz yerli süvari diviziyasının tatar süvari alayının komandiri Polovtsev yenidən 5 iyul 1916-cı ildə cəbhənin Georgi Dumasına məktub göndərir. O, bu məktubda bildirir ki, kornet Cəmşid xan “Georgi Silahı”nı almağa layiqdir. Bu, Cəmşid xanın komandirinin Georgi Dumasına 3-cü məktubu idi. 26 yanvar 1917-ci ildə onu “Müqəddəs Georgi Silahı” ilə təltif etdilər. Qeyd edək ki, mayın 31-də olan qızğın döyüşlərdə Cəmşid xan ikinci dəfə yaralanmışdı.
1916-cı il may ayının ikinci yarısında cənub-qərb cəbhəsi Avstriya qoşunlarına ağır zərbələr endirdi. Həmin ilin 22-31 may tarixlərində Lutsk şəhəri istiqamətində general Brusilovun rəhbərliyi ilə rus qoşunları düşmən qoşunlarını ağır məğlubiyyətə uğratdı. Bu, hərbdə “Brusilov cəbhəsinin yarılması” adlanır. Qeyd etmək yerinə düşər ki, Avstriya və Macarıstan qoşunlarının darmadağın edilməsində Qafqazın yerli süvari diviziyasının da böyük xidmətləri olmuşdur. Bu xidmətinə görə gənc kornet Cəmşid xan “Georgi Silahı” mükafatına layiq görülmüşdür.
Əlahəzrət imperatorun bu haqda əmri 26 yanvar 1917-ci ildə Çarskoye Seloda imzalanıb. Bu qızğın döyüşdə yaralanan Cəmşid xana sağalandan sonra müvəqqəti məzuniyyət verirlər ki, doğma vətəni Naxçıvana getsin. Araşdırmalar göstərir ki, bu, onun Naxçıvana, doğma ata-anasının yanına axırıncı səfəri olur.
Cəmşid xan 1916-cı ildə Naxçıvana gələrkən İrəvan seminariyasında oxuyan qardaşı Teymur xan vəfat edir. Onu öldürüblər, yaxud özü intihar edib? Yəqin ki, tapılan sənədlər bunu da dəqiqləşdirməyə imkan verəcək.
Avstriya qoşunlarının mühasirəsinə düşən inquş süvari polkunu xilas edən tatar süvari alayı xeyli itki verir. Bu döyüşdə onun döyüş bacarığı yenə də yüksək qiymətləndirilir. 15 aprel 1917-ci ildə kornet Cəmşid xan 3-cü dərəcəli (qılınclarla və bantla) “Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir.
30 oktyabr 1917-ci ildə isə Cəmşid xanın rütbəsini artırırlar. O, süvari qoşunların ştabs-rotmistr rütbəsini alır.
1917-ci il fevral-burjua inqilabı zamanı Cəmşid xanın komandirlik etdiyi manqa Avstriya cəbhəsində idi. Rusiya imperiyasında yaranan qeyri-sabitlik müharibə səngərlərində döyüşən alayı da çətin vəziyyətdə qoyur. Alayın daxil olduğu diviziya general Kornil­ovun əmri ilə Petroqrada göndərilir. Amma qoşunlar aparılan təbliğat nəticəsində Petro­qrada getmək istəmirlər. Qətiyyətlə diviziyanın Qafqaza qayıtmasını tələb edirlər. Bu səbəbdən də əmr olunur ki, diviziya Qafqaza qayıtsın. Cəmşid xan Naxçıvanski öz tatar (azərbaycanlı) alayı ilə Gəncəyə (o vaxtlar Yelizavetpol adlanırdı) qayıdır. Tatar alayı Azərbaycan qoşunlarının korpusuna daxil edilir, alay əvvəlcə Yelinendorfda (Sovet hakimiyyəti illərində Xanlar, indiki Göygöl şəhəri) yerləşirdi. Bir müddətdən sonra tatar polkunu Qarayazıda yerləşdirirlər.
1918-ci ilin yazında alay Kürdəmirdə gedən döyüşlərdə iştirak edir. Cəmşid xanın alayı türk əsgərləri ilə birlikdə Bakını erməni işğalından azad edir. Cəmşid xan öz tərcümeyi-halında yazır ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra şəhərə ingilislər və Çentrokaspinin qoşunları daxil oldular. Mənim alayım ingilislərlə döyüşürdü, hətta o vaxt 2 şotland rotasını əsir tutdum.
Türk qoşunları Bakıdan gedəndən sonra ingilislər at oynadırdılar. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin başçıları respublikada ordunu möhkəmləndirmək işini ümdə məsələlərdən biri hesab edirdilər.
Cəmşid xan Naxçıvanski milli Azərbaycan ordusunun yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. O, birinci tatar süvari alayının komandir köməkçisi vəzifəsində işləyir. Onun xidmət etdiyi alay 1919-cu ildə ingilislərin təhriki ilə Bakıdan çıxarılır və Qusarda yerləşdirilir. İngilislər Bakını tərk edən kimi ağ ordunun Dağıstan tərəfdən Azərbaycana hücum edəcəyi təhlükəsi yaranır. Belə bir şəraitdə Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edirlər. Onun qərargahı Yalamada yerləşirmiş.
24 mart 1920-ci ildə onu ikinci Qarabağ süvari polkunun komandiri təyin edirlər. Xankəndidə yerləşən alaya hərbi xidmətə gedən Cəmşid xan Ağdamda ləngiməli olur. Çünki erməni daşnakları Əsgəran qalasını tutmuş və Xankəndinə gedən yolu bağlamışdılar.
Məlumat üçün deyək ki, Əsgəran qalasının daşnak quldurlarından xilas edilməsində Cəmşid xan və əsgərləri qəhrəmanlıq göstərmişlər.
28 aprel 1920-ci ildə Bakı proletarları XI qızıl ordunun köməyi ilə müsavat hökumətini devirib hakimiyyəti öz əllərinə keçirirlər. Cəmşid xan Naxçıvanski Nəriman Nəriman­ovun təklifi ilə Sovet hakimiyyətini qəbul edir. Onun komandanlıq etdiyi süvari polku sovet ordusu tərəfinə keçdikdən sonra fəhlə-kəndli alayı adlandırılır.
Cəmşid Naxçıvanskinin yüksək hərbi biliyə və istedada malik olması XI qızıl ordunun komandanı Levandovskinin, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin və Azərbaycan Hərbi-Dəniz Xalq komissarı Əliheydər Qarayevin diqqətini cəlb edir.
Qeyd edək ki, 1971-ci ildən sonra yazılan qəzet və jurnal məqalələrində, kitablarda Cəmşid xan Naxçıvanskinin fəaliyyətinin yalnız sovet dövrü nisbətən geniş işıqlandırılıb. Ancaq onun həbs edilməsinin üstündən sükutla keçilib. Hətta onu kadet korpusunda oxuduğu illərdən inqilabi işlə məşğul olduğunu yazan və mətin bolşevik səviyyəsinə qaldıran müəlliflər də olublar. Ancaq bunlar ağ yalandır! O, heç vaxt inqilabçı olmayıb. Sadəcə, N.Nərimanovun təklifini qəbul edib, xarici ölkələrə mühacirət etməyib. Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi Naxçıvanı çox sevdiyindən hərbi fəaliyyətini Azərbaycanda davam etdirib. Mətləbdən uzaqlaşmayaq. Birinci Dünya müharibəsində 3 dəfə yaralanan Cəmşid xanı ilk dəfə 31 may 1920-ci ildə Hərbi və Dəniz komissarı Çingiz İldırımın əmri ilə həbs etmişlər. İyun ayının 1-də ona həbs orderi yazmış və Nargin adasına göndərmişlər. Həbs ediləndə onun 25 yaşı var idi. Onu 25-31 may Gəncə qiyamına görə “təqsirkar” bilib həbs etmişlər. Amma Gəncə üsyanı baş verəndə Cəmşid xan öz alayı ilə Suraxanıda idi. Çingiz İldırımın əmri ilə Bakıya çağırılan Cəmşid xan iyun ayının 1-də onun əmri ilə həbs edilmişdi. Məlumat üçün deyək ki, Çingiz İldırım laçınlı Sultan bəyin əmisi oğlu idi. Və o, Naxçıvanskiləri çox yaxşı tanıyırdı. Atasının əmisi Xosrov bəy də Bəhram xan Naxçıvanski ilə birlikdə İrana mühacirət etmiş, sonralar Türkiyəyə köçmüşdür.
Cəmşid xan Naxçıvanski həbs ediləndən 68 gün sonra, yəni avqustun 8-də ona dindirilmə protokolu tərtib ediblər. Cəmşid xan ad gününü Nargin adasında öz yaddaşında qeyd edir: ömrünün 26-cı baharına qədəm qoyur.
Avqust ayının 13-də XI qızıl ordunun hərbi şurasının xüsusi şöbəsinin hərbi müstəntiqi Cəmşid xan Naxçıvanskinin günahsız olduğunu təsdiqləyir və onu həbsdən azad edirlər.
Bu zaman tale onun üzünə gülür. Əgər Çingiz İldırım iyunun 4-də cəbhəyə getməsəydi, yəqin ki, onu güllələdəcəkdi.
Çingiz İldırımın yerinə Hərbi Dəniz Xalq komissarı Əliheydər Qarayev təyin edilmişdi. Naxçıvanskilər ailəsinin yetişdirdiyi hərbçilərə rəğbət bəsləyən Əliheydər Qarayev onu güllələnməyə qoymamışdı. Çünki Cəmşid xan Naxçıvanski kimi hərbçilər çox az yetişir. O isə təzə qurulmuş Sovet hökumətinə olduqca lazım idi. Cəmşid xan Naxçıvanskinin həbsdən azad edilməsi haqda order avqust ayının 26-da yazılıb. Bizim qəhrəmanımız 84 gün Nargin adasının qaranlıq zindanlarında yaşayıb. Həbsdən azad edilən Cəmşid xan Azərbaycan sovet hərbi məktəbinə təsərrüfat rəisi təyin edilib. Qeyd edək ki, Cəmşid xana gizlicə nəzarət edirdilər. O, bunu bilsə də, büruzə vermirdi. Öz hərbi işinin vurğunu idi. Həyatın ona bəxş etdiyi əzab-əziyyətləri unutmaq üçün bütün həyatını qəlbən bağlandığı hərb sənətinə həsr etmişdi. Cəmşid xan sovet ordusunda da içdiyi anda sadiq idi. Ancaq həmin illərin fotoşəkillərinə baxanda Cəmşid xanın üzündə sevincdən bir əlamət olmadığını görürük. Tanıdığı insanların çoxundan namərdlik görən Cəmşid xanın üzündəki ifadələri, şübhəli baxışları duymaq çətin deyil. Yüksək hərbi biliyə malik olan Cəmşid Naxçıvanskinin hərb sənətinə sədaqəti, mərdliyi və intizamlı olmağı komissar Əliheydər Qarayevin diqqətini cəlb edir. O, Cəmşid xanı həmin hərbi məktəbin rəisinin birinci köməkçisi təyin edir. Cəmşid xan Naxçıvanski gənc olsa da, vaxtilə özünün qazandığı zəngin təcrübəsini yeniyetmə müdavimlərə həvəslə öyrədir. Buna görə ona təşəkkür elan edilir. 1921-ci il sentya­brın 10-da Cəmşid xan Azərbaycan atıcı briqadasının komandiri təyin olunur. Azərbaycan atıcı briqadasının bazası əsasında diviziya yaratdığına görə Cəmşid xan Naxçıvanskiyə təşəkkür elan edilmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc verilmişdi. Qəhrəman sərkərdə Cəmşid xan Naxçıvanski təzə yaradılmış dağatıcı diviziyasına komandir təyin edilmişdi. 1923-cü ildə Cəmşid xan Naxçıvanski təhsilini artırmaq üçün Mos­kvadakı hərbi akademiyanın ali komanda kursuna göndərilir. Akademiyanı bitirdikdən sonra o, Bakıya qayıdır və diviziyaya yenidən komandirlik edir.
Cəmşid xan diviziyada ciddi nizam-intizam yaradır. Artıq o, hərbi taktikanı və hərb elmini dərindən bilən sərkərdə kimi püxtələşmişdi. Məqamındaca qeyd edək ki, Cəmşid xan Naxçıvanskinin bacarıqlı hərbi rəis kimi yetişməsində məşhur sərkərdələrdən Əliağa Şıxlinskinin və Səmədağa Mehmandarovun böyük xidmətləri olmuşdur. Bu unudulmaz sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşdur.
Cəmşid xan Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağatıcı diviziyasına komandirlik etmişdir. Bu 10 il ərzində o, Azərbaycan Ordusu üçün əvəzsiz işlər görmüşdür. 1927-ci ildə ikinci dəfə Moskvada hərbi akademiyaya, 1928-ci ildə isə Sevastopol şəhərinə hava hücumundan müdafiə kurslarına göndərilmişdi. Nümunə üçün 1927-1928-ci illərdə hərbi akademiyanın ali komanda heyətindən ona verilmiş xasiyyətnaməni göstərə bilərik: “Taktiki təlim hazır­lığı qənaətləndiricidir, öz hazırlığını dərinləşdirir, hərbi işə sonsuz məhəbbət göstərir, işdə fəaldır, metodika sahəsində hazırlığı kafidir, komanda xadimliyinə təmayülü böyükdür, diviziyaya rəhbərlik etməyə tam layiqdir”.
Cəsur sərkərdə Azərbaycan dağatıcı diviziyasını keçmiş SSRİ-nin hər yerində tanıtmış, bacarıqlı hərbi və siyasi kadrlar yetişdirmişdi. Məşhur sərkərdə M.F.Frunze 1923 və 1925-ci illərdə Bakıya gələrkən diviziyanın işi ilə tanış olmuş və Cəmşid xanın fəaliyyətinə yüksək qiymət vermişdir. Cəmşid Naxçıvanski yorulmaq bilmədən çalışırdı. Hətta o, 1928-ci il oktyabrın 17-də diviziyada hava hücumundan kimyəvi üsullarla müdafiə olunmaq qaydalarını əsgərlərə öyrətmək üçün təlim təşkil etmişdi. İxtisaslı hərbi mütəxəssislərdən ibarət komissiya onun işinə yüksək qiymət vermişdi. Bu zaman ona pul mükafatı və üstü­ yazılı qiymətli hədiyyə də bağışlamışdılar.
29 oktyabr 1930-cu ildə Cəmşid xan Azərbaycan SSR-in “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi. Azərbaycan SSR və Zaqafqaziya Mərkəzi İcraiyyə komitələrinin üzvü idi. Xan əsilli olduğundan Kommunist Partiyası sıralarına qəbul edilməyən Cəmşid xan Mir Cəfər Bağırov və onun dostu Lavrenti Beriya tərəfindən ciddi təqib edilirdi.
1931-ci ilin 22 fevralında onu teleqramla Tiflisə çağırdılar ki, gəlib qırmızı bayraqlı Qafqaz ordusunun qərargahında məruzə etməlisən. Ancaq Tiflisdə əvvəlcə onu Zaqafqaziya Siyasi İdarəsinə dəvət etdilər. Və orada dərhal Cəmşid xanı həbs etdilər. Qəribədir ki, onu həbs edəndən 18 gün sonra, yəni martın 11-də həbs orderi yazılıb. O, L.Beriyanın əmrinə əsasən həbs edilmişdi.
Həmin ilin 24 sentyabrına kimi Tiflisdə həbsdə qalan Cəmşid xan ayın 25-də Bakıya göndərilib. Orada isə Mir Cəfər Bağırovun sifarişi əsasında 30 sentyabr 1931-ci ildə Azərbaycan Siyasi İdarəsi onu güllələməyi qərara alır. Ancaq S.Orconikidzenin işə qarışması onu güllələnməkdən xilas edir. Serqonun xahişi ilə SSRİ-nin Siyasi İdarəsinin başçısı V.R.Menjinski Cəmşid xanla bağlı məsələni İ.V.Stalinə bildirir. 5 noyabr 1931-ci ildə Mərkəzi Komitənin Siyasi Bürosunun iclasında Stalinin qərarı belə olur: Naxçıvanskini bu şərtlə azad edin ki, o, bir daha Zaqafqaziyada işləməsin.
Bundan sonra Cəmşid xan Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya dinləyici kimi göndərilir. 14 noyabr 1931-ci il tarixdə hərbi akademiyanın dinləyicisi kimi qeydə alınmışdır. 1933-cü ildə kursu bitirir. Onu akademiyada müəllim saxlayırlar. Cəmşid xan əsas fakültənin ikinci kursunun rəisi təyin edilir. 1934-cü ildə isə Ümumi taktika kafedrasına müdir təyin edilən Cəmşid xan Naxçıvanskiyə 1935-ci ilin 5 dekabrında kombriq, yəni general-mayor hərbi rütbəsi verilir.
General-mayor Cəmşid xan Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilir. Həbs­edilmə anketində bir məlumat diqqətimizi çəkdi. Cəmşid xan yazır: “Anam, qardaşım və bacım xarici ölkədə yaşayırlar, onlarla heç bir əlaqəm yoxdur. Anamın adı Fəxrəntac, qardaşımın adı Davud, bacımın adı isə Lalabəyimdir”. Bu məlumatdan aydın olur ki, Cəmşid xan Moskvada yaşasa da, doğmaları haqqında məlumatı varmış. Onun bacısının adı sənəddə Nazlıbəyimdir. Evdə ona Lalabəyim deyirdilər. Deməli, 1938-ci ildə artıq Cəfərqulu xan sağ deyilmiş. Qeyd edim ki, Davud xanla bağlı axtarışlarımız davam edir.
Sənədlərdən məlum olur ki, general-mayor Cəmşid xanı 52 gün (gecə-gündüz) mühakimə edib, ona ağlagəlməz işgəncələr vermişlər. Keçmiş SSRİ-nin Siyasi İdarəsinin Lefortova həbsxanasında Cəmşid xan Naxçıvanski 97 gün işgəncələrə qəhrəmanlıqla sinə gərmişdir. Sovet hökuməti onunla çox ədalətsiz davranır. Rusiya ordusunda əvəzsiz xidmətləri olan generalı 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələyirlər. Moskva şəhərinin yaxınlığında yerləşən “Kommunarka” adlı meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir. Kədərdən də kədərlidir qəhrəmanımızın taleyi. Onun Lefortovada son dəfə çəkilən fotoşəklinə baxmaq olmur. Bu qədər qəddarlıq olarmı?! İgid sərkərdə sınmadan, əyilmədən, hətta vida sözü demədən ölümün gözlərinə dik baxır.
Yazının əvvəlində deyildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Cəmşid xan Naxçıvanskini ikinci dəfə həyata qaytardı. Adını əbədiləşdirdi. Görkəmli sərkərdənin adının hərb tariximizdə unudulmaması üçün Bakıdakı hərbi təmayüllü məktəbə Cəmşid Naxçıvanskinin adını verdi. Sovet İttifaqında böyük iradə və cəsarət lazım idi bunları etmək üçün. Dünyanın nadir, dahi şəxsiyyət­lərindən olan ümummilli liderimiz uzaq­görənliklə bunu bacardı.
Ulu öndərimiz müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında” 19 noyabr 2002-ci ildə Sərəncam imzaladı. Hələ 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxtda göstəriş vermişdi ki, Naxçıvan şəhərində sərkərdənin doğulduğu evdə onun ev-muzeyi yaradılsın.
Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 22 noyabr 1982-ci il tarixli əmri ilə Cəmşid xan Naxçıvanskinin ata evi muzey kimi təsdiq olundu. 22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi açıldı. Muzey Cəfərqulu xanın malikanəsinin birinci mərtəbəsində yerləşdirildi. Sonra – 1985-ci ildə ikinci mərtəbəyə köçürüldü. Ancaq binanın bir hissəsi muzey kimi istifadəyə verildi. Naxçıvan Şəhər XDS İK-in 15 mart 1983-cü il tarixli qərarı ilə binanın hamısı ev-muzeyi üçün təsdiqlənmişdir. O vaxtlar ümummilli liderimiz Moskvaya, Kremlə yüksək vəzifəyə getdiyindən Naxçıvan Vilayət Partiya Komitəsi Cəmşid Naxçı­vanskiyə “ögeyliyini” göstərdi. Binanın yarısında hansısa idarə yerləşdirildi.
Cəmşid xan Naxçıvanskinin ev-muzeyi rəsmi olaraq 1987-ci ilin noyabrında açılmışdır.
Bütün milli hərb tariximizin fəxri olan Cəmşid Naxçıvanskinin həyatı, igidliyi gənc­liyimiz üçün əsl nümunədir.


Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

İyunun 1-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra məktəbin akt zalında “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən məşğələni giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin adıçəkilən mövzuda çıxışı olub. Bildirilib ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb və ağır bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın çağdaş tarixində silinməz izlər qoyub. Dahi şəxsiyyət Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

Ardını oxu...

Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə də muxtar respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları muzeylərə gedir, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olurlar.

Ardını oxu...

Sədərək rayonunda “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq rayonda bələdiyyələrin fəaliyyəti üçün yaradılan imkanlardan söz açıb, bu imkanlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. İcra başçısı deyib ki, muxtar respublikanın iqtisadi potensialının güclənməsi bütün sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir edib. Yerli özünüidarəetmə orqanları tərəfindən qanunçuluğa ciddi əməl edilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev seminar-müşavirədə çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

Ardını oxu...

Dünən Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə teatrın foyesində uşaqların əl işlərindən, rəsm əsərlərindən və uşaqlar üçün muxtar respublikada nəşr olunmuş kitablardan ibarət sərgiyə baxılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Naxçıvan Muxtar Respublikasında uşaqların hüquq və sağlamlıqlarının qorunması, onların təhsili, təlim-tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, hazırda muxtar respublika əhalisinin 35,8 faizini, yəni 157 min 581 nəfərini uşaqlar təşkil edir. Bunlardan 1972 nəfəri sağlamlıq imkanları məhdud, 98-i valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, 181-i övladlığa götürülmüş, 12-si xüsusi istedada malik, 64-ü ölkədaxili və ölkədənkənar yarışların qalib və mükafatçısı olan 18 yaşınadək uşaqlardır.

Ardını oxu...

Azərbaycanın milli hərb sənəti tarixinə qızıl səhifələr yazan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin bu il anadan olmasının 120 illiyi tamam olur.

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamında deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir”. Bu sərəncamdan sonra, aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Pla­nı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.
Unudulmaz sərkərdə Cəmşid Naxçı­vanski yunkerlikdən sərkərdəyədək yüksəlmişdir. Arxiv sənədlərindən, müasirlərinin xatirələrindən məlum olur ki, o, zəngin və maraqlı həyat yolu keçmişdir. Xan əsilli sərkərdə ulu babalarının və atasının döyüş yolunu zəfərlərlə, özünəməxsus istedad və bacarıqla davam etdirmişdir. Axtarışlar zamanı məlum oldu ki, onun haqqında Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, əsasən, 1971-ci ildən sonra məqalələr yazılmışdır.

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

Ardını oxu...

1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı irəli sürülən təkliflər qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaq yaşadığı ailənin möhkəmliyi, təmsil etdiyi xalqın gələcəyidir. Ailə­yə sevinc bəxş edən, varlığı saflıqdan, sadəlikdən yoğrulan uşaqların xoşbəxt, firavan yaşayışı, layiqli bir vətəndaş kimi böyüməsi hər kəsin müqəddəs borcu, həyat amalıdır. Ölkəmizdə uşaqlara diqqət və qayğının prioritet istiqamət kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə uşaqlara xüsusi qayğı göstərərək onların gələcək həyat yollarının düzgün istiqamətləndirilməsi naminə mühüm qərarlar qəbul etmişdir. Ötən əsrin 70-80-ci illərində gənc nəslin nümayəndələrinin yaxşı təhsil alması və dünyagörüşlərinin formalaşması məqsədilə ölkəmizin bütün bölgələrində məktəb binaları, məktəbdənkənar müəssisələr, istirahət guşələri, mədəniyyət evləri, musiqi məktəbləri tikilərək istifadəyə verilmişdir.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, ötən dövr ərzində Şərur rayonunda 16 dəfə seminar-müşavirə keçirilib. Belə seminar-müşavirələrin keçirilməsində məqsəd bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasından ibarət olub.
Vurğulanıb ki, Şərur rayonunda fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə 2009-­2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 19 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib.

Ardını oxu...

Mayın 25-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu tərəfindən Qars Qafqaz Universitetində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun keçdiyi şərəfli yol barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1918-ci ildə öz müstəqilliyini əldə edən xalqımız Şərqdə ilk demokratik respublika yaratmışdır. Cümhuriyyətin süqutundan sonra Azərbaycan xalqının azadlıq arzuları sönməmiş, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmişdir.

Ardını oxu...

Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.
Bu fikirləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri ilə bağlı Culfa rayonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev deyib.
Ədliyyə naziri bildirib ki, ulu öndərimizin 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatı rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, həm də inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasını, qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Gününə həsr olunmuş Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda 193-cü məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 97 il öncə məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Mayın 25-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu istiqamətində uğurlu yol qət etmişdir. Xalq cümhuriyyətinin süqutundan sonra 70 illik imperiya əsarətində olan xalqımız ötən əsrin 90-cı illərində yenidən öz müstəqilliyini bərpa etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanılmışdır. Ulu öndər tərəfindən müəyyənləşdirilən hüquqi və dünyəvi dövlət qurucu­luğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə­mizdə əldə olunan yüksək iqtisadi inkişaf, sabitlik və uğurlu beynəlxalq əlaqələrdən söz açan Baş konsul Azərbaycanın dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.

Ardını oxu...

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin parlaq səhifəsidir” mövzusunda məruzəsi dinlənilib.
Əmir Babayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, xalqımız həmişə qəlbində azad və müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib.
Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərib, cəmi 23 ay yaşaya bilib.
Tədbirdə ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması istiqamətində respublikamızda aparılan azadlıq mücadiləsi yolunda baş vermiş faciəli hadisələr, müstəqilliyimizi yenidən bərpa etdiyimiz ilk vaxtlarda rastlaşdığımız maneələr, ciddi təhlükələr xatırladılıb, ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması istiqamətində gördüyü misilsiz xidmətlərdən ətraflı söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dövlətimizin tərəqqisi naminə gördüyü işlərin əhəmiyyəti vurğulanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə dərc edilmişdir. Həmin marş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Müvafiq Konstitusiya qanunları və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur. 

“Himn” sözü beynəlxalq dövlətçilik terminologiyasına görə “dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş” mənasındadır. Həmin termin Azərbaycan dilində də eyni məna və funksiyanı ifadə edir. Azərbaycan Respublikasının Dövlət Himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin – Azərbaycançılığın müqəddəs rəmzidir. Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, yüksək vətənpərvərlik hissi ilə, qürurla oxunur və dinlənilir. Himn həmişə dövlət bayrağı ilə bərabər tutulur. Himni obrazlı şəkildə hər bir dövlətin musiqi bayrağı da adlandırırlar. Dövlət himni çalınarkən mütləq dövlət bayrağı da qaldırılır. Digər tərəfdən, təsadüfi deyildir ki, bir çox dövlətlərdə əsas dövlətçilik atributları məhz təkcə bayraq və himndən ibarətdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır. O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir”.

Ardını oxu...

Mayın 25-də Naxçıvan Müəllimlər İnstitutunda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, 97 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Bu demokratik respublikanın yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayıb.
Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı daxili və xarici təhlükələrdən xilas edib, onun müstəqilliyinin əbədi və dönməz xarakter almasına səbəb olub. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gediş təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.

Ardını oxu...

Dünən Şahbuz Şəhər Mərkəzində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı keçirilən seminar-müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında icra nümayəndələri üçün seminar təşkil edilib, onlar müvafiq normativ-hüquqi aktlardan çıxışlarla təmin olunublar. İcra nümayəndə­ləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik köməklik göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi daim diqqətdə saxlanılıb.
Şahbuz rayonundakı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır ki, bu əməliyyatlar 21 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mərasimdə Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov hərbi andın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hərbi and içən əsgər təntənəli surətdə vəd edir ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaq, bundan ötrü qanını və canını əsirgəməyəcəkdir. Hərbi anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, baş leytenant Dönməz Məmmədov və baş leytenant Ramil Quliyev gənc əsgərləri bu əhəmiyyətli gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Təvəkkül Quliyev bu günün onda böyük qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən Məhəmməd Cəlilov və Qoşqar Quliyev nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov gənc əsgərlərə və onların valideynlərinə xoş arzularını çatdırıb.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

Elektron imza (e-imza) elektron məkanda şəxsin kimliyini müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş barmaq izlərinin, səs kimi bioloji əlamətlərinin və sair elektron halda kimliklərinin təsdiq olunmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən rəqəmsal koddur. Elektron imza sənədin həqiqiliyini, bütövlüyünü və dəyişilməzliyini təmin etməyə imkan verir. E-imza ilk dəfə Uildfild Diffi və Martin Xellman tərəfindən 1976-cı ildə təklif edilmişdir. 1977-ci ildə ilk kriptoqrafiya alqoritmi RSA yaradılmışdır.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyev “Əsrin müqavilə­si”nin imzalanmasına nail olmaqla dünya siyasətçiləri arasında böyük zəkaya və nüfuza malik olduğunu bir daha təsdiqləmişdir. Məhz ulu öndərin uzaqgörənliklə atdığı bu addım nəticəsində dünyanın ən böyük enerji layihəsi olan, regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət daşıyan, ilk mərhələdə çoxlarına xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası reallaşdırılmışdır. İstifadəyə verildiyi dövrdən keçən müddətdə özünü dəfələrlə doğruldan bu layihə ulu öndər Heydər Əliyev dühasının xalqımızın xoşbəxt gələcəyinə ərməğan etdiyi bir əsər kimi hələ neçə əsrlər bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

Ardını oxu...

May ayının 21-22-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Tibb Kolleci ilə birlikdə “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib.
Təlimin keçirilməsində məqsəd Naxçıvan Tibb Kollecində yaradılmış sanitar heyətlərin və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatını və hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə (zəhərlənmə) və təbii fəlakət ocaqlarında ilk tibbi yardımın göstərilməsi bacarığını təkmilləşdirmək, kombinə edilmiş zədələnmə ocağında ilk tibbi yardımın göstərilməsi üzrə sanitar heyətlərin fəaliyyətini izləmək, kollecin inzibati binasında yanğın və digər fövqəladə hadisələr zamanı müəllim-tələbə heyətinə düzgün davranış və fəaliyyət qaydalarını öyrətmək, eləcə də muxtar respublika ərazisində ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələr zamanı müəllim-tələbə heyətinin mühafizəsi tədbirlərinin həyata keçirilməsini praktik olaraq məşq etdirmək olub.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov açaraq Naxçıvan şəhərində bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edərək bildirib ki, nazirlik tərəfindən muxtar respublikada bələdiyyələrə metodik köməkliklərin göstərilməsi istiqamətində işlər mütəmadi davam etdirilir. Ötən müddətdə Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə yoxlamalar keçirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib. Lakin nazirlik tərəfindən görülən işlərə, keçirilən maarifləndirici tədbirlərə, eləcə də verilmiş tövsiyə və təkliflərə baxmayaraq, Naxçıvan şəhəri üzrə bələdiyyələrin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onlara metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlığının artırılması və digər məsələlər daim diqqətdə saxlanılır, bələdiyyələrin maarifləndirilməsi məqsədilə onlara müxtəlif hüquqi və metodik köməklik göstərilir. Eyni zamanda bələdiyyə üzvləri və qulluqçuları Ədliyyə Akademiyasında tədris tədbirlərinə cəlb olunur, onların hazırlanması və ixtisaslarının artırılması həyata keçirilir. Təkcə bu il ərzində 20 bələdiyyə sədri Ədliyyə Akademiyasına göndərilib ki, bunlardan 3-ü Naxçıvan şəhəri üzrə bələdiyyə sədrləridir. Bu proses gələcəkdə də davam etdiriləcək.

Ardını oxu...

Muxtar respublikada keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri
bunu bir daha sübut etdi

Dünyanın istənilən ordusunun döyüş qabiliyyətini, gücünü iki halda müəyyənləşdirmək olar: birincisi, genişmiqyaslı hərbi təlimlərdə, ikincisi isə müharibədə. Son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu istər hərbi təlimlərdə, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübut etdi.

Əgər Əlahiddə Ümumqoşun Ordusu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi çox yüksək səviyyədə təşkil olunub. Yəni bu gün Əlahiddə Ümumqoşun Ordusu qədim diyarın sürətli yüksəlişinin, intibahının qarantıdır.
Dost və qardaş ölkələr Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin güc birliyinin göstəricisi olan hərbi təlimlərin nəticələri bu gün Azərbaycan Ordusunun Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvəsinə çevrildiyini göstərdi.

Ardını oxu...

Muxtar respublikanın hava nəqliyyatı sistemi müasir inkişaf mərhələsini yaşayır. Son illər bu sahə üzrə yeni infrastrukturun yaradılması xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
Bu ilin aprel ayında yerli hava xətti ilə 18 min 369 sərnişin, 231 min 508 kiloqram baqaj, 84 min 435 kiloqram yük və 1766 kiloqram poçt, eləcə də Naxçıvan-Moskva istiqaməti üzrə 258 sərnişin, 4 min 137 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 413 sərnişin və 4 min 421 kiloqram baqaj daşınmışdır.
Uçuşların vaxtında və təhlükəsiz təşkili məqsədilə hava limanının bütün strukturları qarşıda duran vəzifələri təlimata uyğun həyata keçirmişdir. Belə ki, uçuş-enmə zolağında və perronda cari təmir işləri aparılmış, hava gəmilərinə, xidməti avtomobillərə və bütün növ avadanlıqlara texniki qulluq göstərilmişdir. Texniki yoxlamalar zamanı qarşıya çıxan nasazlıqlar aradan qaldırılmış, sıradan çıxmış hissə və avadanlıqlar təmir və ya yenisi ilə əvəz olunmuşdur.
Hava limanının xidməti ərazisindəki transformatorlar, elektrik və su xətləri təmir olunmuş, yeni nasoslar quraşdırılmışdır. Aerovağzal binasındakı tərəzi, konveyer və digər texnoloji avadanlıqların fəaliyyətinə müntəzəm nəzarət edilmiş, 1 müşahidə kamerası təmir olunmuş, yeni lift və eskalatorların quraşdırılması işi tamamlanmışdır. Hazırda aerovağzal binasında yenidənqurma işləri davam etdirilir.
Hava limanında kadr potensialının və işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işi də diqqət mərkəzində saxlanılır. Aprel ayında işçilərin biliklərinin yoxlanması üçün imtahan keçirilmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və abonent­lərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Yaşayış məntəqələrində yeni poçt şöbələrinin istifadəyə verilməsi, mənzillərin telefonlaşdırılması, fiber-optik xətlərin çəkilməsi və yüksəksürətli internetə çıxış imkanının yaradılması əhalinin keyfiyyətli rabitə xidmətindən və yeni texnologiyaların imkanlarından səmərəli istifadəsinə şərait yaratmışdır. İstər Naxçıvan şəhərində, istərsə də rayon mərkəzlərində bu sahədə yaradılan müasir infrastruktur isə qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsinə imkan verir.
Aprel ayında Şahbuz rayonunun Gömür kənd poçt bölməsi yeni tikilən kənd mərkəzinə köçürülmüş, lazımi avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublika üzrə, ümumilikdə, 250 ədəd yeni telefon nömrəsi istismara verilmiş, “Evədək optika” layihəsi üzrə ay ərzində 10 fərdi mənzilə optik kabel çəkilmişdir. Həmçinin bu dövrdə 391 abunəçi genişzolaqlı internetlə təmin olunmuş, ümumilikdə, 18 min 560 metr məsafədə yeraltı fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq distant təhsil sisteminə xidmət edən serverin arabağlantısı 1 Gqbt/saniyəyə çatdırılmışdır. Bu da təhsil müəssisələri arasında, eləcə də muzeylərlə əlaqələrin daha səmərəli təşkilinə imkan verəcəkdir. Bundan əlavə, Kəngərli rayonundakı şahmat məktəbinə 10 ədəd, Kəngərli Rayon Təhsil Şöbəsinə 4 ədəd kompüter qoyularaq daxili şəbəkə qurulmuş və genişzolaqlı internetlə təmin olunmuşdur.

Ardını oxu...

Dünən Ordubad rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı seminar keçirilib.
Seminarda rayonun şəhər, qəsəbə və kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.
Seminarda Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, hazırda Ordubad rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndə­likləri tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır ki, bu əməliyyatlar 29 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir. Rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün onlara hərtərəfli metodik köməklik göstərilib. Lakin bütün maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, adıçəkilən qurumların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır. 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Gənzə, Yuxarı Əndəmic və Düylün kənd­lərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işində nöqsanlar aşkara çıxarılıb.

Ardını oxu...

Unutmayaq: tarixi qələbələr işğalla barışmayan millətlərin parlaq taleyidir

Dağlar qoynunda yerləşən, laçınlar, igidlər məskəni kimi tanınan, füsunkar təbiəti hər kəsi heyran edən strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin ilin o ağır günlərini xatırlamaq nə qədər çətin olsa da, bu, bizim yaşadığımız tarixdir. Tariximizi unutmaq isə həm də işğal altında olan laçın diyarlarımızı unutmaq deməkdir. Xatırlayaq. Xatırlayaq ki, unutmayaq. Unutmayaq ki, tarixi qələbələr həm də işğal faktı ilə barışmayan millətlərin parlaq taleyidir.

Tarixən bizim olan Laçın...

Yüzilliklərdir, ata-babalarımız bu torpaqları göz bəbəkləri kimi qoruyublar. Bir sıra tarixçilərin qənaəti budur ki, oradakı abidələr tarixi eramızdan əvvəl II-I minilliyə aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilər. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandığı üçün Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yerlər, toponimlər çoxdur: Xaçınyalı kəndi, Bozlu kənd ərazisində Xaçın yalı, Xaçın daşı və sair.

Ardını oxu...

Mayın 5-də ümummilli  lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Türkiyənin Ərzurum Atatürk Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin rolu” adlı konfrans keçirilmişdir. 

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanlı, universitetin prorektoru, professor Mehmet Sadi Çögenli, Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Çingiz Alyılmaz, universitetin professorları Yavuz Aslan və Sedat Adıgözəl, Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibova çıxış edərək ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı sahəsindəki xidmətlərindən danışmış, dost və qardaş ölkə olan Türkiyə Respublikası ilə əlaqələrin inkişafı istiqamətində gördüyü işləri diqqətə çatdırmışlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR