23 Dekabr 2024, Bazar ertəsi

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin parlaq səhifəsidir” mövzusunda məruzəsi dinlənilib.
Əmir Babayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, xalqımız həmişə qəlbində azad və müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib.
Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərib, cəmi 23 ay yaşaya bilib.
Tədbirdə ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması istiqamətində respublikamızda aparılan azadlıq mücadiləsi yolunda baş vermiş faciəli hadisələr, müstəqilliyimizi yenidən bərpa etdiyimiz ilk vaxtlarda rastlaşdığımız maneələr, ciddi təhlükələr xatırladılıb, ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması istiqamətində gördüyü misilsiz xidmətlərdən ətraflı söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dövlətimizin tərəqqisi naminə gördüyü işlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin əbədi və dönməz etdiyi müstəqilliyimizin bəhrələri ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında getdikcə artmaqdadır. Bu bəhrələr hər bir naxçıvanlının həyat tərzində özünü göstərir, insanların maddi-rifah halı yüksəlir, qədim diyarımız özünün yeni inkişaf dövrünü yaşayır.
Sonra məruzə ətrafında çıxışlar olub.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR