23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Gününə həsr olunmuş Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda 193-cü məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 97 il öncə məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıb.

Bildirilib ki, bu gün müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır.
Məşğələdə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub, müstəqilliyimiz əbədi, dönməz xarakter alıb, bütün sahələrdə islahatlara başlanılıb. Məruzəçi Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada olduğunu faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR