23 Dekabr 2024, Bazar ertəsi

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

Sonra uşaqlara hədiyyələr təqdim edilib. Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəssisə adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, musiqi nömrələri səsləndirilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqlarının tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilib.
Ekskursiya iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyini və Dövlət Bayrağı Muzeyini ziyarət ediblər. Sonra uşaqlar Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Ekskursiya iştirakçıları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət ediblər.
Sonda ekskursiyada iştirak edənlər Naxçıvan Dövlət Film Fondunda “Biz qayıdacağıq” filminə baxıblar. Uşaqlara hədiyyələr təqdim olunub.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə daha bir tədbir Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara və aztəminatlı ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs ediblər.
Məktəbin direktoru Musa Ağayev xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.
İnternat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara geyim dəstləri verilib.

*   *   *

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə mayın 29-da sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında gəzintisi təşkil olunub. Bu tədbir uşaqlar və onların valideynləri tərəfindən razılıqla qarşılanıb.
Sağlamlıq imkanları məhdud uşaqlar əyləncə guşələrindən və digər attraksionlardan istifadə ediblər. Gəzinti zamanı uşaqlara pulsuz iaşə xidməti də göstərilib.
Gün ərzində bu kateqoriyadan olan uşaqlar üçün bütün əyləncə guşələri pulsuz olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR