23 Dekabr 2024, Bazar ertəsi

Dünən bu mövzuda Naxçıvan Tibb Kollecində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov çıxış edərək bildirib ki, Azərbaycan xalqı doğma yurdunun, əzəli-əbədi torpaqlarının düşmən təcavüzündən qorunması, müstəqil dövlətin qurulması, dövlətçiliyin mühafizəsi və möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi üçün əsrlərlə mübarizə aparıb. Bu müqəddəs mübarizə salnamələrini isə vətənin böyük övladları, tarixi şəxsiyyətləri yarada bilib. Qüdrətli, müstəqil Azərbaycan dövlətinin, zəngin mədəni irsə və sivil intellektual potensiala malik olan xalqımızın çağdaş milli tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmz­lərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.

Vurğulanıb ki, tarixi zərurət – xalqın tələbi, ölkədə yaranmış böhranlı şərait, ozamankı rəhbərlərin siyasi savadsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin 15 iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasını zəruri edib. Beləliklə, 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Məruzəçi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara söykənən müstəqil dövlət quruculuğu prosesinə start verilib. Dahi şəxsiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində 1994-cü ilin mayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub, ölkə­mizin milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanılıb. Eyni zamanda həmin ilin sentya­brında müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalanıb. Bundan sonra tarix üçün çox qısa bir dövrdə Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ölkəmizin inkişaf tarixi minilliklərlə ölçülən qədim Naxçıvanın da hərtərəfli inkişaf etməsinə səbəb olub. İndi bu qədim diyarın mərkəzindən tutmuş ucqar dağ kənd­lərinə, sərhəd məntəqələrinə qədər ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsini görürük. Məhz bu təntənə Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.
Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR