23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar siyasət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Konfransda universitetin əməkdaşlarından aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar sahədə islahatlar: dinamik və stabil iqtisadi inkişafa doğru”, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Son 20 ildə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Tural Haqverdiyevin “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin müasir vəziyyəti və inkişaf perspektivləri”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Kamil Qurbanovun “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq xidmətinin rolu” möv­­zularında məruzələri dinlənilib.

Məruzələrdə vurğulanıb ki, muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən ilk dəfə olaraq muxtar respublikada aqrar islahatların həyata keçirilməsinə başlanılıb. 1992-ci il aprel ayının 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar aqrar sahənin inkişafı ilə yanaşı, etibarlı ərzaq təminatının yaradılmasına da öz təsirini göstərib. Muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, yeni emal müəssisələrinin yaradılması və həyata keçirilən digər tədbirlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionda infrastruktur layihələrinin həyata keçirilməsi yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib.
Bildirilib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı, əsasən, intensiv amillər hesabına təmin olunur. Yüksək məhsuldarlığı olan toxum sortlarının, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə çatdırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və ya yenidən qurulması, ən müasir texniki avadanlıqların lizinq yolu ilə fermerlərin istifadəsinə verilməsi və digər bu kimi tədbirlər kənd təsərrüfatı məhsulları istehsalının artımına əhəmiyyətli təsir göstərib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR