23 Dekabr 2024, Bazar ertəsi

Mayın 25-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu istiqamətində uğurlu yol qət etmişdir. Xalq cümhuriyyətinin süqutundan sonra 70 illik imperiya əsarətində olan xalqımız ötən əsrin 90-cı illərində yenidən öz müstəqilliyini bərpa etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanılmışdır. Ulu öndər tərəfindən müəyyənləşdirilən hüquqi və dünyəvi dövlət qurucu­luğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə­mizdə əldə olunan yüksək iqtisadi inkişaf, sabitlik və uğurlu beynəlxalq əlaqələrdən söz açan Baş konsul Azərbaycanın dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.

İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə İran-Azərbaycan əlaqələrinin inkişafından danışmış, ötən dövrdə bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından və mədəni irsindən bəhs edən film nümayiş olunmuş, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Tədbirin sonunda bu il Azərbaycanda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı olmuşdur. Təqdimat mərasimində idman sahəsində qazanılan uğurlardan, Azərbaycanın dünyada idman ölkəsi kimi nüfuz sahibi olmasından bəhs olunmuş, Birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilmişdir.
Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR