23 Dekabr 2024, Bazar ertəsi

Şərur Rayon İcra Hakimiyyətində “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, ötən dövr ərzində Şərur rayonunda 16 dəfə seminar-müşavirə keçirilib. Belə seminar-müşavirələrin keçirilməsində məqsəd bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasından ibarət olub.
Vurğulanıb ki, Şərur rayonunda fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə 2009-­2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 19 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib.

Lakin nazirlik tərəfindən keçirilən maarifləndirici tədbirlərə və verilən tövsiyə və təkliflərə baxmayaraq, hələ də rayon üzrə bələdiyyələrin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Bələdiyyələrdə yenidən araşdırmalar aparılarkən müəyyən edilib ki, müşahidə olunmuş bəzi nöqsanlar aradan qaldırılmayıb.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, hər bir bələdiyyə qəbul etdiyi aktın bir surətini inzibati nəzarət qaydasında baxılması üçün 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Bu sahədə bələdiyyələrin əksəriyyəti qanunvericiliyin tələblərini pozur. Bütün bunların nəticəsidir ki, son 5 ildə muxtar respublika üzrə 42 bələdiyyə sədri haqqında inzibati tənbeh tədbiri görülüb ki, bu tədbirlərdən 22-si Şərur rayonu ərazisindəki bələdiyyələr barədə olub. Hər bir bələdiyyə qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil etməlidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR