23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və abonent­lərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Yaşayış məntəqələrində yeni poçt şöbələrinin istifadəyə verilməsi, mənzillərin telefonlaşdırılması, fiber-optik xətlərin çəkilməsi və yüksəksürətli internetə çıxış imkanının yaradılması əhalinin keyfiyyətli rabitə xidmətindən və yeni texnologiyaların imkanlarından səmərəli istifadəsinə şərait yaratmışdır. İstər Naxçıvan şəhərində, istərsə də rayon mərkəzlərində bu sahədə yaradılan müasir infrastruktur isə qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsinə imkan verir.
Aprel ayında Şahbuz rayonunun Gömür kənd poçt bölməsi yeni tikilən kənd mərkəzinə köçürülmüş, lazımi avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublika üzrə, ümumilikdə, 250 ədəd yeni telefon nömrəsi istismara verilmiş, “Evədək optika” layihəsi üzrə ay ərzində 10 fərdi mənzilə optik kabel çəkilmişdir. Həmçinin bu dövrdə 391 abunəçi genişzolaqlı internetlə təmin olunmuş, ümumilikdə, 18 min 560 metr məsafədə yeraltı fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq distant təhsil sisteminə xidmət edən serverin arabağlantısı 1 Gqbt/saniyəyə çatdırılmışdır. Bu da təhsil müəssisələri arasında, eləcə də muzeylərlə əlaqələrin daha səmərəli təşkilinə imkan verəcəkdir. Bundan əlavə, Kəngərli rayonundakı şahmat məktəbinə 10 ədəd, Kəngərli Rayon Təhsil Şöbəsinə 4 ədəd kompüter qoyularaq daxili şəbəkə qurulmuş və genişzolaqlı internetlə təmin olunmuşdur.

Elektrik və qazdan istifadə haqlarının poçt şöbələri vasitəsilə ödənilməsi əhalinin rahatlığının təmin olunmasında başlıca şərtdir. Artıq muxtar respublikada bu təcrübədən geniş istifadə olunur. Ötən ay poçt şöbələrində elektrik enerjisindən istifadəyə görə 441 min 772 manat, qazdan istifadəyə görə 828 min 915 manat, mobil cihazların qeydiyyatı üzrə 11 min 255 manat vəsait yığılmışdır.
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kurslarına aprel ayında 29 dinləyici qəbul edilmiş və əlavə 2 qrup yaradılmışdır. Hazırda mərkəzdə, ümumilikdə, 11 qrup fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR