23 Dekabr 2024, Bazar ertəsi

Mayın 25-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu tərəfindən Qars Qafqaz Universitetində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun keçdiyi şərəfli yol barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1918-ci ildə öz müstəqilliyini əldə edən xalqımız Şərqdə ilk demokratik respublika yaratmışdır. Cümhuriyyətin süqutundan sonra Azərbaycan xalqının azadlıq arzuları sönməmiş, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyin ilk illərində ölkəmizin məhvə sürükləndiyini bildirən Baş konsul demişdir ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitlik, iqtisadi inkişaf təmin edilmiş, müstəqilliyimiz möhkəmləndirilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin davamlı inkişafını təmin etmişdir.
Qars Vilayətinin valisi Günay Özdəmir Azərbaycan xalqının müstəqillik əldə etməsini tarixi nailiyyət kimi dəyərləndirmiş, çox­əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bildirmişdir.
Sonda ziyafət təşkil olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının və Şərur Xalq Yallı Ansamblının kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Qars Şəhər Bələdiyyəsinin rəhbəri Murtaza Qaraçanta və digər rəsmi şəxslər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR