23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70 illik yubileyi münasibətilə film nümayiş olunub.
Qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının müvafiq bəndinə əsasən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə səda­qət ruhunda tərbiyə olunmaları, dünyagörüşlərinin artırılması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir. Ötən həftə nümayiş olunan “Mən sizi dünyalar qədər sevirəm” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Filmdə milli qəhrəman Həzi Aslanovun həyatı, onun döyüş yolu öz əksini tapıb.

Xəbərlər şöbəsi

Naxçıvan Qarnizonunun Zabitlər Evində “Hərbi qulluqçuların psixoloji vəziyyətinin və temperamentinin öyrənilməsi metodikası” üzrə nümayiş-məşğələ keçilib.
Məşğələdə Əlahiddə Ümum­qoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov çıxış edərək bildirib ki, ordunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi işində xüsusi əhəmiyyətə malik olan məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də hərbi qulluqçuların daxili psixoloji vəziyyətinin, temperament tipinin öyrənilməsi üsulları və onun aktuallığının vacibliyi mövzusunda keçilən nümayiş-məşğələdir. Məşğələnin keçilməsində əsas məqsəd Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrinin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqları tərəfindən hərbi xidmətə yeni çağırılmış hərbi qulluqçuların sosial-psixoloji və ailə-məişət problemlərinin öyrənilməsidir. Bundan başqa, bu məşğələdə fərdi tərbiyəvi işin əhəmiyyəti, fərdi söhbət dəftərində qeydiyyatın aparılması qaydası, sual-cavabın anonim keçirilməsi qaydaları haqda iştirakçılara ətraflı məlumat veriləcəkdir. Əlavə olaraq qarovula, döyüş növbəsinə və gündəlik xidmət naryadlarına təyin olunan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, hərbi qulluqçularla psixoloji testlərin aparılması və temperament tipinin aşkar edilməsi üsullarının mükəmməl öyrənilməsi nümayiş-məşğələnin keçilməsinin məqsədlərindən biridir.

Ardını oxu...

Aprelin 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin təsis konfransı keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin təsis olunması təklifini irəli sürərək bildirib ki, yeni birlik muxtar respublika memarlarının könüllü müstəqil yaradıcılıq birliyi olacaq. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları və qanunları, digər normativ-hüquqi aktlar və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin nizamnaməsi əsasında həyata keçirəcək.
Təklif yekdilliklə konfrans iştirakçıları tərəfindən qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Kamil Süleymanov birliyin nizamnaməsi haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin vəzifələri yaradıcılıq konsepsiyalarının formalaşdırılmasından, muxtar respublikada memarlığın inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirməkdən, memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş normativ aktların icra edilməsinə, tarixi-memarlıq mühitinin mühafizəsinə, muxtar respublika memarlarının peşə vərdişlərinin təkmilləşdirilməsinə kömək etməkdən, habelə memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərməkdən ibarət olacaq.

Ardını oxu...

Naxçıvan şəhərində gənc­lərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyevin, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun çıxışları olub. Çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Valideynlər adından çıxış edən Rüstəm İsmayılov ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyib. O, ordumuzun gücü, qüdrəti qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini bildirib, hər bir gəncə bu orduda layiqincə xidmət etməyi arzulayıb.

Ardını oxu...

Aprelin 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov seminarda çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında uzun illərdir, sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq istər əlavə təhsilin təşkilində, istərsə də müxtəlif mövzularda keçirilən kurslarda muxtar respublikadan dövlət qulluqçularının iştirakı ilə həyata keçirilir. İdarəçilik Akademiyasında bu günədək 82 nəfər əlavə təhsilə göndərilmiş, 144 nəfər isə “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti”, “Dövlətin sosial siyasəti”, “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti”, “Azərbaycan Respublikasının gənclər siyasəti”, “Elektron hökumət” olmaqla, ümumilikdə, 18 müxtəlif mövzulu kurslarda iştirak etmişdir. Nəticədə, dövlət qulluqçuları bilik və bacarıqlarını artırmış, Azərbaycanın müasir inkişaf konsepsiyası haqda geniş məlumata malik olmuş və səmərəli idarəetmə metodlarını öyrənmişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyеv: Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.


1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvanda “N” saylı əməliyyat taboru yaradılmışdır. Ötən 20 ildə hərtərəfli inkişaf yolu keçən tabor alaya, sonra isə əlahiddə əməliyyat briqadasına çevrilmiş, muxtar respublikada ictimai sabitliyin qorunmasında müstəsna rol oynamışdır.
Müstəqillik xalqımızın ən böyük milli sərvətidir. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqı da öz dövlət müstəqilliyini bərqərar etdi. Lakin o illərdə ölkədə baş verən ictimai-siyasi hadisələr, özbaşınalıq və anarxiya, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü yenicə qazanılmış müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Belə bir dövrdə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkə­mizdə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün mühüm qərarlar vermiş, milli ordu quruculuğuna başlanılmış, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dahi şəxsiyyətin rəhbərliyi ilə daxili işlər orqanları da hərtərəfli təşkilatlanma yolu keçmiş, daxili qoşunlar yaradılmış, sabitlik təmin olunmuşdur.

Ardını oxu...

Hələ orta məktəbdə oxuyanda kəndimizdə yaşı yüzü keçmiş Məşədi Ağa oğlu İsmayıl adlı bir kişi var idi. Ondan nə vaxt soruşsaydılar:
– Ay İsmayıl kişi, hardan gəlirsən?
– Deyirdi, Şərildən gəlirəm.

Mən sonralar bildim ki, “Şəril” Şərur rayonunun dialektdə işlədilən formasıdır. Ancaq mən bilmədim və heç vaxt bilməyəcəm ki, İsmayıl kişi Şərilə nə məqsədlə gedib-gəlirdi. Onun Şərildə qohumları yaşayırdı, yoxsa dostları və ya tanışları var idi? Ancaq onu bilirəm ki, Kəlbəcər şəhəri də daxil olmaqla, bir neçə kəndin, o cümlədən mənim doğulduğum Daşbulaq kəndinin sakinlərindən bəzi nəsillərin ulu babaları Dərələyəz mahalından gəlmişlər. Dərələyəz və Zəngəzur mahalları isə həm coğrafi, həm də iqtisadi baxımdan Naxçıvanla bağlı olmuşlar.
Orta məktəbdə oxuyanda Naxçıvan haqqında “Koroğlu” dastanından, C.Məmmədquluzadənin, H.Cavidin və digər ədiblərin əsərlərindən məlumat almışdım. Xüsusən Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanında Culfa haqqında yaddaqalan təsvirlər oxumuşdum. Tarix və coğrafiya dərsliklərindən Azərbaycanın bu qədim bölgəsi haqqında müəyyən biliklər əldə etmişdim. 1988-ci ildə Qarabağ hadisələri başlayanda mən şeirlərimin birində yazmışdım:

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, çağırışçı-gənclərin hərbi xidmətə çağırılmasına başlanılıb. Həm biz, həm də çağırışçılar və onların valideynləri böyük qürur hissi keçiririk ki, hərbi xidmətə çağırılan gənc­lərimiz Vətəni qorumaq kimi müqəddəs bir xidmətə başlayacaqlar. İndi ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bunun sayəsində Azərbaycanın təhlükəsizliyini əminliklə müdafiə edən müasir və güclü ordusu vardır. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizdə hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun daim yüksək olması işğal altında olan torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Elnur İsmayılov, Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn İsmayıl İmanov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Bəxtiyar Əliyev Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Xəbərlər şöbəsi

Burda tarix yaşayır,
Burda tarix qorunur.

Şərur rayonunun Tənənəm kəndi qədimliyini yaşadan və maddi-mədəniyyət nümunələri ilə seçilən yaşayış məntəqələrindəndir. Naxçıvanda ən qədim insan məskəni sayılan və dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Qazma mağarası kənddən 3 kilometr cənub-şərqdə yerləşir. Eramızdan 100-120 min il əvvələ aid edilən bu abidənin nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında ilk insan məskəni kimi özünəməxsus yeri vardır.
Kəndin yuxarı hissəsində Piri-Süleyman ziyarətgahı var. Vaxtilə həmin qəbir abidəsinin üzərində hansı dövrə və kimə aid olduğunu göstərən kitabə olub və bu kitabədə “Piri-Süleyman” yazıldığı aydınlaşıb.
Hazırkı ərazidən, eləcə də ətraflardan aşkar olunmuş yaşayış yerlərinin qalıqları, nekropollar da sübut edir ki, kənd çox qədim insan məskənidir. Tənənəm yaşayış yeri eyniadlı kəndin əhatəsində yerləşir və ərazidə tapılmış çəhrayı rəngdə bişirilmiş şirli və sadə saxsı qab məmulatları Tənənəm yaşayış yerinin XIV-XVIII əsrlərə aid olması qənaətini təsdiqləyir.

Ardını oxu...

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kolleci tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə kollecin müəllimi Qadir Həsənli “Ölkəmizin tibb elminin və tibb təhsil sisteminin Heydər Əliyev mərhələsi” mövzusunda danışaraq bildirib ki, bütün mənalı ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən xalqı­mı­zın ümummilli lideri Heydər Əliyev insanların qəlbində özünə əbədi abidə ucaldıb. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin qüdrəti həyatımızın bütün sahələri ilə yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülüb.

Ardını oxu...

Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan kollektivlər müxtəlif profilli muzeylərdə olur, burada onlara tarixi keçmişimizin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlar, eləcə də görkəmli şəxsiyyətlərimizin həyat və fəaliyyətləri barədə ətraflı məlumatlar verilir. Bu tədbirlərin davamı kimi, aprelin 4-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzlərinin, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin, Naxçıvan Şəhər Statistika İdarəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivləri Heydər Əliyev Muzeyində, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin, Nəqliyyat, Rabitə, Gənc­lər və İdman idarələrinin kollektivləri Dövlət Bayrağı Muzeyində, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Dövlət Notariat kontorlarının, Naxçıvan Şəhər Qeydiyyat, Maliyyə, Təhsil şöbələrinin, Vergilər İdarəsinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Nuh yurdu” qəzeti redaksiyasının, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, Naxçıvan Şəhər Polis və Gömrük idarələrinin, Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuşlar.
Həmin muzeylərə gələnlərə bu mədəniyyət müəssisələrində mühafizə və nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumatlar verilmiş, idarə, müəssisə və təşkilatların kollektivləri muzeylərin ekspozisiyası ilə yaxından tanış olmuşlar.

Xəbərlər şöbəsi

Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər görülür.
Aprelin 2-də Əlahiddə Ümumqoşun Ordusunun hava hücumundan müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazır­lıq məqsədilə təlim mərkəzində “OSA 1T” zenit raket komplekslərindən sınaq atışları keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmovun verdiyi məlumata görə, bu təlimdə uzun illərdir ki, Naxçıvan Muxtar Respublikasının hava məkanının müdafiəsində şərəfli hərbi xidmət yolu keçmiş zabitlər Rövşən Yusifov və Rizvan İsmayılov fəallıq göstərərək rəhbərlik etdikləri heyətlərlə birlikdə əsas məqsədə nail olunmasında pe­şəkarlıq nümayiş etdiriblər.
Sınaq atışlarında hədəfin nəinki yüksəklikdə, həm də Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun ən çətin, ziddiyyətli dağlıq şəraitində aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi qarşıya məqsəd qoyulmuşdu. Atış zamanı hədəflər məhv edilib, qarşıya qoyulan əsas məqsədə nail olunub.

Xəbərlər şöbəsi

Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikamıza səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində olub.
Səhiyyə naziri Niyazi Novruzov iki qardaş ölkə arasında qarşılıqlı əlaqələrin hər bir sahədə olduğu kimi, səhiyyə sistemini də əhatə etdiyini bildirib. Son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılmasını ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət etdiyini bildirən nazir ölkəmizdə səhiyyə sahəsinə yüksək dövlət qayğısı göstərildiyini nəzərə çatdırıb.
Vurğulanıb ki, hazırda yeni səhiyyə müəssisələrinin kadr potensialının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyələrinin artırılması üçün bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sahəsində Türkiyə ilə mövcud əlaqələrin ildən-ilə genişləndirilməsi muxtar respublika səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. İxtisas səviyyəsinin artırılması məqsədilə həkimlər mütəmadi olaraq Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər.

Ardını oxu...

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısı olduğu kimi, dövlətlərin inkişafının da qarantıdır. Tarix sübut edir ki, müstəqilliyin yoxdursa, ordun, ordun yoxdursa, müstəqilliyin olmayacaq. Milli tariximizin ötən yüz ilində bu fikrin həqiqət olduğuna dəfələrlə şahid olmuşuq. Elə ötən əsrin həm əvvəlləri, həm də sonlarında tarixi torpaqlarımızın işğalının əsas səbəbi məhz güclü milli orduya malik olmamağımız olub. Bu mənada uzun illərdən bəri haqsızlıqla mübarizə aparmağa məcbur olan Azərbaycanın güclü olmaqdan başqa yolu yoxdur. Şükürlər olsun ki, indi müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu inkişafın qoruyucusuna çevrilmiş Silahlı Qüvvələrimiz haqqı olduğu gücü artıq əldə edib. Ancaq bu gücü – Milli Ordumuzu yaratmaq, təkmilləşdirmək, Cənubi Qafqazın ən güclü ordusuna çevirmək heç də asan başa gəlməyib.

Xatırladaq ki, Azərbaycanda milli ordu quruculuğunun əsasının qoyulması ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir. İlk dəfə olaraq Ali Məclisin 1991-ci il sentyabrın 7-də ümummilli liderin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkil olunması haqqında qərar qəbul edildi. Bu hadisə Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edir. Məhz Naxçıvandan başlanan milli ordu quruculuğu prosesi ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra uğurla davam etdirilib, Silahlı Qüvvələrin formalaşdırılması işi ardıcıl şəkildə həyata keçirilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da Silahlı Qüvvələrimizin birləşmə və hissələri böyük inkişaf yolu keçərək regionun təhlükəsizliyinin qorunmasında öz sözünü deyir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
“Dilimizin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçilən açıq dərsdə institutun Dillər və ədəbiyyat kafedrasının müdiri, dosent Arif Ağalarov bildirib ki, XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən görkəmli dövlət xadimi Heydər Əliyev bütün maneələrə baxmayaraq, ana dilinin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklərboyu yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin sonunda görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra gündəmə çıxarılıb. Məhz ana dili məsələsində ümummilli lider Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqda 73-cü maddə daxil edildi. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə müsəlman respublikası Azərbaycan idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin müzakirə edilməsi məqsədilə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası giriş sözü ilə kollecin direktor əvəzi Asəf Ruşanov açıb.
O, sözügedən müşavirədə elm və təhsil müəssisələri qarşısında qoyulan vəzifələrdən danışıb, verilən tövsiyə və tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, elm və təhsil müəssisələri üçün yaradılan şərait, elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı bu sahədə fəaliyyət göstərənlərin məsuliyyətini daha da artırır. Kollecdə aparılan tədris prosesinin nəticəliliyi, səmərəliliyi əsas şərtlərdən biridir.
Müəllimlərin kredit sistemi ilə tədris aparmaları, tədrisin düzgün təşkil olunması, nümunəvi dərslərin keçilməsinə diqqət göstərilməsi, təhsil prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadənin vəziyyəti haqda da danışan Asəf Ruşanov keçilən açıq dərslərin tədrisin səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyini bildirib, tələbələrin göstəricilərinin artırılmasında, onların ixtisasa yiyələnmələrində təcrübə dərslərinin rolu haqda danışıb.
Tədris prosesində buraxılan nöqsanlara da toxunan Asəf Ruşanov bildirib ki, dərslərdə məntiqi təhlilə yer verilməli, tələbələrdə mütaliə vərdişlərinin artırılmasına, onlara vətənpərvərlik hislərinin aşılanmasına, dərsə davamiyyətə xüsusi diqqət yetirilməlidir.
Sonra kollecin müəllimlərindən Surayyə Ələkbər­ovanın və Rəfail Abdullayevin çıxışları olub.

Xəbərlər şöbəsi

Müasir dövrdə tikinti işlərinin mövcud norma və qaydalara uyğun olaraq aparılmasının təmin edilməsi ən aktual məsələlərdəndir.
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 yanvar 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən ötən dövr ərzində, müvafiq olaraq, bir sıra tədbirlər həyata keçirilib. Belə ki, idarə tərəfindən muxtar respublikanın yerli icra hakimiyyəti orqanlarının müvafiq qurumları, tikinti subyektlərinin məsul şəxsləri, eləcə də tikinti materiallarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüşlər təşkil edilib, qaydalardan irəli gələn məsələlərin icrası ilə bağlı olaraq müvafiq tövsiyələr verilib, metodik köməkliklər göstərilib.
İdarədən verilən məlumata görə, hazır­da tikintisi davam etdirilən obyektlərdə yoxlama-nəzarət funksiyaları və istifadə olunan tikinti materiallarının laboratoriya analizləri həyata keçirilir. Tikintisinə yeni başlanacaq 15 obyektə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə həmin obyektlərin tikinti sahələrinin mühəndis-geoloji şəraitinin öyrənilməsi və işçi layihələrinin konstruktiv və dayanıqlılıq baxımından ekspertizadan keçirilməsinə başlanılıb. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən tikintisinə icazə verilmiş vətəndaşlara məxsus 14 fərdi yaşayış evinin tikintisinə müvafiq qaydalara uyğun olaraq dövlət nəzarətinin həyata keçirilməsi davam etdirilir.

Xəbərlər şöbəsi

Kəlbəcər rayonunun işğalından 22 il ötür. 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri Qafqazın zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal ediblər. Kəlbəcər Azərbaycanın qədim yurd yerlərindən biridir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Bu qədim Azərbaycan torpağındakı oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Ardını oxu...

1932-ci il aprelin 1-də Naxçıvanda Radio Verilişləri Komitəsi yaradılmış, XX əsrin 60-cı illərində isə televiziya fəaliyyətə başlamışdır. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilmiş, həmin il avqust ayının 14-də Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunmuşdur.

İlk dəfə baş redaksiya kimi fəaliyyət göstərən Naxçıvan televiziyasının əhatə dairəsi olduqca məhdud, maddi-texniki bazası çox zəif idi. Verilişlərin hazırlanması və efirə çıxarılması sadə üsullarla aparılırdı. O vaxt üçün müasir sayılan və əslində, geridə qalan sovet teleradio texnikası bir neçə il Moskvada və sonra Bakıda istifadə olunduqdan sonra Naxçıvana göndərildi. Bütün bu səbəblərə görə Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhəri daxilində yayımlanmışdır. Lakin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra həyatımızın bütün sahələri kimi, tele­viziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapmış, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarım­stansiyalar quraşdırılmışdır. Yeni yayım avadanlıqlarının quraşdırılması teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soy­qırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ermənilər XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdüb, 1905-1907, 1918-1920-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli faciələr törədiblər. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən mənfur ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlayaraq 20 faiz torpaqlarımızı işğal ediblər.
Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Ulu öndər Heydər Əliyev və Azərbaycanda soyqırımı tarixinə ümumdövlət münasibəti” mövzusundakı məruzəsində vurğulayıb ki, xalqımıza qarşı dəfələrlə törədilən soyqırımı aktlarına tarixi, siyasi və hüquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardını oxu...

 (Əvvəli qəzetin 31 mart tarixli nömrəsində)

1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından köçürülməsi zamanı sovet təbliğat maşını belə bir fikir aşılayırdı ki, guya bu insanlar könüllülük prinsipi əsasında öz yurdlarını tərk edib köçürlər. Hətta onların qatarlara – eşelonlara mindirilib yola salınması mərasimi aid dövlət orqanları tərəfindən “təntənəli şəkildə” həyata keçirilirdi. Hətta “könüllülük prinsipləri” əsasında deportasiya olunan bu zavallı insanlar rəqs etməyə də məcbur edilirdilər. Bu vəziyyət eyni ilə köçürülənlərin Azərbaycanda qarşı­lanması zamanı təkrar olunurdu. Respublika Dövlət Kino-Foto Sənədləri Arxivində Ermənistandan deportasiya olunanların Azərbaycanda “təntənəli qarşılanma” mərasimini əks etdirən çox nadir kinolenti qorunub saxlanılır. Kinolentdə Ermənistandan deportasiya olunanları gətirən qatarı “intizarla” gözləyən, əllərində gül-çiçək dəstələri tutmuş insanlar, qatarın perronda dayanması, mal-qara və yük daşınması üçün nəzərdə tutulmuş vaqonların kiçik pəncərələrindən baxan deportasiya olunan insanlar, vaqonlardan yorğun, üzgün və xəstə vəziyyətdə düşən qadınlar, uşaqlar, qocalar, bu zavallı insanlara gül dəstələri təqdim olunması əks olunmuşdur. Bu cür sənədli faktlarla yanaşı, günümüzədək gəlib çatan, həmçinin deportasiyanın ağır günlərini yaşayan insanların yaddaşında qalan deyimlər də həmin hadisələrə əhalinin münasibətini əks etdirir. Məsələn, Qulu Kəngərlinin yazdığına görə, həmin vaxt doğma yurdunu tərk etməyə məcbur edilən nənəsi belə bir bayatı çəkibmiş:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Naxçıvan Tibb Kollecində tədbir keçirilib. Tədbiri kollecin direktoru İlhamə Mustafayeva açaraq bildirib ki, son 20 ildə Naxçıvanda xeyli sayda təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Naxçıvan Tibb Kolleci də təhsilə göstərilən qayğıdan bəhrələnib, 70 il köhnə binada fəaliyyət göstərən məktəb 2001-ci ildən müasir tələblərə cavab verən dördmərtəbəli binaya köçürülüb. 2008-ci ildə məktəb binası aparılan yenidənqurma işlərindən sonra ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib, dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb.
Qeyd olunub ki, hazırda kollecdə 597 nəfər tələbə təhsil alır. Onların da təlim-tərbiyəsi ilə 128 müəllim və həkim məşğul olur. Kollecin tədqiqatçı müəllim və həkimlərinin yerli və xarici jurnallarda 13 məqaləsi dərc edilib, 2 dərs vəsaiti nəşr olunub, 3 dərs vəsaiti çapa verilib. Əgər 1995-ci ildə kollecdə 3 ixtisas üzrə kadrlar hazırlanırdısa, son illər burada 2 yeni ixtisas açılıb.

Ardını oxu...

“Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin hazırlanmasının vəziyyəti və nəşri ilə əlaqədar olaraq AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin müəlliflərinin və işçi qrupunun iştirakı ilə yığıncaq olub.
Yığıncaqda üçüncü cildin fəsillərinin yazılmasında iştirak edən müəlliflərin çıxışları dinlənilib, onların apardıqları tədqiqatlar, arxivlərdəki fəaliyyətləri, fəsillərin yazılması zamanı qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları və fəsillərin hazırlanmasının son vəziyyəti geniş müzakirə olunub. Sonda üçüncü cildin vaxtında və mükəmməl şəkildə hazırlanaraq nəşrə təqdim olunmasının vacibliyi vurğulanıb, bu məqsədlə lazımi tapşırıqlar verilib.
Qeyd edək ki, “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildi yeddi fəsildən ibarət olub, Naxçıvan tarixinin İkinci Dünya müharibəsindən başlayaraq günümüzədək olan dövrünü əhatə edir. Hazırlanmasında yeddi müəllifin iştirak etdiyi üçüncü cildin fəsilləri belə adlanır: “Naxçıvan İkinci Dünya müharibəsi dövründə”, “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə”, “Naxçıvan 70-80-ci illərdə”, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)”, “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2014)” və “Mədəniyyət”.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il tarixli “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına uyğun olaraq hazırlanan çoxcildliyin birinci cildi 2013-cü ildə işıq üzü görüb, ikinci cild isə nəşriyyata təqdim olunub. Birinci cildin hazırlanmasında 15, ikinci cildin hazırlanmasında isə 12 müəllif iştirak edib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikanın miqrasiya orqanlarına işə qəbulla bağlı elan olunan müsabiqənin test mərhələsinə martın 30-da start verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən və aprelin 3-dək davam edəcək 10 seansdan ibarət test imtahanlarında miqrasiya xidməti əməkdaşı olmaq istəyən 275 nəfər iştirak edəcək. İmtahan iştirakçılarına mövcud qanunvericiliklə bağlı 60, tarix və coğrafiyadan 10, informatikadan 10, məntiqi təfəkkürlə əlaqədar 20 sual olmaqla, 100 sual təqdim edilib.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak üçün elektron ərizə ilə qeydiyyat bir ay müddətində – cari il fevral ayının 9-dan mart ayının 10-dək aparılıb. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Xarici dil bilən və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük veriləcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2015-ci il üçün iş planına uyğun olaraq, martın 30-da AMEA Naxçıvan Bölməsində Bilik Fondunun Himayəçilik Şurasının, Təhsil Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin, ali təhsil müəssisələrinin təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılması muxtar respublikanın elm və təhsil müəssisələrinin işində stimul rolunu oynayıb və bu müəssisələrin hərtərəfli fəaliyyətinə geniş imkanlar açıb. Fondun əsas məqsədi əhalini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır.

Ardını oxu...

Azərbaycan tarixinin dərindən, hərtərəfli və obyektiv şəkildə tədqiq olunmasına böyük ehtiyac olan problemlərindən biri də XX yüzillik boyu ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasətidir. Keçən yüzillikdə, Sovet hakimiyyəti illərində Azərbaycan tarixşünaslığında tarix və mədəniyyətimizin bir sıra problemləri ilə əlaqədar sanballı və uğurlu tədqiqatlar aparılsa da, dövrün tələblərinə uyğun olaraq, bəzi məsələlərin üstündən sükutla keçilmiş, bir sıra vacib mövzular tədqiq olunmamışdır. İşıq üzü görən tədqiqatlar isə birtərəfli aparılmış, hadisələrin mahiyyəti təhrif olunmuş, əsl həqiqət açılmamışdır.

Ardını oxu...

Tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilmişdir. Bu cinayətlərin əsas səbəblərini araşdırıb təhlil edərkən erməni maraqlarının nədən ibarət olduğu aydın görünür. Əsas səbəb isə “böyük Ermənistan” ideologiyasıdır. Bu ideologiyaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qətl hadisələri zəruridir. Qeyd edilməlidir ki, bizim insanlığa ləkə kimi qəbul etdiyimiz “terror, cinayət və qətl hadisələri” məfhumları ermənilər tərəfindən “haqq-ədalət” simvolu kimi mənimsənilmişdir. Terrorçu erməni düşüncəsinə görə, əgər terrordan daha şiddətli bir metod olsa, “ədalət” naminə ondan da istifadə edilməlidir. Tarixə nəzər salsaq, görərik ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci illərdə törədilən qırğınlar, SSRİ dövründə xalqımızın məruz qaldığı deportasiyalar, 1988-ci ildən başlayaraq davam edən cinayətlər, xüsusilə Xocalı soyqırımı məhz bu cür düşüncə ilə həyata keçirilmişdir.

Ardını oxu...

Martın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında AMEA-nın müxbir üzvü, siyasi karikaturaçı Kərim Kərimovun 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fərdi sərgisi açılıb.
Sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirib, Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olublar.
“Baş verən faciələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Azərbaycan tarixinə işıq salan bu tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi yad edilir”, – deyən Rəhman Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi neft geofizikası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun karikaturaları əsasında təşkil edilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 221 məktəbi ilə Xatirə Muzeyi arasında videobağlantı vasitəsilə açıq dərs aparılıb.
“31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Aytən Mikayılova muzey haqda şagirdlərə ətraflı məlumat verərək bildirib ki, burada 400-ə yaxın eksponat nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri eksponatlarda öz əksini tapıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə 365 naxçıvanlının xatirəsi əbədiləşdirilib ki, onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.

Burada muxtar respublikamızın, ümumilikdə isə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın fotoşəkilləri, şəxsi sənədləri və əşyaları, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.

Ardını oxu...

 Biz o kəndə qayıdacağıq

Orda bir kənd vardı: sərhəd bölgəsi, doğma diyarımızın alınmaz qalası olan Sədərək rayonunda, Tejkar dağının ətəyində. Yaşıllığa bürünmüşdü. Elə bir yaşıllığa ki, uzaqdan baxanda meşəyə bənzədirdin. Möhrədən işlənmiş kipcərək evləri yaşıllıq gözəgörünməz etmişdi.
Ərənləri qurşaq tutar, at minər, cıdıra çıxardılar. Xanım-xatın gözəlləri oğlanlardan geri qalmazdılar.
Kəndin dişgöynədən bulaqları vardı. Minbir zümzümə ilə axırdılar. Meyvə və üzüm bağlarının məhsullarını şirinlikdən yemək olmurdu.

Bu kiçik yurd yerinin özünəməxsus xüsusiyyətləri vardı. Kənddə ki bir xeyir iş oldu, ta toy qurtarana qədər hamı bir nəfər kimi o evə yığışırdı, təkcə mal-heyvan örüşdən qayıdanda tez gəlib yerbəyer etdikdən sonra toy evinə qayıdırdılar. Səhərəcən çal-çağır kəsilməzdi. Qara zurnanın səsi dağları tərpədərdi, qonşu kəndlərə gedib çıxardı.
Kənd adamları bir evə düşən yası bütün kəndin hüznü sayırdılar, 40 gün, 40 gecə yas saxlanırdı.
Bütün bunların hamısının başında ağsaqqallar və ağbirçəklər dururdu. Onların sözləri bu kəndin yazılmamış qanunları idi. Kimsə bu qanunlardan kənara çıxmaq barədə düşünə belə bilməzdi. Kəndin mövcudluğu dövründə belə şey görünməmişdi.

Ardını oxu...

Ermənilər havadarlarının köməyi ilə bir neçə dəfə xalqımıza qarşı soyqırımlar törətmişlər. Bu yazıda 1918-ci ildə törədilmiş Yaycı soyqırımı barədə oxuculara qısa da olsa, məlumat vermək istəyirik.
Rus çarizminin süqutu və bol­şeviklərin Rusiyada qələbəsi Cənubi Qafqazda ictimai-siyasi ab-havanı tamamilə dəyişmişdi. Ermənilər 1918-ci ildə bu məqamdan yararlanmağa çalışaraq həm Bakı və onun ətraflarını, həm də Naxçıvanı, Zəngəzuru, Dağlıq Qarabağı soyqırımlar törətməklə ələ keçirmək, türk-müsəlman əhalisindən təmizləmək niyyətində idilər. Belə bir vaxtda doğulub boya-başa çatdığı Türkiyəyə xəyanət edərək qaçmış Andranik Ozanyan 5 min nəfərlik qoşunla (onlardan 4000-i piyada, 1000-i isə süvari dəstə idi) Naxçıvan ərazilərinə daxil olur və ilk qəfil zərbəsini Naxçıvan qəzasının iri yaşayış məntəqələrindən olan Yaycıya vurur. Azğınlaşmış quldur dəstələri bir günün içində kəndi yerlə yeksan edir. Evlər qarət olunub yandırılır, qocalar, qadınlar, uşaq və körpələr qılıncdan keçirilir.
“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabında oxuyuruq: “Andranikin tabeliyində olan erməni qüvvələri İrandan Naxçıvana doğru çəkildilər. Bununla da, Culfa, Naxçıvan və Ordubad bölgələrində qara günlər başlandı. Türk ordusundan ağır zərbə alan Andranik Naxçıvanın günahsız əhalisindən öz acığını çıxmaq istəyirdi.

Ardını oxu...

Muzeylər keçmişimizi özündə yaşadan maddi və mənəvi sərvətlərimizin saxlanc yeridir. Buna görə də tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində və təbliğində muzeylər mühüm əhəmiyyətə malikdir. Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, muxtar respublikada dövlət orqanlarında çalışan kollektivlər muzeylərdə olur, tarixi keçmişimizin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla, eləcə də görkəm­li şəxsiyyətlərimizin həyat və fəaliyyətləri ilə tanış olurlar.
Bu tədbirlərin davamı kimi martın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə 49 mindən çox eksponat qorunur. Muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. 10 şöbədən ibarət olan muzeydə müxtəlifçeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair materiallar, dekorativ-tətbiqi sənət, eləcə də zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, əl işləri sərgilənir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tarixi irsinin mühüm və arxeoloji sərvəti sayılan bir bölgəsidir. Azərbaycan xalqının qədim tarixi, elmi və mədəni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının beşiklərindəndir. Bu torpaq əsrlərboyu Şərq və Qərbin kəsişməsində ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olma statusunu qoruyub saxlamışdır. Son on il ərzində Naxçıvan Muxtar Respublikası infrastruktur, sosial-iqtisadi inkişaf, açıq hökumət təşəbbüsü və genişmiqyaslı ictimai işlər sahəsində sürətlə inkişaf etmişdir.
Hazırkı iqtisadi inkişaf bu qədim yurdda insan sivilizasiyası və Azərbaycan xalqının əcdadları haqqında elmi tədqiqatların aparılmasına yol açır. Naxçıvanda siz ibtidai insanlara aid mağara, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti qalıqları, möhtəşəm qala divarları, qayaüstü rəsm nümunələri, qoç abidələri və ziyarətgahlar tapa bilərsiniz. Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahı, Gəmiqaya nekropolları və qayaüstü rəsmlərdə Daş dövrünün qalıqları öz əksini tapmışdır.
Əshabi-Kəhf ziyarətgahı (ərəb dilində “mağara sakinləri” deməkdir) Naxçıvan şəhərindən 12 kilometr məsafədə İlandağ ilə Nəhəcir dağı arasında yerləşən təbii mağaradır. “Qurani-Kərim”də göstərilənlərə görə, bu mağara Allaha ibadət etməyən icmanı tərk edən insanların sığındığı yer olmuşdur. “Qurani-Kərim”dəki müqəddəs surəyə görə, Əshabi-Kəhf ilə bağlı hadisələr Naxçıvanın qədim tarixi ilə əlaqədardır. Əshabi-Kəhfin mövcudluğu xristian ədəbiyyatında qeyd edilmir. Yalnız son dövrdə aparılan arxeoloji tədqiqatlar bu qədim ərazinin əhəmiyyətini daha da artırmışdır. Beynəlxalq alimlər belə bir nəticəyə gəlmişlər ki, Naxçıvanın bu abidəsi dini irsin mühüm nümunəsidir və bütün bunlardan başqa, “Qurani-Kərim”lə dərindən bağlıdır. Bu tarixi və dini yer Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşir.

Ardını oxu...

Bəlkə də, tarixdə yeganə millətdir ki, azərbaycanlılar bir əsrdə 4 dəfə fəlakətə məruz qalıb, soyqırımına, deportasiyaya uğrayıb və hələ də bunun acısını yaşayır. Ermənilər tərəfindən törədilən soyqırımının səbəblərini analiz etmək üçün əvvəla problemin ideoloji və siyasi mahiyyətini dərindən dərk etmək lazım gəlir. Məlumdur ki, ermənilərin milli doktrinası “böyük Ermənistan” ideologiyasıdır. Hai-Taht doktrinasının da əsasını təşkil edən və daha çox mifoloji rəvayətlərə əsaslanan bu ideologiya uzun illərdir, erməni kilsəsi tərəfindən yaşadılan və tətbiq olunması uyğun görülən erməni milli dəyərlərinin vəhdətinə çevrilib. Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını iddia edən və özlərini bu yalana inandıran ermənilər şərqi Anadolu, Azərbaycan torpaqları, xüsusilə də Naxçıvanın Nuh Peyğəmbər tərəfindən onlara “vəd” olunduğunu önə sürürlər. Bununla da kifayətlənməyərək, guya, “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, ilk xristian dövlət və etnosun da məhz ermənilər olduğunu, dolayısı ilə xristianlığın Qafqazdakı qalası olduqlarını iddia edirlər. Hai-Taht doktrinasına görə, Naxçıvan da daxil Nuh Peyğəmbər tərəfindən “vəd” olunmuş torpaqlar hal-hazırda “itirilmiş tarixi erməni əraziləri”dir. Ermənilər tərəfindən törədilən cinayətlərin əsasını da məhz bu “itirilmiş torpaqlar” iddiası təşkil edir. Bu torpaqların “geri qaytarılması” üçün uyğun görülən ən münasib yol isə terror və cinayətlərdir. Həmin doktrina əsas götürülərək tarixin müəyyən mərhələlərində azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədilib. Arxiv sənədlərində rus kazaklarının da cinayətlərin törədilməsində rol oynadıqları göstərilməkdədir. 17 iyun 1905-ci ildə Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri 18 iyunda baş ştaba göndərdiyi raportunda yazırdı ki, “ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixində axşam saat 8-də silah işlətməyə məcbur olub, nəticədə, Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür”.

Ardını oxu...

Masallılı şagird: Naxçıvan sanki açıq hava altında bir muzeydir

Oxuduğum məktəbdə Azərbaycan dili və ədəbiyyat müəl­limim bir gün mənə “Vətən haradan başlayır?” mövzusunda inşa yazmağı tapşırmışdı. “Tarix” fənninə böyük həvəsim olduğu üçün inşada yazdım ki, dəfələrlə Naxçıvan mühasirədə qalsa da, düşmənə təslim olmayıb. Çünki bu torpağın Azərbaycanı xilas etmiş ümummilli lider Heydər Əliyev kimi böyük övladı var. Onu da yazdım ki, “hər bir azərbaycanlının Vətəni ölkəmizin xilaskarı olan ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvandan başlayır”.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Masallı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Əzizi qəzetimizə müsahibəsində bildirib.
Zeynəb Əzizi fikirlərinə davam edərək deyib: “Müəllimim yazdığım inşanı çox bəyənmişdi. O, məndən “Naxçıvanda olmusanmı?” – deyə soruşmuşdu. O zaman mən müəllimimə “Yox, ancaq bir gün dahilər yurdunu görmək istəyərdim”, – deyə cavab vermişdim. Prezidentimiz İlham Əliyevə minnətdaram. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində, nəhayət ki, Naxçıvanı görə bildim.
Buranın gözəlliyinə, təbiətinə heyran qaldım. Naxçıvan şəhəri çox gözəldir. Binalar göz oxşayır. Hər tərəfdə səliqə-sahman gördüm. Buradakı tarixi yerlərə də getdik. Naxçıvan sanki açıq hava altında bir muzeydir”.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 20-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna səfər ediblər.
Rayon ilə tanışlıq Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə başlayıb.
Burada məktəblilərə məlumat verilib ki, Kəngərli rayonu 2004-cü ildə yaradılıb. Rayonun ərazisindəki çoxsaylı arxeoloji abidələrdə aparılan qazıntılar zamanı qədim insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Son Tunc və İlk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, 1-ci Qarabağlar, 2-ci Qarabağlar, Govurqala, Çalxanqala, Şahtaxtı kəndinin yaxınlığındakı qədim şəhər yeri, Şahtaxtı Govur qalası və nekropolları, Yurdçu qədim yaşayış yeri, buradakı kurqanlar və sərdabələr bu ərazinin qədim tarixə malik olduğunu sübut edir. Yurdçu kəndi yaxınlığında müxtəlif dövrlərə aid mis və gümüş dəfinəsinin aşkar edilməsi vaxtilə bölgənin qədim dövlət idarəçiliyi mərkəzlərindən biri olduğunu söyləməyə əsas verir.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində bölgənin qədim tarixini və mədəniyyətini əks etdirən 2792 eksponat var. Hazırda bunlardan 758-i nümayiş etdirilir. Muzey 2007-ci ildən fəaliyyət göstərir.
Məktəblilər muzeydəki eksponatlara maraqla baxıblar.
Şagirdlər Kəngərli rayonundakı orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar türbəsi ilə də tanış olublar. Memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Onun üzərindəki kitabədə ərəb dilində bu sözlər yazılıb: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Söhbət Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatından gedir. Məktəblilər tarixi abidəni heyranlıqla seyr ediblər.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrində Novruz bayramı münasibətilə bayram tədbirləri keçirilib, muxtar respublikanın mədəniyyət və incəsənət kollektivləri musiqi proqramları ilə çıxış edib, əsgərlərimizə sovqatlar təqdim olunub.
Bayramlar, tarixi günlər ərəfəsində əsgər oğullarımızın görüşünə getmək artıq bir ənənəyə çevrilib. Novruz bayramı günlərində də əsgərlərimiz unudulmayıb. Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin, eləcə də Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Kukla Teatrı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Musiqi Kollecinin kollektivləri hərbi hissələrdə olub, əsgərlər qarşısında konsert proqramları ilə çıxış ediblər.
Mədəniyyət kollektivlərinin çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.
Tədbirlərdə bayram münasibətilə xidmətdə fərqlənən hərbçilər mükafatlandırılıb.
Gətirilmiş bayram sovqatları hərbi hissələrə təqdim edilib və bütün hərbi hissələrdə əsgər və zabitlər üçün bayram süfrələri açılıb.

Ardını oxu...

Şərur rayonu

Uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, torpağı oyadan, təbiəti canlandıran, könülləri təzələyən, təbiəti gözəlləşdirən, bayramlarımızın ən alisi, ən sevimlisi olan Novruz elimizə-obamıza qədəm qoydu. Al-əlvan Novruz şamları, yeddiləvin şirniyyatlar, qırmızı kəmərli səməni ev-eşikdə bolluq, bərəkət simvoluna çevrildi. 

Minilliklər boyu xalqımız yazın gəlişinin xəbərçisi olan Novruzu ümummilli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb.

Muxtar respublikamızın hər yerində olduğu kimi, martın 20-də Şərur şəhərindəki Mədəniyyət Sarayında qədim el bayramı münasibətilə möhtəşəm şənlik keçirildi.

Ardını oxu...

Şahbuz şəhəri ilə tanışlıq

Martın 19-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Şahbuz rayonuna gediblər. Şagirdlər əvvəlcə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Burada onlara məlumat verildi ki, Azərbaycanın ən qədim guşələrindən olan Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Eneolit, Tunc, Dəmir, Antik dövr və Orta əsrlər qəbir abidələrinin topoqrafiyası göstərir ki, bu bölgədə həyat bütün qədim dövrlərdən ardıcıl davam edib. Bu ərazidə yad mədəniyyət qalığı və təsiri yoxdur. Küküçay boyunca yerləşən arxeoloji abidələr eramızdan əvvəl III minilliyə aiddir. Aparılan tədqiqatlar orta əsrlər mənbələrində adıçəkilən Şahbuz (Şapur) qalasının hələ eramızın ilk əsrlərində salındığını göstərir.
Muzey barədə də şagirdlərə məlumat verildi. Qeyd edildi ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. 2002-ci ildən muzey yeni binada yerləşir. Hazırda burada 4 mindən çox eksponat saxlanılır. Muzeyin ən qədim eksponatları 1986-cı ildə rayonun Kolanı kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı küp qəbirlərdə aşkar edilən tunc alətlər, bəzək əşyaları və saxsı qab nümunələridir.
Şagirdlər Şahbuz şəhər 2 nömrəli tam orta məktəblə də tanış olublar. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, məktəb 216 şagird yerlikdir. Şahbuz şəhər 2 nömrəli tam orta məktəb 2013-2014-cü tədris ilində keçirilmiş müsabiqədə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1930-cu ildə ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar 8 illik, daha sonra isə tam orta məktəb statusuna yiyələnib. Müasir standartlara cavab verən, arxitekturası ilə diqqəti cəlb edən üçmərtəbəli yeni tədris binası 2014-cü ilin payızında şagirdlərin ixtiyarına verilib.
Şagirdlər təhsil ocağında üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompüter, şahmat otaqlarına maraqla baxdılar. Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti var. Fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir tələblər səviyyəsində keçilməsinə şərait yaradıb.

Şahbuz rayonunun füsunkar gözəlliyi şagirdləri valeh edib

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 19-da Şahbuz rayonundakı Batabat Astrofizika Rəsədxanasında olublar.
Şagirdlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinlədilər.
Rəsədxana ilə tanış olan məktəblilərə bildirildi ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini – planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başladı. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlifrəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib.
Məktəblilər Batabat yaylağının füsunkar gözəlliyini maraqla seyr etdilər, Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildirdilər.
Daha sonra tur-aksiya iştirakçıları Ağbulaq İstirahət Mərkəzində oldular. Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən dağ istirahət mərkəzi 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var. İstirahət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı mağazası da fəaliyyət göstərir.
Kompleksin ərazisində müasir idman infrastrukturu, uşaq-əyləncə meydançası yaradılıb.

Naxçıvan şəhərinin qədim tarixi tur-aksiya  iştirakçılarının böyük marağına səbəb oldu

Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları kompleksə böyük maraq göstərdilər.
Burada muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında məktəblilərə ətraflı məlumat verildi. Bildirildi ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurdu. Kompleksin yanında yerləşən Nuh Peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaratdı. Burada diqqətə çatdırıldı ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir.
Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsini ziyarət etdikdən sonra Dövlət Bayrağı Meydanı və Muzeyinə gəldilər. Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən möhtəşəm meydan və muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.
Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Sonra məktəblilər Duzdağ Fizioterapiya Mərkəzinə gəldilər. Qeyd edildi ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Martın 19-u axşam tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında konsertə baxdılar.

 Rauf Əliyev

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri Təhsil naziri Piri Nağıyev açaraq bildirib ki, təhsil sahəsində həyata keçirilən tədbirlər nəticəsində indi ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr həyata keçirilir. Belə ki, yeni dərs ili başlanandan 9 muzeylə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılıb. İlkin mərhələdə 40 məktəblə muzey arasında bağlantı yaradılmış olsa da, haliyədə muxtar respublikada muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi vardır.
Muxtar respublikada tətbiq olunan yeni təhsil metodlarından biri də şahmatın tədris proqramına daxil edilməsidir. Hazırda ümumtəhsil məktəblərində “şahmat” fənni 603 nəfər sertifikat almış müəllim tərəfindən tədris edilir. Muxtar respublikada fəaliyyət göstərən səkkiz şahmat məktəbindən 7-si yüksək maddi-texniki bazaya malik binalarda yerləşir. Həmin məktəblər 67 ən müasir kompüter və 8 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsait­ləri ilə təchiz olunub. Ümumilikdə, ümumtəhsil məktəblərinə 489 ədəd ayaqlı, 500 ədəd asma və 3905 stolüstü şahmat dəsti, şahmat məktəblərinə 19, sertifikat almış müəllimlərin tədris apardığı ümumtəhsil məktəblərinin elektron lövhəli siniflərində istifadə üçün 93 olmaqla, cəmi 112 kompüter dəsti verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı martın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müşavirədə aidiyyəti təşkilatlara verdiyi tövsiyə və tapşırıqları, təhsilin inkişafı məqsədilə müəyyənləşdirilmiş prioritet istiqamətləri bir daha diqqətə çatdırıb.
Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi təhsil sahəsində aparılan islahatların davamı, bu qəbildən olan uşaqlara qayğının bariz ifadəsidir.

Ardını oxu...

Martın 17-də Əlahiddə Ümumqoşun Ordusunun Şahbuz rayonunda yerləşən “N” hərbi hissəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirində tonqal qalanıb, nəğmələr oxunub.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov hərbi hissənin əsgərləri qarşısında çıxış edərək bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi qeyd edib. Xalqımız Novruzu bolluq, bərəkət, firavanlıq rəmzi hesab edib. Min illər bundan əvvəl yaranmış Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Mirqiyas Rüstəmov hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov çıxış edərək bildiriblər ki, çoxəsrlik tarixə malik xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini əks etdirir. Sovetlər zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında yaşayaraq müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey məktəblilərdə zəngin təəssürat yaradıb

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn məktəblilər martın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə olublar.
Təhsil ocağında keçirilən görüşdə Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. Elman Orucov bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında yaradılan xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir.
Vurğulandı ki, hazırda liseydə respublikamızın 20-dək bölgəsindən 657 kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit məşğul olur.

Ardını oxu...

Şəhla Məhərrəmova: Naxçıvanda gözəl, müasir məktəblər var
“Naxçıvan Muxtar Respublikasının hər tərəfində gördüyüm gözəllik, təmizlik çox xoşuma gəldi. Mənim diqqətimi ən çox çəkən isə Naxçıvandakı tam orta məktəblərdir. Məktəblərin çox gözəl binaları var. Sinif otaqları, laboratoriyalar, kompüter otaqları ən müasir səviyyədədir. Şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb”.
Bu sözləri Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəbin 11-ci sinif şagirdi Şəhla Məhərrəmova qəzetimizə müsahibəsində dedi.
Şəhla Məhərrəmova Heydər Əliyev adına Hərbi Liseydə kursantlar üçün yaradılan şəraitdən də danışaraq dedi ki, Naxçıvanda belə bir təhsil ocağının olduğundan xəbərsiz idi: “Tur-aksiya çərçivəsində bura gəlməklə həm Naxçıvanın tarixi yerlərini görmək imkanımız oldu, həm də Heydər Əliyev adına Hərbi Lisey kimi çox gözəl təhsil ocağı ilə tanış olduq. Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb də çox gözəl idi”.

Məsud Əbilov: Naxçıvanın tarixi abidələri məni heyran etdi

Biləsuvar şəhərindəki Mübariz İbrahimov adına liseyin 10-cu sinif şagirdi Məsud Əbilov qəzetimizə müsahibəsində Naxçıvana gələndən sonra tur-aksiya çərçivəsində gəzdikləri tarixi abidələri heyranlıqla seyr etdiyini bildirdi.
Məsud Əbilov qeyd etdi ki, xüsusən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi onda böyük maraq oyadıb: “Mən Azərbaycan tarixi dərslərində Naxçıvanın tarixi barədə oxumuşdum. Təbii ki, bu, maraqlı idi, ancaq burada gördüklərim mənim marağımı daha da artırdı. Naxçıvandakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir”.

Xəbərlər şöbəsi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 17-də start verildi. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasından sınaq imtahanlarında 450-700 arasında bal toplayan 160 IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşdü.
Bakıda 4 qrupa ayrılacaq məktəblilərimiz Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlardakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.
Həmin gün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın 20-dək rayonundan 160 məktəbli 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəldi.
Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan əzəmətli abidəsini ziyarət etdilər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış oldular. Məlumat verildi ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 16 il ərzində muzeyin 250 mindən çox ziyarətçisi olub.
Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səlimə Nəsirova ulu öndərimizin və Prezident cənab İlham Əliyevin oyma üsulu ilə hazır­lanmış portretini Heydər Əliyev Muzeyinə hədiyyə etdi.

Ardını oxu...

Şərur rayon mərkəzindən 24 kilometr aralı məsafədə yerləşir Axura kəndi. Bölgənin ucqar dağ kəndlərindən biridir. Dərələyəz silsiləsinin ətəklərinə sığınmış bu yaşayış məntəqəsinə gedərkən kənd və onun tarixi haqqında çox araşdırmalar aparılmasından, xeyli faktlar əldə edilməsindən bir qədər məlumatım var idi. 

Kəndin ərazisində aşkar edilən arxeoloji abidələr Axuranın qədim tarixə malik yaşayış yeri olduğundan soraq verir. Kəndin yetirməsi, tarix üzrə elmlər doktoru, professor Əziz Novruzlu “Şərurun arxeoloji abidələri” kitabında Axuranın maddi-mədəniyyət nümunələri barədə də ətraflı söhbət açır: “Zərdüştlüyün xeyir allahı Axuraməzdanın adı ilə adlandırılmış Axura kəndi eyniadlı çayın sağ və sol sahilində, dağlıq ərazidə yerləşir. Kəndin yerləşdiyi ərazi maldarlıq və heyvandarlıq, habelə əkinçilik üçün yararlıdır. Axura kəndi əkin və otlaq sahələri, içməli su mənbələri ilə zəngindir”.
Əziz Novruzlu kitabında qeyd edir ki, Axuraçayın sağ və sol sahilləri boyunca 30-dan artıq yaşayış yeri, nekropol və ibadətgahlar qeydə alınmışdır. Bu abidələr içərisində istər nəhəngliyinə, istərsə də tarixi əhəmiyyətinə görə Albantəpə, Qoşatəpə və Kültəpə xüsusilə seçilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müşavirədə müzakirə olunan məsələlərdən danışıb. Rektor Ali Məclis Sədrinin müşavirədə verdiyi tövsiyə və tapşırıqları, ali təhsilin inkişafı məqsədilə müəyyənləşdirdiyi prioritet istiqamətləri diqqətə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 14 mart 2015-ci il tarixdə keçirilən müşavirə ilə bağlı ətraflı məruzə edərək bildirib ki, Ali Məclisin Sədri müşavirədəki çıxışında müasir dövrün məktəbi dedikdə burada yalnız tikilən və yeni yaradılan binalara deyil, eyni zamanda onun bütünlükdə məzmununa da diqqət yetirildiyini xüsusi vurğulayıb, tədris binasında yaradılan şəraitin səviyyəsinin təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərdiyini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı uğurla həyata keçirilir. Universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla, 5349 nəfər tələbə ali təhsil alır. Yeniləşmiş təhsil mühitində tədrisin təşkili formalarının tətbiqi məqsədilə universitetdə bolonya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, mobillik və sair məsələlər təcrübə mübadiləsi əsasında inkişaf etdirilir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması muxtar respublikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısının əməli nəticəsidir. Universitetin beynəlxalq reytinq cədvəllərində yerinin müəyyənləşdirilməsi növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflərdəndir.

Ardını oxu...

Tarixi keçmişimizə və görkəmli şəxsiyyətlərin fəaliyyətinə işıq tutan muzeylər milli irsin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə muxtar respublikamızda fəaliyyət göstərən muzeylərə mərkəzi icra hakimiyyətləri orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının ekskursiyaları artıq bir ənənə halını almışdır.
Martın 14-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşdur. Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış və 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvandakı Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey ümummilli liderin sağlığında fəaliyyətə başlamışdır. Muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanmışdır. Hazır­da muzeydə 4500-dən çox eksponat vardır. İndiyədək muzeyi 250 mindən çox tamaşaçı ziyarət etmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Anar Əhmədov açaraq çıxış edib.
Qeyd olunub ki, istehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi sürətli inkişaf mərhələsinə çıxarıb. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Namiq Əhmədov bildirib ki, istehlakçıların tələbatının keyfiyyətli məhsullarla ödənilməsi üçün süni qiymət artımı və razılaşdırılmış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində muxtar respublikada aparılan monitorinqlər zamanı satışı həyata keçirilən məhsulların keyfiyyətinə nəzarət olunub, ərzaq və qeyri-ərzaq məhsullarının baha qiymətə satışının qarşısı alınıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi müvafiq qurumların əməkdaşları ilə birlikdə daxili bazarda idxal məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, üzərində istehsal və son istifadə müddəti olmayan məhsulların gətirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yoxlamalar aparıb. 2014-cü il ərzində aparılan monitorinqlər zamanı, ümumilikdə, 24026 manat dəyərində müşayiətedici sənədləri olmayan və istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılıb.

Ardını oxu...

XX əsrin 20-ci illərində Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvana lazımi səviyyədə köməklik göstərə bilmirdi. Bundan istifadə edən erməni daşnakları Naxçıvan diyarına sahib olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bir sıra kapitalist dövlətlərinin himayəsindən, yardım və dəstəyindən istifadə edən erməni cəlladları Naxçıvan diyarına hərbi basqınlar edir, qırğınlar törədir, şəhər və kəndləri dağıdır, ağlasığmaz vəhşiliklər törədir, lakin yerli əhalinin inadlı mübarizəsi, qəhrəmanlığı sayəsində onlar öz məkrli niyyətlərinə nail ola bilmirdilər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR