23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müşavirədə müzakirə olunan məsələlərdən danışıb. Rektor Ali Məclis Sədrinin müşavirədə verdiyi tövsiyə və tapşırıqları, ali təhsilin inkişafı məqsədilə müəyyənləşdirdiyi prioritet istiqamətləri diqqətə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 14 mart 2015-ci il tarixdə keçirilən müşavirə ilə bağlı ətraflı məruzə edərək bildirib ki, Ali Məclisin Sədri müşavirədəki çıxışında müasir dövrün məktəbi dedikdə burada yalnız tikilən və yeni yaradılan binalara deyil, eyni zamanda onun bütünlükdə məzmununa da diqqət yetirildiyini xüsusi vurğulayıb, tədris binasında yaradılan şəraitin səviyyəsinin təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərdiyini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı uğurla həyata keçirilir. Universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla, 5349 nəfər tələbə ali təhsil alır. Yeniləşmiş təhsil mühitində tədrisin təşkili formalarının tətbiqi məqsədilə universitetdə bolonya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, mobillik və sair məsələlər təcrübə mübadiləsi əsasında inkişaf etdirilir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması muxtar respublikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısının əməli nəticəsidir. Universitetin beynəlxalq reytinq cədvəllərində yerinin müəyyənləşdirilməsi növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflərdəndir.

Ali məktəb kollektivi bundan sonrakı fəaliyyətini müşavirədə verilən tövsiyələr əsasında quracaq. Universitetin çoxsaylı professor-müəllim heyəti Ali Məclis Sədrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yüksək nizam-intizam yaradılması ilə bağlı tapşırıqlarını rəhbər tutacaq, qarşıya qoyulan vəzifələrin həyata ke­çirilməsi üçün əzmlə çalışacaq.
Tələbə Elmi Cəmiyyətinin sədri Ramazan Abdullayev çıxış edərək tələbələrin elm və təhsildə, ictimai işlərdə qazandığı uğurlardan, onlara göstərilən böyük diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, ötən tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə 400-dən çox tələbə elmi-tədqiqat işlərinə cəlb olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birgə “Naxçıvanı kəşf et”, “I zəka oyunları” festivalı keçirilib. Ramazan Abdullayev tələbələr adından söz verib ki, daha yaxşı oxuyacaq, elm və təhsildə fərqlənəcək, dövlətçilik ideyalarını, milli dəyərləri sədaqətlə yaşadıb inkişaf etdirəcəklər.

Mehriban Sultan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR