23 Dekabr 2024, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrində Novruz bayramı münasibətilə bayram tədbirləri keçirilib, muxtar respublikanın mədəniyyət və incəsənət kollektivləri musiqi proqramları ilə çıxış edib, əsgərlərimizə sovqatlar təqdim olunub.
Bayramlar, tarixi günlər ərəfəsində əsgər oğullarımızın görüşünə getmək artıq bir ənənəyə çevrilib. Novruz bayramı günlərində də əsgərlərimiz unudulmayıb. Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin, eləcə də Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Kukla Teatrı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Musiqi Kollecinin kollektivləri hərbi hissələrdə olub, əsgərlər qarşısında konsert proqramları ilə çıxış ediblər.
Mədəniyyət kollektivlərinin çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.
Tədbirlərdə bayram münasibətilə xidmətdə fərqlənən hərbçilər mükafatlandırılıb.
Gətirilmiş bayram sovqatları hərbi hissələrə təqdim edilib və bütün hərbi hissələrdə əsgər və zabitlər üçün bayram süfrələri açılıb.

 * * *

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şərur rayonunun ən ucqar ərazisində yerləşən “N” hərbi hissədə Novruz şənliyi keçirib.
Bayram tədbirində zabit Qurban Hüseynov qeyd edib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanıb. Bu gün “N” hərbi hissədə təşkil olunan bayram tədbiri hər bir əsgər və zabitdə sevinc və fərəh hissi doğurur. Bu, bir daha onu göstərir ki, xalqla ordu həmrəydir və bu həmrəylik əsgər və zabitlərin mənəvi ruhunu daha da yüksəldir.
Qurban Hüseynov Daxili İşlər Nazirliyinin kollektivinə bayram şənliyi təşkil etdiyinə görə minnətdarlığını bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş leytenantı Nazlı Quliyeva əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara Vətənin keşiyində dayanmaq kimi şərəfli işlərində uğurlar arzulayıb.
Sonra Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Arpaçay” instrumental ansamblının konserti olub.
Şənlikdə bayram tonqalı yandırılıb, “Şərur” xalq yallı ansamblının çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Əhməd Əhmədov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, general-mayor Vasif Kazımov və digər qonaqlar əsgərlərin sosial-məişət şəraiti ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR