23 Dekabr 2024, Bazar ertəsi

Muzeylər keçmişimizi özündə yaşadan maddi və mənəvi sərvətlərimizin saxlanc yeridir. Buna görə də tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində və təbliğində muzeylər mühüm əhəmiyyətə malikdir. Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, muxtar respublikada dövlət orqanlarında çalışan kollektivlər muzeylərdə olur, tarixi keçmişimizin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla, eləcə də görkəm­li şəxsiyyətlərimizin həyat və fəaliyyətləri ilə tanış olurlar.
Bu tədbirlərin davamı kimi martın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə 49 mindən çox eksponat qorunur. Muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. 10 şöbədən ibarət olan muzeydə müxtəlifçeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair materiallar, dekorativ-tətbiqi sənət, eləcə də zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, əl işləri sərgilənir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Muzeyində, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə, Vergilər, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksində, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları isə Ədəbiyyat Muzeyində olmuşlar.
Şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının kollektivləri rayon mərkəzlərində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq və digər muzeyləri ziyarət etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR