23 Dekabr 2024, Bazar ertəsi

“1990-cı illərin əvvəllərində ağır blokada vəziyyətində olan, faktiki olaraq dünyadan təcrid edilən, işğal təhlükəsi ilə daim üz-üzə qalan Naxçıvan Muxtar Respublikası erməni cəlladlarına qarşı ölüm-dirim savaşı aparırdı. Buna bax­mayaraq, naxçıvanlılar həmvətənlərinin harayına səs verib və qədim diyardan bir qrup könüllü Qarabağa yollanaraq Xocalı uğrunda, Vətən uğrunda döyüşlərə atılıb”.
Bu fikirlər fevralın 25-də Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda keçirilən elmi konfransda səsləndirildi.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirdi ki, erməni cəlladlarının Xocalının dinc əhalisinə qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə görünməmiş qəddarlıqla divan tutmaları daşnak şovinizminin iç üzünü, onun mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Hadisənin şahidi olan xarici jurnalistlər də təsdiqləyirlər ki, ermənilər və onların havadarları Xocalıda törətdikləri qəddarlıqlarla faşistləri belə üstələyiblər. Ermənilər dinc əhaliyə – körpəyə, uşağa, qadına, xəstəyə, qocaya belə aman verməyiblər.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatı Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmadan – qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetiriliblər.
Qeyd olunub ki, öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan o dövrün hakimiyyət orqanları tam fəaliyyətsizlik nümayiş etdirərək müharibə şəraitində olan şəhərin və onun sakinlərinin xilasına çalışmayıb, vəzifə borclarının yerinə yetirilməsinə cinayətkarcasına məsuliyyətsiz yanaşıblar. Həmçinin ozamankı hakimiyyət qanlı faciəni dünya ictimaiyyətinə çatdırmağa səy göstərməyib.
Xocalı faciəsinin dünyada tanıdılması üçün ilk təşəbbüsün məhz ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini qeyd edən Əmir Babayev daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin bu yöndə səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Ardını oxu...

 Amerikalı jurnalist və tədqiqatçı Peter Tase Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadədən Xocalı soyqırımı ilə bağlı müsahibə almışdır. Həmin müsahibə Amerikada çap olunan ispandilli “Eurasia Hoy” qəzetində dərc olunmuşdur. Müsahibəni təqdim edirik. 

26 fevral 2015-ci il tarixdə Azərbaycan xalqı və hər kəs Ermənistan qoşunlarının Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi və Xocalı soyqırımı kimi tanınan faciənin 23 illiyini xatırlayacaq. Bu soyqırımı Xocalıda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bir şəhərdə törədilib. Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadə Xocalı hadisələri və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşüb:
– Cənab səfir, Xocalıda nələr baş verib?
– 1987-ci ilin sonlarında, sovet dövrünün son illərində Ermənistan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasına aid olan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə qarşı açıq şəkildə iddialara başladı. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində SSRİ dağıldıqdan sonra Ermənistan ölkəmizə qarşı hərbi təcavüzə başladı. Nəticədə, Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal edildi, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərini tərk etmək məcburiyyətində qaldı. Bu gün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri xalqımız tərəfindən unudulmayıb. Erməni qoşunları tərəfindən Azərbaycana qarşı aparılan müharibə nəticəsində beynəlxalq hüququn ən ağır cinayətləri fonunda minlərlə ölüm və xəsarət törədilmişdir.

Ardını oxu...

Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanın qədim abidələrindən biri olan Azıx mağarası da məhz elə bu ərazidə yerləşir. Azıx mağarası və onun ətrafında aparılan araşdırmalar Azərbaycanda insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını deməyə imkan vermişdir. Qarabağ abidələri Azərbaycanın Daş dövrü və Tunc dövrü mədəniyyətlərinin öyrənilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir. Qarabağın tariximiz üçün böyük əhəmiyyəti olan abidələrinin bir qrupu Xocalı şəhəri ətrafında yerləşir. Qədim Xocalı ətrafında yerləşən abidələr Tunc dövrünün bütün mərhələlərini izləməyə imkan verir.

Ardını oxu...

Bu respublikanın qurucularından biri də Qənbərəli bəy Bənəniyarski idi

Birinci Dünya müharibəsində vuruşan dövlətlər 1918-ci il oktyabr ayının 30-da Mudros müqaviləsini bağladılar. Bu müqavilənin bağlanması erməni daşnaklarının əl-qolunu açdı. Məlumat üçün qeyd edək ki, hələ Mudros müqaviləsindən əvvəl də daşnaklar Naxçıvanda qanlı qırğınlar törətmişdilər.
Bolşevik hökumətinə arxalanan Stepan Şaumyan Qafqaz işləri üzrə müvəqqəti komissar təyin olunduğundan onun daşnak quldur dostu Andranik Naxçıvana və Zəngəzura hücum etmişdi. Şərur-Dərələyəz və Nax­çıvan qəzalarında qanlı qırğınlar törədən quldur Andranikə qarşı naxçıvanlılar çox qəhrəmanlıqla döyüşmüşlər. Vəziyyətdən asılı olaraq Naxçıvanın və Şərurun, Ordubadın, Mehrinin və digər yerlərin daşnaklardan müdafiə olunması üçün külli-ixtiyar hərbi inzibati komitəyə həvalə olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti hələ yenicə qurulduğundan Naxçıvana və Zəngəzura kömək edə bilmirdi.
1918-ci il iyunun əvvəllərində Türkiyə ordusunun 9-cu və 11-ci diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan hərəkət edərək iyunun 11-də Naxçıvana daxil olmuşdur. Türk qoşunları Naxçıvanın könüllü döyüş taborları ilə birlikdə erməni daşnaklarını darmadağın etmişlər.

Ardını oxu...

Fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı cinayətidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəxsi heyəti erməni və rus hərbçilərindən təşkil edilmiş 366-cı motoatıcı alayın üç batalyonu bir neçə saat ərzində 7 min nəfərlik Xocalı şəhərini yerlə-yeksan edib, əhaliyə amansız divan tutub. Nəticədə, 613 nəfər azərbaycanlı öldürülüb ki, bunların 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi.
“Erməni canilərinin dövlət səviyyəsində həyata keçirdikləri hərbi cinayət olan bu soyqırımı aktı XX əsrdə Çexiyanın Liditse, Belarusun Xatın, Vyetnamın Sonqmi kəndlərində həyata keçirilmiş qırğınlarla müqayisədə daha qanlı cinayət kimi bəşəriyyət tarixinə düşüb”, – deyən YAP Naxçıvan Şəhər Təşkilatının sədri qeyd edib ki, Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılması üçün mühüm addımlar atıb. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlifsəpkili tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Ardını oxu...

Fevralın 23-də Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı da həmin cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə idarənin rəisi Vüqar Babayev açaraq məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, hesabat dövründə idarə tərəfindən din-dövlət münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, dini icmaların radikal meyillərinin qarşısının alınması, radikal cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb.
Ötən il idarə tərəfindən xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili, dini təyinatlı ədəbiyyatların yayımının qanunauyğun formada aparılması, kənd məscidlərində dini durumun öyrənilməsi istiqamətində görülmüş işlər, maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verən idarə rəisi bildirib ki, ötən il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncam əsasında komissiya yaradılıb və fəaliyyətə başlayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə Ağsaqqallar Şurası hərbi-vətənpərvərliklə bağlı Sədərək rayonunda tədbir keçirib. İctimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb və tədbirin əhəmiyyətindən danışıb.
Sonra Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edib. Qeyd olunub ki, muxtar respublikada ordu quruculuğu sahəsində çox böyük işlər həyata keçirilib. Sərhədlərimizi qoruyan, Vətənin keşiyini çəkən hər bir əsgər hiss edir ki, onun arxasında güclü dövlət dayanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlamış, avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər ölkəmizdə müasir avtomobil yolları çəkilmiş, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.

Ardını oxu...

2014-cü il Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin kollektivi üçün əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 7-də Şərur rayonu ərazisində tikilib quraşdırılmış 20,5 meqavat güclü “Arpaçay 1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyalarının işəsalma mərasimlərində iştirak edib, kollektivimizin üzvləri ilə görüşüb. Ölkə Prezidenti Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib, yeni elektrik stansiyalarının tikintisi, elektrik enerjisi ixracı potensialının artırılması sahəsində tədbirlərin davam etdiriləcəyini bildirib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin kollegiya iclasında agentliyin baş direktoru Yasin Səfərov səsləndirib. Agentliyin baş direktoru məruzəsində daha sonra bildirib ki, 2014-cü ildə muxtar respublikanın elektrik şəbəkələrinə 627995160 kvt/saat elektrik enerjisi daxil olub. Bunun 62883000 kvt/saatı İran İslam Respublikasından, 80560 kvt/saatı Türkiyə Respublikasından alınıb, 56115500 kvt/saatı Araz Su Elektrik Stansiyasında, 428804 000 kvt/saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 3298000 kvt/saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 34944200 kvt/saatı Biləv Su Elektrik Stansiyasında, 37928000 kvt/saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 550000 kvt/saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 3391900 kvt/saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında istehsal edilib elektrik şəbəkələrinə verilib. İl ərzində Türkiyə Respublikasına 102664990 kvt/saat, İran İslam Respublikasına isə 64584000 kvt/saat elektrik enerjisi ötürülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib. İclası nazir Cavid Səfərov açaraq məruzə ilə çıxış edib.

Bildirilib ki, ötən il ərzində 298 sahibkarlıq obyektində 242 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 514 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunub. Eyni zamanda əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 85 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, 259 işçi yerində həmin vasitələrlə təmin edilib, nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilib, 659 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub. Bəhs olunan dövrdə 2727 iş­axtaran qeydiyyatda olan vakant iş yerlərinə, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə, 125 nəfər kvota yerlərinə göndərilib, keçirilmiş əmək yarmarkalarında isə 1057 nəfər işlə təmin edilib. Qeyd olunan dövr ərzində əmək bazarının tələbinə uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində 25 peşə kursu təşkil edilib və kurslara 439 işaxtaran vətəndaş cəlb olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. İclası nazir Mirsənani Seyidov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2014-cü ildə nəqliyyat-yol kompleksinin fəaliyyəti üçün kompleks quruculuq işləri görülüb, maddi-texniki baza gücləndirilib.

Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 123 marşrut xəttində 299 ədəd avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilib, sərhəd və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının hərəkətinə nəzarət artırılıb.
Naxçıvan şəhərində şəhərdaxili nəqliyyatda fəaliyyət göstərən 6 marşrutda 37 ədəd “King-Long”, 5 ədəd “Liaz” markalı avtobuslar işləyir ki, bunların da hamısı beynəlxalq standartlara cavab verir. 7 və 8 nömrəli marşrutlar isə şəhər­ətrafı yaşayış məntəqələri ilə Naxçıvan şəhəri arasındakı əlaqənin davamlılığına xidmət edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını qorumaq, onunla qürur duymaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Rektor qeyd edib ki, bu gün dilimizin dövlət statuslu dillər sırasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, – deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Ardını oxu...

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində də 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilmişdir.
İclasda agentliyin baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və muxtar respublikanın rayon (şəhər) Dövlət Sığorta agentlikləri öz fəaliyyətlərini 30 noyabr 2011-ci il tarixdə keçirilmiş müşavirədə verilən tapşırıqlara uyğun qurmuşdur. Bu müşavirədə muxtar respublikada sığortanın inkişafı üçün Dövlət Baş Sığorta Agentliyinə verilmiş tapşırıqlar 2014-cü ildə də muxtar respublikada bütün sığorta növlərinin inkişafında mühüm əhəmiyyət daşımış, ötən dövrdə əhalinin kütləvi sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını nazir Xalid İsgəndərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlılıq və yüksək artım potensialını nümayiş etdirib. Bəhs olunan dövrdə muxtar respublikanın iqtisadiyyatında qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə də öz təsirini göstərib. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olub, tapşırıq 110,9 faiz icra edilib. Bu, nəzərdə tutulan məbləğdən 7 milyon 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2 faiz, yaxud 9 milyon 227 min 94 manat çoxdur.

Ardını oxu...

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda Təhsil naziri Piri Nağıyev məruzə ilə çıxış edərək bildirib ki, son 10 ildə muxtar respublikamızda 150-dən çox məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. İstifadəyə verilən bu təhsil müəssisələri təkcə rayon mərkəzlərini deyil, muxtar respublikamızın ən ucqar dağ kəndlərini də əhatə edib.
Hər il olduğu kimi, 2014-cü ildə də muxtar respublikanın hər yerində aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanıb. Belə ki, ötən il Naxçıvan şəhərində 9 nömrəli tam orta məktəb, Şərur rayonunda Şərur Texniki-Peşə və Sürücülük Məktəbi, Diyadin, Dizə, Axura, Püsyan, Kürkənd, Babək rayonunda Qahab, Naxışnərgiz, Güznüt, Ordubad rayonunda Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şurud, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin, Sədərək Rayon Təhsil Şöbəsi üçün inzibati bina isə təhsil işçilərinin istifadəsinə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublika ərazisinə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi məqsədilə ötən ilin sentyabr ayının 20-dən etibarən sərhəd-buraxılış məntəqələrinin giriş istiqamətlərində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları fəaliyyət göstərməyə başlayıblar. Bu da əcnəbilərin, eləcə də onları qəbul edən şəxslərin uzaq məsafə qət etmədən və vaxt itkisi olmadan rahat şəkildə sərhəd-buraxılış məntəqələrində olduğu yer üzrə qeydiyyata alınmasına şərait yaradır. Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi hazırlanaraq istifadəyə verilib. Bəhs olunan dövrdə muxtar respublikanın müxtəlif rayon və kəndlərində miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Ardını oxu...

Ermənilər müntəzəm olaraq soyqırımına məruz qaldıqlarını iddia etməkdə və hər il aprel ayının 24-də bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməkdədirlər. Lakin tarixi faktlar sübut edir ki, ermənilər heç bir zaman soyqırımına məruz qalma­mış, əksinə, zaman-zaman dəhşətli soyqırımlar törətmişlər.
XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da belə bir cinayətə əl atdılar. Bu cinayətlərin görünməyən məqamlarını “böyük Ermənistan” ideologiyası və onun tərkib hissəsi olan Hai-Taht doktrinasında axtarmaq lazımdır. Həmin doktrinaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qırğınların törədilməsi zəruridir. Radikal erməni qrupları istər Türkiyə, istərsə də Azərbaycan türklərinə qarşı müəyyən etdikləri hədəf və məqsədlərini həyata keçirmək üçün hər vasitədən – terror, şiddət, işgəncə – istifadə etməyi vacib sayırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan komissiyanın sədri Etibar Musayev 2014-cü ildə görülən işlərdən danışıb. Qeyd olunub ki, 2014-cü ildə komissiya tərəfindən etik davranış qaydalarına riayət edilməsi və dövlət orqanlarının kadr qurumlarının işinin gücləndirilməsi məqsədilə aprel, may, iyun və iyul ayları ərzində dövlət orqanlarında maarifləndirici seminarlar keçirilib. Seminarlarda “Etik davranış qaydaları haqqında” Qanunun tələbləri, dövlət qulluqçularının şəxsi işinin və onların reyestrinin aparılması qaydalarından bəhs edilib.
Komissiya tərəfindən 2014-cü il mart, sentyabr aylarında vakant dövlət qulluğu vəzifələrinin tutulması, mart, aprel, iyul, sentyabr və dekabr aylarında müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında, Fövqəladə Hallar Nazirliyində, prokurorluq və vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrin test imtahanları mərhələləri keçirilib.

Ardını oxu...

Fevralın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında da 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclasda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış edib. Bildirilib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini insan hüquqlarının müdafiəsi, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və bu məqsədlə müvafiq maarifləndirici vəsaitlərin hazırlanması, paylanması, ictimaiyyətlə, informasiya vasitələri və beynəlxalq təşkilatların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) vətəndaşlar tərəfindən yazılı, şifahi və elektron formada 117 müraciət daxil olub, müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb, daxil olan bütün müraciətlər cavablandırılıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində “Xocalı soyqırımı XX yüz­illiyin ən ağır faciəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbiri muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova açaraq qeyd edib ki, erməni quldurlarının xalqımıza qarşı törətdikləri, dünyanın ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımından 23 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o qarlı-çovğunlu gecədə qədim tarixi olan Xocalı bir gecənin içində viran edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov “Xocalı soyqırımı XX yüzilliyin ən ağır faciəsi kimi” mövzusunda çıxış edərək bildirib ki, bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətl edilib, 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib, 1275 sakin əsir, 150 nəfər isə itkin düşüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ötən il may ayının 7-də Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati bina və kinoloji xidmət binası istifadəyə verilib, “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni inzibati binada işlər tamamlanıb, infrastrukturun yenidən formalaşdırılması istiqamətində xeyli iş görülüb.
Sədərək sərhəd gömrük-buraxılış məntəqəsi üçün modern kompleksin qurulmasını muxtar respublikada həyata keçirilən mühüm infrastruktur layihələrindən biri kimi dəyərləndirən komitə sədri sərhəd-keçid kompleksinin beynəlxalq standartlara cavab verən və müasir dizaynı ilə seçilən baş planının hazırlandığını, ərazidə torpaqlama işlərinin yekunlaşdırıldığını deyib.
Vurğulanıb ki, Culfa və Şahtaxtı sərhəd-keçid məntəqələrindən sonra 2014-cü ildə Sədərək sərhəd-keçid məntəqəsində də X-Ray tipli rentgen nəzarət qurğusunun istifadəyə verilməsilə regiona bütün istiqamətlərdən gələn yüklərə gömrük nəzarəti daha da gücləndirilib, bununla da risk əmsalı minimuma endirilib.

Ardını oxu...

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclası komitənin sədri Cəfər Muxtərov açaraq 2014-cü ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Qeyd olunub ki, sosial-iqtisadi sahədə davamlı inkişaf tempinin təmin edilməsi 2014-cü ili uğurlu nəticələrlə başa vurmağı şərtləndirib, ötən dövr ərzində muxtar respublikada 208 milyon 6 min manat həcmində tikinti işləri yerinə yetirilib. Cəfər Muxtərov görülən işlərlə yanaşı, işdə buraxılan nöqsanlardan da danışıb.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin rəisi Rəvayət İman­ovun, Naxçıvan Şəhər İdarəsinin baş mühəndisi İbrahim Hüseynovun çıxışları olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, aparılan meliorasiya, irriqasiya tədbirləri, lizinq xidməti, yanacaq-sürtgü yağlarına görə torpaq mülkiyyətçilərinə yardımların ödənilməsi, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının dəyərinə 40 faiz güzəştlərin edilməsi, taxıl qəbul edən və soyuducu anbarların qurulması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması, yeni istixana komplekslərinin fəaliyyətə başlaması kənd təsərrüfatının dinamik inkişafına stimul yaradıb.
“2014-cü ilin yaz və payız əkinləri üçün 5165 nəfər sahibkara 1 milyon 463 min manat dəyərində 3867 ton yardım olaraq azot gübrəsi verilib”, – deyən Elşad Əliyev bildirib ki, ümumilikdə, 2014-cü ildə muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarına 4 milyon 920 min manat yardım və subsidiyalar ödənilib.

Ardını oxu...

1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq, Azərbaycana köçürülən və XIX yüzillik boyu davam edən köçürmə prosesi nəticəsində sayları süni surətdə artırılan ermənilər tarixi Azərbaycan torpaqlarında yerləşdirildikdən və möhkəmləndirildikdən, xüsusilə yüzilliyin sonlarında özlərinin bir sıra təşkilatlarını (Qnçaq, 1887-ci il, Cenevrə; Daşnaksutyun, 1895-ci il, Tiflis; erməni vətənpərvər ittifaqı, 1895-ci il, Nyu-York) yaratdıqdan sonra ölkəmizə qarşı ərazi iddialarına başlamışlar. Ermənilərin ərazi iddialarında Azərbaycanın əzəli və əbədi torpaqları olan Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ əraziləri əsas yer tuturdu. Bu iddialarını, xüsusilə xəyali “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ermənilər XX yüzilliyin əvvəllərində fəaliyyətlərini daha da gücləndirmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2014-cü ilin yekunlarına və cari ildə qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri xidmətin rəisi, general-mayor Səxavət Salmanov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən il qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki, 2014-cü ildə çağırışçıların həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında çağırış kampaniyaları keçirilib. Çağırış kampaniyalarının keçirilməsi ilə bağlı nəzərdə tutulmuş plan və tapşırıqlar tam həcmdə yerinə yetirilib.
Qeyd olunub ki, 2014-cü ildə çağırışaqədər gənclərin ilkin qeydiyyata alınması tədbirləri də qarşıda duran əsas vəzifələrdən olub. Çağırış üzrə dövlət tapşırıqlarının uğurlu icrası çağırışaqədər gənclərin ilkin qeydiyyata alınmasından, eləcə də müvafiq dövr ərzində başa çatdırılmasından çox asılıdır. Bu sahədə iş ötən il də uğurla aparılıb. Bundan əlavə, çağırışa­qədər gənclərin peşəyönümlü məktəblərə göndərilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Ötən il 359 nəfər gənc sürücü­lük məktəbinə cəlb olunub, tam kursu bitirdikdən sonra sürücülük vəsiqələri ilə təmin edilərək hərbi hissələrə göndəriliblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiya iclası keçirilmişdir.
İclasda İqtisadiyyat və Sənaye naziri Famil Seyidov “2014-cü ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı 2014-cü ildə də uğurla təmin olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilmiş, yeni iş yerləri açılmış, əhalinin maddi rifah halı yüksəlmişdir. Belə ki, Ümumi Daxili Məhsul istehsalının həcmi 2014-cü ildə 2 milyard 391 milyon manat olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz artmışdır. Görülmüş tədbirlər sayəsində 352 növdə məhsul istehsalına və 336 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Ölkəmizdə elan olunmuş “Sənaye ili”ndə qarşıya qoyulmuş vəzifələrin icrası muxtar respublikada sənayenin inkişafına təkan vermiş, yeni sənaye müəssisələri yaradılmış, sənaye məhsulu istehsalı 2013-cü illə müqayisədə 2,5 faiz artmışdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib.
Nazir ötən il muxtar respublikada Ədliyyə Nazirliyi və ona tabeli qurumların fəaliyyətinin təkmilləşdirilməsi, “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi haqqında Əsasnamə”dən irəli gələn tələblər, məhkəmə qərarlarının icra səmərəliliyinin artırılması, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə danışıb.
Bundan başqa, Suliddin Əliyev notariat hərəkətlərinin sayı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb, sahibkarlıq sahəsindəki yoxlamaların məlumat reyestrinin aparılması istiqamətində əldə edilən nəticələrdən bəhs edib. Qeyd olunub ki, ötən il ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülüb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ötən il görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları öz işlərini “Muxtariyyət ili”ndə qarşıya qoyulmuş yüksək tələblər səviyyəsində qurmağa çalışıb. Belə ki, Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında xidmət edən əməkdaşların iştirakı ilə muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş seminar-məşğələlər keçirilib. 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında və eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən bələdiyyə seçkilərində muxtar respublika prokurorluq işçiləri də öz səlahiyyət hədləri çərçivəsində bu seçkinin ədalətli, demokratik, şəffaf və seçicilərin fəallığı şəraitində keçirilməsi üçün bütün qüvvələrini səfərbər ediblər.

Ardını oxu...

Ötən il 378 obyektin yanğından icbari sığortalanmasına nəzarət olunub, sahibkarlarla izahat işləri aparılıb, əhalinin maarifləndirilməsi məqsədilə 179 obyektdə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bu faktlar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ötən ilin yekunları və qarşıya qoyulmuş vəzifələrə həsr olunan kollegiya iclasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Kollegiya iclasında Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev məruzə edərək bildirib ki, ötən il nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, tabelikdəki qurumların ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr və cihazlarla təminatı diqqət mərkəzində saxlanılıb. Nazirliyin əməkdaşlarına müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, Sədərək rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası tikilib istifadəyə verilib, zabit və gizirlər üçün Naxçıvan şəhərində 7 mərtəbəli yeni xidməti yaşayış binasının tikintisi davam etdirilib.

Ardını oxu...

Şərur rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edib. Qeyd olunub ki, 2014-cü ildə rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 72 milyon 605,4 min manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyanın həcmi 67 milyon 241,1 min manat olub. Hesabat dövründə Şərur şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzinin, Şərur Rayon Texniki-Peşə və Sürücülük Məktəbinin binaları tikilib, Əl Topu Oyunları idman meydançası, “Naxçıvanbank” ASC-nin Şərur rayon filialı, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və rayon Məşğulluq Mərkəzinin inzibati binaları, üç yaşayış binası əsaslı təmir olunub. Tikinti-quruculuq işləri bununla məhdudlaşmır. Dizə, Püsyan kənd­lərində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları inşa olunub, məktəb binaları yenidən qurulub. Diyadin kəndində kənd mərkəzi, məktəb binası, xidmət mərkəzi tikilib, Axu­ra kəndində həkim ambulatoriyası, məktəb binası, kənd mərkəzi əsaslı təmir edilib, xidmət mərkəzi tikilib. Sosial qayğıya ehtiyacı olan ailələr üçün Çomaxtur kəndində iki, Axura kəndində isə bir yaşayış evi inşa olunub.

Ardını oxu...

Fevralın 15-də Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, sonra gənc əsgərlərin andiçmə mərasimi başlanıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş döyüş bayrağı altında əlində silah dayanaraq Vətənə, öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir. Hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf və vicdan borcudur. Buna görədir ki, Azərbaycan əsgərinin malik olduğu keyfiyyətlər düşmənlərimizə qorxu, xalqımıza isə sevinc və qürur bəxş edir.
Əsgər Alı Tağıyev hərbi and içən əsgərlər adından çıxış edərək Vətənə sədaqətlə xidmət edəcəklərinə, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.
Valideyn Nəzifə Əsədova bu günün onlarda böyük qürur hissi doğurduğunu bildirib, Vətənin müdafiəçilərinə uğurlar arzulayıb.

Ardını oxu...

Ötən il özəl sektordan vergi daxil­olmalarının ümumi vergi daxil­olmalarında xüsusi çəkisi 2013-cü illə müqayisədə 2,8 faiz artaraq 63,3 faizədək yüksəlib. Bunu Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov deyib.
Nazir bildirib ki, iqtisadi inkişafın nəticəsi olaraq, 2014-cü ildə nazirlik üzrə müəyyən olunmuş proqnoz 105,2 faiz icra edilib. Bu da 2013-cü illə müqayisədə 13,7 faiz çoxdur. Eyni zamanda yerli vergi orqanlarının hər biri üzrə müəyyən olunmuş proqnoza artıqlaması ilə əməl edilib.
Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 23053 bəyannamə təqdim edilib. Təqdim olunan bəyannamələr yoxlamadan keçirilərək 284 vergi ödəyicisinə kameral qaydada 60 min 644 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin edilib. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına səbəb olan “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində 22 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 2796 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 89,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Ardını oxu...

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2014-cü ildə görülən işlərə və 2015-ci ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2014-cü ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələri ilə bağlanmış müqaviləyə əsasən, 31 min 262,2 ton A-92 benzini, 1983,7 ton A-95 benzini, 34 min 216,5 ton dizel yanacağı, 13 min 659,8 ton bitum, 5726,9 ton mazut, 244,2 ton müxtəlif növ yağlar, 2824,6 ton maye qaz alıb.
Bildirilib ki, ötən il müəssisə tərəfindən ümumi dövriyyəsi 59274,2 min manat olan 91 min 230,6 ton müxtəlif növ neft məhsulları satılıb ki, bu, 34 min 481,6 ton avtobenzin, 37 min 870,5 ton dizel yanacağı, 13 min 659,8 ton bitum, 2206,9 ton mazut, 2767,6 ton maye qaz, 244,2 ton müxtəlif növ yağlardan ibarət olub. 2014-cü ildə müəssisə satışdan 94,4 min manat mənfəət əldə edib.
1 yanvar 2015-ci il tarixə müəssisənin anbarlarında 2136,6 ton A-92 benzini, 42,6 ton A-95 benzini, 2753,1 ton dizel yanacağı, 3520,0 ton mazut, 57,0 ton maye qaz ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2015-ci ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Məruzə ətrafında müzakirələrdə müəssisənin neft məhsulları üzrə anbar müdiri Mirmehdi Seyidov, qaz məhsulları üzrə anbar müdiri Kazım Rzayev çıxış ediblər.

Xəbərlər şöbəsi

Bu şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır.
O tikilən təzə binada adamlar necə yaşayır, qonşuluq münasibətləri necədir? Yaxşı geyim-kecimli müasir adam qonşusunun dar günündə qapısını bərk-bərk bağlamır ki?.. Bir yetim uşağın taleyinə öz uşağı kimi yanırmı? Bunları düşünürəm. Düşünürəm ki, təzə binalara köçənlərin kitab rəfi olmayanda adamlar onlara necə baxır? Kitabsız, mütaliəsiz hansı bilikdən, hansı mədəniyyətdən danışmaq olar? Bəs bəzi kəndlərdə kitabxanaların çoxunun qapısı həftələrlə bağlı qalanda adamlar buna necə dözürlər? Belə vaxtda kitabxana müdirindən hesabat istəyən, hətta ona “gəl bir neçə gün səni ac qoyaq, görək necə olur? ” deyənlər tapılmırmı?..

Ardını oxu...

Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2014-cü ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2014-cü ildə muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə ilə çıxış edib.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib.

Ardını oxu...

Müasir dövrdə yeni texnologiyaların tətbiqi hər bir ölkənin əsas inkişaf göstəricisi hesab olunur. Muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsinin davamlı inkişafının təmin olunması da məhz bu məqsədə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi qeyd olunan sahələr üzrə fəaliyyətini ötən ay da davam etdirmiş, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 29 dekabr tarixli Sərəncamına əsasən, Culfa rayonunun Göynük və Nəhəcir kəndləri Babək rayonunun inzibati ərazisinə daxil edilmişdir. Bu səbəbdən də Nəhəcir kəndindəki avtomat telefon stansiyasının nömrə planı dəyişdirilmiş, rabitə evində olan avadanlıqlar Babək Rayon Rabitə İdarəsinin və “Naxçıvanpoçt” MMC-nin Babək rayon filialının balansına verilmişdir.

Ardını oxu...

Culfa Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2014-cü ildə Culfa rayonunda tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib, yeni infrastruktur obyektlər fəaliyyətə başlayıb. 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 35 milyon 615 min 400 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 32 milyon 525 min 700 manat təşkil edib. Hesabat ilində Şurud kəndində kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, Bənəniyar kəndində Uşaq musiqi məktəbinin, xidmət mərkəzinin, Əlincə kəndində feldşer-mama məntəqəsinin tikintisi, Bənəniyar kəndində həkim ambulatoriyasının, kənd mərkəzinin əsaslı təmiri, Əlincə kəndində 252, Bənəniyar kəndində 648, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının yenidən qurulması, həmçinin Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi, Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilib.

Ardını oxu...

2014-cü ilin yekunları Ordubad rayonunda da müzakirə olunub. İcra Hakimiyyətində keçirilən müşavirədə məruzə edən icra başçısı Elşad Məmmədov bildirib ki, 2014-cü ildə də rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Ötən il Ordubad Rayon Suvarma Sistemləri İdarəsinin inzibati binasının yenidən qurulması, Aşağı Əylis və Nürgüt kəndlərində kənd mərkəzlərinin, Aşağı Əylis kəndində 234 şagird yerlik tam orta məktəb binasının tikintisi, Ordubad şəhərində bir yaşayış binasının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad transformator yarımstansiyası binasının əsaslı təmiri, Ordubad şəhərində bir yaşayış binasının təmiri, Akademik Yusif Məmmədəliyevin ev-muzeyinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası başa çatdırılıb. Ordubad şəhərində 3 nömrəli tam orta məktəb binasının, Məhəmməd Tağı Sidqinin ev-muzeyinin, aviakassa binasının tikintisi davam etdirilib.

Ardını oxu...

Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqub­ov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən il muxtar respublika ərazisində, ümumilikdə, 536,5 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, 441 min ədəd ağac və gül kolu əkilib. Nazirlik, tabeli idarə və müəssisələr tərəfindən 68,2 hektar sahədə meşəsalma, 151,7 hektar sahədə ting və toxumla meşəbərpa tədbirləri həyata keçirilib. Bəhs olunan dövrdə 300 mindən çox əkinəyararlı, standart ting yetişdirilərək əkin materialı kimi istifadə edilib. Dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsində ən mühüm amil kimi həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış tinglərin yetişdirilməsi məqsədilə dağlıq əraziləri əhatə edən milli park və yasaqlıq ərazilərində 2 hektara yaxın sahədə tingçilik təsərrüfatları yaradılıb. Bundan əlavə, torpaqların münbitliyinin yaxşılaşdırılması, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılması üçün Uzunoba Dövlət Meşəsi ərazisində, Uzunoba Su Anba­rının ətrafında, Əshabi-Kəhf ziyarətgahına gedən yolun və ziyarətgah ətrafında olan ərazilərdə, milli park və yasaqlıq ərazilərində, Ağbulaq İstirahət Mərkəzi ətrafında 49,4 hektar sahədə yaşıllıqlar salınıb.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatı inkişaf etdirilir, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı hər ötən ay daha da artır. Cari ilin yanvar ayında qatarlar vasitəsilə 10 min 653 sərnişin daşınmışdır. Bu dövr ərzində Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən 4 min 440 ton müxtəliftəyinatlı yük muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına çatdırılmışdır.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov hesabat dövründə Naxçıvan şəhərində həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu tədbirlərə daha bir stimul olub. Pro­qrama əsasən, inzibati binaların tikintisi və təmiri, istilik, su təchizatı və kanalizasiya, elektrik enerjisi və qaz təchizatı, yol təsərrüfatı və nəqliyyat, yaşıllaşdırma və abadlıq, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət, yaşayış sahələrinin tikintisi və təmiri, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infra­struktur təminatı sahələri üzrə genişmiqyaslı tədbirlərin reallaşdırılmasına başlanılıb. Naxçıvan şəhərində gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Gənclər şəhərciyi”nin təməli qoyulub, 80 mənzildən ibarət yeni yaşayış kompleksi istifadəyə verilib.

Ardını oxu...

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasını Daxili İşlər naziri, polis general-leytenantı Əhməd Əhmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə daxili işlər orqanlarının qarşısında da bir sıra vəzifələr qoyulub, əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsi kimi tapşı­rıqlar verilib. “Səyyar xidmət”in muxtar respublikada tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin xidməti istifadəsinə avtomobil ayrılıb. Avtomobildə quraşdırılacaq avadanlıqların alınması üçün sifariş verilib.
Qeyd olunub ki, inkişaf və tərəqqiyə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları muxtar respublikada etibarlı qorunmaqdadır. Bu səbəbdəndir ki, Naxçıvan cinayətkarlıqla mübarizənin nəticələrinə görə əvvəlki illərin müsbət nəticələrini saxlaya bilib. Hüquqi maarifləndirməyə və profilaktikaya geniş yer verildiyindən muxtar respublikada cinayətkar qrup və dəstə mövcud olmayıb.

Ardını oxu...

Azərbaycanlı hərbçi, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqda heykəli qoyulacaq.

APA-nın “Fonta­nka.ru” saytına istinadən verdiyi məlumata görə, müvafiq layihə Sankt-Peterburq Şəhərsalma Komitəsinin iclasında təsdiq olunmuşdur.
Abidənin heykəltəraşı Boris Petrov, memarı isə Gennadi Peyçevdir.
Layihənin təşəbbüskarı, Azərbaycan diasporunun nümayəndəsi Alik Mövsümov bildirmişdir ki, Azərbaycan heykəlin hazırlanması üçün vəsait ayırmağa hazırdır. Onun sözlərinə görə, layihənin gerçəkləşməsi 1 il vaxt apara bilər.
Qeyd edək ki, Hüseyn xan Naxçıvanski Rusiya-Yaponiya müharibəsində II Dağıstan süvari alayına, eləcə də I Dünya müharibəsi zamanı süvari korpusuna rəhbərlik etmiş, bir çox mükafatlara layiq görülmüşdür. Lakin II Nikolayın taxt-tacdan salınmasından sonra Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina etdiyinə görə komandanlıqdan uzaqlaşdırılmışdır. 1919-cu ildə böyük sərkərdə Petropavlovsk qalasında güllələnmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən və Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, “Naxçıvan” Sərhəd Diviziyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əməkdaşlarının iştirak etdiyi tədbiri Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının region üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı və bunun nəticəsində əmək bazarının genişlənməsi normal işlə təmin olunmayan və ya yüksək gəlirli iş axtarışında olan əcnəbilərin muxtar respublikaya gəlişini intensivləşdirib. İntensivləşən miqrasiya prosesləri həm milli təhlükəsizliyin, həm də daxili bazarın qorunması baxımından muxtar respublikada müəyyən tədbirlər görülməsini zəruri edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bununla da, muxtar respublikada əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə adıçəkilən qurumda tədbir keçirilib. Vergi orqanlarının əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Vergilər Nazirliyinin inzibati binasında davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Vergilər naziri, III dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov məruzə edərək ölkə­mizdə vergi sisteminin yaradılmasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Məruzəçi ulu öndərin ali hakimiyyətə qayıdışından sonra vergi sistemində aparılan köklü dəyişikliklərdən, dahi rəhbərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılmasından, ölkəmizdə vergi qanunvericiliyi bazasının yaradılması prosesinin uğurla həyata keçirilməsindən danışıb.

Ardını oxu...

Muxtar respublikanın sürətli inkişafı bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda müasirləşmə, yeniləşmə ilə müşayiət olunur və bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sərnişindaşıma zamanı problemlər müşahidə olunmur.

Yanvar ayında Naxçıvan-Bakı istiqaməti üzrə 86 avtobus reysi ilə 3294 sərnişin daşınmışdır. Əks istiqamət üzrə isə xidmətdən istifadə edən sərnişinlərin sayı 3224 nəfər olmuşdur. Muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, 123 marşrut xətti üzrə 297 avtobusun fəaliyyəti təmin olunmuşdur. Həmçinin ötən ay ərzində qeydiyyatda olan 484 taksidən 482-si fəaliyyətini davam etdirmişdir.

Ardını oxu...

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 15 ili tamam olur. Ötən dövrdə muxtar respublikada müasir vergi xidmətinin yaranması, yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülmüşdür.

Ölkəmizdə vergi sisteminin yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ali hakimiyyətə ikinci qayıdışından sonra vergi sistemində də köklü dəyişikliklər aparılmış, onun müasir standartlar əsasında formalaşdırılması zərurət kimi qarşıya qoyulmuşdur. “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”, – deyən ümummilli lider Heydər Əliyev vergi siyasəti sahəsində köklü islahatlar aparmışdır. Dahi rəhbərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılmışdır. Beləliklə, dövlət vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılması təmin edilmişdir.

Ardını oxu...

Muxtar respublikada hava nəqliyyatı sistemi hər ötən il daha da təkmilləşdirilir. Bu istiqamətdə görülən tədbirlər, müasir infrastrukturun yaradılması Naxçıvan Beynəlxalq Hava Limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir.

2015-ci ilin ilk ayında Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin və yükdaşımalarının etibarlı və təhlükəsiz təşkil olunması diqqət mərkəzində saxlanılmış, hava gəmilərinə və digər bütün texniki vasitələrə baxış keçirilmiş, baş verən nasazlıqlar aradan qaldırılmışdır. Uçuş-enmə zolağı və onun kənarlarındakı örtülü suötürücü kanallar yoxlanılmış, perron və dayanacaqlarda təmir işləri aparılmışdır. Yanğın nasos stansiyasının mühərriklərinə texniki xidmət göstərilmiş, işıqlandırma vasitələrinin avtomatik rejimdə işləməsi təmin olunmuşdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR