23 Dekabr 2024, Bazar ertəsi

2014-cü il Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin kollektivi üçün əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 7-də Şərur rayonu ərazisində tikilib quraşdırılmış 20,5 meqavat güclü “Arpaçay 1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyalarının işəsalma mərasimlərində iştirak edib, kollektivimizin üzvləri ilə görüşüb. Ölkə Prezidenti Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib, yeni elektrik stansiyalarının tikintisi, elektrik enerjisi ixracı potensialının artırılması sahəsində tədbirlərin davam etdiriləcəyini bildirib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin kollegiya iclasında agentliyin baş direktoru Yasin Səfərov səsləndirib. Agentliyin baş direktoru məruzəsində daha sonra bildirib ki, 2014-cü ildə muxtar respublikanın elektrik şəbəkələrinə 627995160 kvt/saat elektrik enerjisi daxil olub. Bunun 62883000 kvt/saatı İran İslam Respublikasından, 80560 kvt/saatı Türkiyə Respublikasından alınıb, 56115500 kvt/saatı Araz Su Elektrik Stansiyasında, 428804 000 kvt/saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 3298000 kvt/saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 34944200 kvt/saatı Biləv Su Elektrik Stansiyasında, 37928000 kvt/saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 550000 kvt/saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 3391900 kvt/saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında istehsal edilib elektrik şəbəkələrinə verilib. İl ərzində Türkiyə Respublikasına 102664990 kvt/saat, İran İslam Respublikasına isə 64584000 kvt/saat elektrik enerjisi ötürülüb.

Qeyd edilib ki, 2014-cü ildə 11 kilometr uzunluğunda 35 kilovolt və yuxarı gərginlikli elektrik verilişi xətti çəkilib, muxtar respublikanın şəhər və kəndlərində 42 ədəd yeni transformator yarımstansiyası qoyulub, 83 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilib, 26 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib.
“Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınması işləri davam etdirilir”, – deyən baş direktor əlavə edib ki, ötən il Türkiyə Respublikasından yarımstansiyalar üçün eleqaz açarları, ayırıcılar, turbin yağları, digər material və avadanlıqlar, Ukrayna Respublikasından transformatorlar, hopdurulmuş ağac, izolyatorlar, Rusiya Federasiyasından hopdurulmuş ağac alınıb. Ukrayna və Türkiyə respublikaları müəssisələri ilə transformator, kabel, məftil, turbin yağı alınması haqqında yeni müqavilələr bağlanıb.
2014-cü ildə sərf olunan elektrik enerjisinin miqdarı haqqında da məlumat verən Yasin Səfərov vurğulayıb ki, ötən il ərzində 6,98 faiz texniki itki nəzərə alınmaqla, işlədicilərə dəyəri 25016,1 min manat təşkil edən 416935000 kvt/saat elektrik enerjisi ötürülüb. Elektrik enerjisinin dəyərinin ödənilməsi 100 faiz olub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR