23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən və Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, “Naxçıvan” Sərhəd Diviziyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əməkdaşlarının iştirak etdiyi tədbiri Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının region üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı və bunun nəticəsində əmək bazarının genişlənməsi normal işlə təmin olunmayan və ya yüksək gəlirli iş axtarışında olan əcnəbilərin muxtar respublikaya gəlişini intensivləşdirib. İntensivləşən miqrasiya prosesləri həm milli təhlükəsizliyin, həm də daxili bazarın qorunması baxımından muxtar respublikada müəyyən tədbirlər görülməsini zəruri edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bununla da, muxtar respublikada əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Ötən dövr ərzində xidmət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin bununla yanaşı, miqrasiya prosesləri zamanı yeni çətinliklər müşahidə olunur. Buna görə də bu proseslərə hazır olmaq üçün Dövlət Miqrasiya Xidməti ilə bərabər, muxtar respublikanın milli təhlükəsizliyinin və ictimai asayişin keşiyində duran müvafiq orqanların birgə fəaliyyətinin daha da genişləndirilməsi əsas məsələlərdəndir. Bu istiqamətdə hər bir orqanın bilik və təcrübələrindən qarşılıqlı şəkildə yararlanmaq ümumi fəaliyyətin yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İsmayıl Qəribli miqrasiya sahəsində qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsindən danışıb.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Rahib Kərim­ovun “Əhalinin beynəlxalq miqrasiyasını yaradan və onun inkişafına təsir edən amillər” və Zakir Məmmədovun “Qeyri-qanuni miqrasiya və onun qarşısının alınması” mövzularında çıxışları olub, müvafiq orqanların əməkdaşları ilə qarşılıqlı müzakirələr aparılıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR