23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov hesabat dövründə Naxçıvan şəhərində həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu tədbirlərə daha bir stimul olub. Pro­qrama əsasən, inzibati binaların tikintisi və təmiri, istilik, su təchizatı və kanalizasiya, elektrik enerjisi və qaz təchizatı, yol təsərrüfatı və nəqliyyat, yaşıllaşdırma və abadlıq, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət, yaşayış sahələrinin tikintisi və təmiri, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infra­struktur təminatı sahələri üzrə genişmiqyaslı tədbirlərin reallaşdırılmasına başlanılıb. Naxçıvan şəhərində gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Gənclər şəhərciyi”nin təməli qoyulub, 80 mənzildən ibarət yeni yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin, Naxçıvan Beynəlxalq Hava Limanının inzibatı binasının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin, Bayraq Meydanı və Muzeyinin, Xatirə Muzeyinin, Gənclər Mərkəzinin və digər obyektlərin tikintisi başa çatdırılıb, bir sıra obyektlərdə yenidənqurma işləri aparılıb. Hazırda bir neçə obyektin inşası, təmiri və yenidən qurulması davam etdirilir.
İcra başçısının sözlərinə görə, 2014-cü ildə yaşıllıq zolaqlarının yaradılması diqqət mərkəzində saxlanılıb, Naxçıvan şəhəri ərazisinə 780 ədəd müxtəlif meşə, 8650 ədəd müxtəlif meyvə, 6 min ədəd həmişəyaşıl ağac, 14 min ədəd müxtəlif gül kolları, 540 ədəd müxtəlif dekorativ ağaclar əkilib. 7,5 hektar sahədə meşəsalma, 5 hektar sahədə meşəbərpa işləri aparılıb. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsi 794 hektar sahəyə qulluq göstərib.
Bundan başqa, bəhs edilən dövrdə Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində bir sıra işlər görülüb, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. 1 yanvar 2015-ci il tarixə Naxçıvan şəhərində 217 kilometr məsafədə kanalizasiya və 224,4 kilometr məsafədə içməli su xətləri çəkilib. Muxtar respublika paytaxtında bir kəhrizin təmiri başa çatdırılıb. Şəhər əhalisinin məğulluğu məsələlərinə də xüsusi diqqət yetirilib. 2014-cü ildə Naxçıvan şəhərində 1079 yeni iş yeri açılıb ki, bunun 1055-i və ya 98 faizi daimi iş yerləridir. Şəhər sakinlərinə xidmət səviyyəsinin yüksəldilməsi, onların ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, yerli sahibkarlığın dəstəklənməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam etdirilib.
Yığıncaqda Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Azər Nağıyevin, Maliyyə Şöbəsinin müdiri Aqil Həsənovun, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin müdiri Səfər Əhmədovun çıxışları olub.
Müşavirəyə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR