23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib. İclası nazir Cavid Səfərov açaraq məruzə ilə çıxış edib.

Bildirilib ki, ötən il ərzində 298 sahibkarlıq obyektində 242 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 514 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunub. Eyni zamanda əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 85 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, 259 işçi yerində həmin vasitələrlə təmin edilib, nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilib, 659 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub. Bəhs olunan dövrdə 2727 iş­axtaran qeydiyyatda olan vakant iş yerlərinə, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə, 125 nəfər kvota yerlərinə göndərilib, keçirilmiş əmək yarmarkalarında isə 1057 nəfər işlə təmin edilib. Qeyd olunan dövr ərzində əmək bazarının tələbinə uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində 25 peşə kursu təşkil edilib və kurslara 439 işaxtaran vətəndaş cəlb olunub.

Evlərdə xalça toxunuşu ənənəsini davam etdirmək üçün sosial qayğıya ehtiyacı olan 27, sağlamlıq imkanları məhdud qadınların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə isə 24 nəfərin haqqıödənilən ictimai işlərə cəlb edildiyini bildirən Cavid Səfərov deyib ki, peşə hazırlığı, haqqıödənilən ictimai işlər, vakansiyalar və işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı hazırlanıb. 2014-cü il ərzində təqaüd, sosial müavinət və ünvanlı dövlət sosial yardımına 13 milyon 510 min 926 manat vəsait sərf olunub. Ötən il 530 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidməti göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 218 şəxsin, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 323 uşağın müalicəsi təşkil edilib. Məhdud fiziki imkanlı 6 şəxsin Yunanıstan Respublikasına, sağlamlıq imkanları məhdud 6 uşağın valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, 15 uşağın isə Gürcüstanın Acarıstan Muxtar Respublikasına müalicəyə göndərilməsi təmin olunub. Müvafiq kateqoriyadan olan 399 nəfər müxtəlif texniki bərpa vasitələri ilə təmin edilib, protez-ortopedik məmulatlara və texniki reabilitasiya vasitələrinə ehtiyacı olan 216 nəfərə yerlərdə səyyar xidmət göstərilib, müvafiq kateqoriyalı şəxslərə 89 minik avtomobili təqdim edilib, sosial qayğıya ehtiyacı olan 3 ailə üçün fərdi yaşayış evi inşa olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR