23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın sürətli inkişafı bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda müasirləşmə, yeniləşmə ilə müşayiət olunur və bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sərnişindaşıma zamanı problemlər müşahidə olunmur.

Yanvar ayında Naxçıvan-Bakı istiqaməti üzrə 86 avtobus reysi ilə 3294 sərnişin daşınmışdır. Əks istiqamət üzrə isə xidmətdən istifadə edən sərnişinlərin sayı 3224 nəfər olmuşdur. Muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, 123 marşrut xətti üzrə 297 avtobusun fəaliyyəti təmin olunmuşdur. Həmçinin ötən ay ərzində qeydiyyatda olan 484 taksidən 482-si fəaliyyətini davam etdirmişdir.

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə dövlət nəzarəti etibarlı xidmətin təşkilində mühüm amillərdəndir. Bu istiqamətdə işlər 2015-ci ildə də davam etdirilmiş, yanvar ayı ərzində 15 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmişdir. Hüquqi və texniki cəhətdən standartlara cavab verən 22 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Həmçinin yol-hərəkət qaydalarına riayət edilməsi ilə bağlı yanvar ayında 4 dəfə reyd keçirilmiş və qanunsuz sahibkarlıqla məşğul olan sürücülər müəyyən edilərək müvafiq təşkilatlara məlumat verilmişdir. “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın icrasına diqqət artırılmış, yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, 137 nəqliyyat vasitəsinə “İcazə blankı” verilmişdir. Həmçinin ötən ay maarifləndirmə işi də davam etdirilmiş, Naxçıvan Avtobus Parkında muxtar respublikada sərnişindaşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə təşkil olunmuş, sərnişindaşımalarının intizam qaydaları müzakirə olunmuşdur. Bundan başqa, qış mövsümündə avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini təmin etmək üçün yanvar ayının 26-dan 30-na kimi Şərur, Culfa və Şahbuz avtovağzallarında, habelə Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan avtobus və taksilər texniki müayinədən keçirilmişdir.
Sərnişindaşıma fəaliyyətinin günün tələblərinə uyğun təşkili həm də xidmət mədəniyyətinin yüksəldilməsini şərtləndirir. Bu amil nəzərə alınaraq, avtovağzalların fəaliyyəti, eləcə də sürücülərin geyim forması, nəqliyyat vasitələrinin təmizliyi nəzarətdə saxlanılır. Sərnişinlərə göstərilən xidmətin yüksəldilməsi üçün avtovağzal binalarında istilik sistemlərinin sazlığı, iaşə xidmətinin təşkili, nəqliyyat vasitələrinin, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların qrafik üzrə hərəkəti təmin olunur.
Nəqliyyat xidmətinin yüksəldilməsi, avtonəqliyyat vasitələrində, eləcə də avtovağzal və dayanacaqlarda əhalinin rahatlığının təmin olunması məqsədilə görülən işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR