23 Dekabr 2024, Bazar ertəsi

“1990-cı illərin əvvəllərində ağır blokada vəziyyətində olan, faktiki olaraq dünyadan təcrid edilən, işğal təhlükəsi ilə daim üz-üzə qalan Naxçıvan Muxtar Respublikası erməni cəlladlarına qarşı ölüm-dirim savaşı aparırdı. Buna bax­mayaraq, naxçıvanlılar həmvətənlərinin harayına səs verib və qədim diyardan bir qrup könüllü Qarabağa yollanaraq Xocalı uğrunda, Vətən uğrunda döyüşlərə atılıb”.
Bu fikirlər fevralın 25-də Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda keçirilən elmi konfransda səsləndirildi.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirdi ki, erməni cəlladlarının Xocalının dinc əhalisinə qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə görünməmiş qəddarlıqla divan tutmaları daşnak şovinizminin iç üzünü, onun mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Hadisənin şahidi olan xarici jurnalistlər də təsdiqləyirlər ki, ermənilər və onların havadarları Xocalıda törətdikləri qəddarlıqlarla faşistləri belə üstələyiblər. Ermənilər dinc əhaliyə – körpəyə, uşağa, qadına, xəstəyə, qocaya belə aman verməyiblər.

İsmayıl Hacıyev qeyd etdi ki, Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə birgə səmərəli fəaliyyət göstərirlər.
Elmi konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Xocalı faciəsinə gedən yol”, həmin institutun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Xocalı faciəsinin mahiyyəti”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xocalı faciəsi – azərbaycanlılara qarşı soyqırımı”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanlılar Xocalının müdafiəsində” mövzusunda məruzələri dinlənildi.
Məruzəçilər faciənin törədilməsi, onun ağır nəticələri və naxçıvanlıların Xocalının müdafiəsində iştirakı barədə ətraflı məlumat verdilər.
Tədbirdə Xocalı soyqırımı reallıqlarını əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slaydlar nümayiş etdirildi.

Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR