23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda Təhsil naziri Piri Nağıyev məruzə ilə çıxış edərək bildirib ki, son 10 ildə muxtar respublikamızda 150-dən çox məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. İstifadəyə verilən bu təhsil müəssisələri təkcə rayon mərkəzlərini deyil, muxtar respublikamızın ən ucqar dağ kəndlərini də əhatə edib.
Hər il olduğu kimi, 2014-cü ildə də muxtar respublikanın hər yerində aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanıb. Belə ki, ötən il Naxçıvan şəhərində 9 nömrəli tam orta məktəb, Şərur rayonunda Şərur Texniki-Peşə və Sürücülük Məktəbi, Diyadin, Dizə, Axura, Püsyan, Kürkənd, Babək rayonunda Qahab, Naxışnərgiz, Güznüt, Ordubad rayonunda Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şurud, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin, Sədərək Rayon Təhsil Şöbəsi üçün inzibati bina isə təhsil işçilərinin istifadəsinə verilib.

Təhsil naziri bildirib ki, muxtar respublikada həyata keçirilən təhsil siyasəti öz bəhrələrini verib, ali və orta ixtisas məktəblərinə həm sənədvermədə, həm də qəbulun nəticələrində keyfiyyət və kəmiyyət artımı müşahidə olunub. 2014-cü ildə XI sinfi bitirən 3993 nəfərdən 3115-i, yəni məzunların 78 faizi ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 1557 nəfəri (49,99 faizi) oğlan, 1558 nəfəri (50,01 faizi) isə qızlardır. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfərə çatıb. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 174 olub. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunmuş məzunların 347 nəfəri 500-700 intervalında nəticə göstərib.
Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən də danışan Piri Nağıyev qeyd edib ki, yeni dərs ili başlandığı zamandan muxtar respublikamızda yerləşən Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi və daha 9 muzeylə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılıb. İlkin mərhələdə 40 məktəblə muzey arasında bağlantı yaradılsa da, haliyədə muxtar respublikamızda muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi mövcuddur.
Kollegiya iclasında Piri Nağıyev işdə buraxılan nöqsanlara da toxunub. Bildirib ki, 2013-2014-cü tədris ili ərzində təhsil prosesinə ciddi yanaşmayan, yüksək şagird və müəllim kontingenti olmasına baxmayaraq, ali və orta ixtisas məktəblərinə qəbul zamanı çox zəif nəticə göstərən ümumtəhsil məktəbləri də olub. Bu məktəblərdə pedaqoji kollektivlərin məsuliyyəti artırılmalı, nizam-intizam gücləndirilməlidir.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR