23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində “Xocalı soyqırımı XX yüz­illiyin ən ağır faciəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbiri muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova açaraq qeyd edib ki, erməni quldurlarının xalqımıza qarşı törətdikləri, dünyanın ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımından 23 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o qarlı-çovğunlu gecədə qədim tarixi olan Xocalı bir gecənin içində viran edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov “Xocalı soyqırımı XX yüzilliyin ən ağır faciəsi kimi” mövzusunda çıxış edərək bildirib ki, bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətl edilib, 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib, 1275 sakin əsir, 150 nəfər isə itkin düşüb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş bəşəri cinayətdir”, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Xocalı soyqırımı: beynəlxalq terrorizmin tərkib hissəsidir”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev “Naxçıvan əhalisinin qətiyyəti və erməni vandalizminin süqutu” mövzularında çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini alıb. 1994-cü il fevralın 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Çıxışlarda bu gün də ölkəmizdə Xocalı soyqırımının tanıdılması istiqamətində böyük işlərin görüldüyü vurğulanıb, faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün kampaniyanın davam etdirildiyi bildirilib.
Sonda Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış olub.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR