23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində də 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilmişdir.
İclasda agentliyin baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və muxtar respublikanın rayon (şəhər) Dövlət Sığorta agentlikləri öz fəaliyyətlərini 30 noyabr 2011-ci il tarixdə keçirilmiş müşavirədə verilən tapşırıqlara uyğun qurmuşdur. Bu müşavirədə muxtar respublikada sığortanın inkişafı üçün Dövlət Baş Sığorta Agentliyinə verilmiş tapşırıqlar 2014-cü ildə də muxtar respublikada bütün sığorta növlərinin inkişafında mühüm əhəmiyyət daşımış, ötən dövrdə əhalinin kütləvi sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Vurğulanmışdır ki, 2014-cü ildə 2013-cü illə müqayisədə qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyyələrinin toplanması həcmi 9,3 faiz artmış, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1568 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1957 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 158 ədəd, fiziki şəxslərə məxsus əmlakın sığortası 246 ədəd artmışdır. Ötən il sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 244 müqavilə bağlanmış, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq, 708,5 min manat sığorta haqqı toplanmışdır ki, bu, ötən ilin müvafiq dövründən 7,8 faiz çoxdur.
Qeyd olunmuşdur ki, görülmüş işlərlə bərabər, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin tərkibinə daxil olan bəzi rayon Dövlət Sığorta agentlikləri yaradılmış şəraitdən səmərəli istifadə etməmiş, ayrı-ayrı sığorta növlərinin inkişafında zəif nəticə göstərmişlər. Bildirilmişdir ki, yol verilmiş nöqsanların tezliklə aradan qaldırılması üçün Dövlət Baş Sığorta Agentliyi qarşısına qoyulmuş vəzifələrin icrasını diqqətdə saxlayaraq bundan sonra sığortanın bütün sahələrinin inkişafına, vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə çalışacaq.
Sonra çıxışlar olmuşdur.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR