23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

    Ulu öndər Heydər Əliyеv: Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır.  


 (Əvvəli qəzetin ötən sayında) 

Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir.
Müstəqilliyi qorumaq üçün, müxtəlif xarici təzyiqlərdən, təxribatlardan xilas olmaq üçün gərək Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qoruyaq, möhkəmləndirək. Bunun üçün gərək Azərbaycanda vətəndaşların birliyi, həmrəyliyi yaransın. Siyasi baxışından və cəmiyyətdə mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları – hamısını, bax bu yola dəvət edirəm.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1990-cı il dekabrın 18-də “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul etmişdir. Baş Assambleyanın qərarına əsasən, 2000-ci ildən etibarən 18 dekabr “Beynəlxalq Miqrant Günü” kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli Qanunu ilə ratifikasiya olunmuşdur.

Miqrasiya müxtəlif səbəblərdən insanların bir yerdən başqa yerə köçərək daimi və müvəqqəti olaraq öz yaşayış yerini dəyişməsidir. İctimai proses olan miqrasiya eyni zamanda iqtisadi, siyasi və mənəvi amillərin təsiri nəticəsində də baş verir. Buna görə də daha çox inkişaf etmiş və inkişaf etməkdə olan dünya dövlətləri miqrasiya məsələlərinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi və miqrantların hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlığa üstünlük verirlər. Bu gün ölkəmizdə Beynəlxalq Miqrant Gününün qeyd olunması Azərbaycan dövlətinin miqrasiya proseslərinə həssaslıqla yanaşaraq milli və irqi ayrı-seçkilik olmadan tənzimlənməsində maraqlı olduğunu göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planına əsasən, dekabrın 17-də AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının inkişafı” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Bu gün keçirilən elmi konfrans da həmin tədbirlər planının tərkib hissədir.

Ardını oxu...

Dekabrın 16-da Belqrad şəhər meriyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın Serbiyadakı Səfirliyinin və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Serbiya hökuməti və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, burada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Serbiyada yaşayan həmvətənlərimiz və çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Ardını oxu...

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və imzası ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə Azərbaycançılıq ideyalarının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından önəmlidir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının dekabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda keçirdiyi elmi konfransda çıxış edən partiyanın Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bu barədə ətraflı söhbət açdı.
“Ümummilli lider Heydər Əliyev və milli ideologiya məsələləri” mövzusunda çıxış edən Elman Cəfərli bildirdi ki, ulu öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görüb, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edib.

Ardını oxu...

23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Seçki məntəqəsinin açılması
Seçki günü səhər saat 700-dən gec olmayaraq, məntəqə seçki komissiyasının üzvləri seçki məntəqəsini səsvermə prosesinə hazırlamaq üçün toplaşırlar. Məntəqə seçki komissiyasının bütün üzvləri işə hazır olmalıdırlar. Seçki məntəqəsi açılmazdan əvvəl məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında aparılan vəzifə bölgüsünü təsdiqləyir və onlar öz iş yerlərini tuturlar. Məntəqə seçki komissiyası üzvlərinin vəzifə bölgüsü sədrin razılığı ilə komissiya üzvlərinin fikirləri nəzərə alınmaqla dəyişdirilə bilər. Seçki məntəqəsinin açılışına hazırlıq üçün sədr və ya onu əvəz edən komissiya üzvü aşağıdakı tapşırıqları verir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti   

Ulu öndər Heydər Əliyеv: Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqil­liyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir.


(Əvvəli qəzetin ötən sayında)

Son illərdə büdcədən maliyyələşdirilən təşkilatlarda işçilərin əməkhaqları bir neçə dəfə artırılmış, böyük qrup ədəbiyyat, incəsənət və elm xadimlərinə, habelə gənc istedadlara fərdi təqaüdlər müəyyən edilmişdir. Məsələn, 1999-cu il avqustun 1-dən dövlət büdcəsindən maliyyələşdirilən bir sıra müəssisə və təşkilatlarda işləyən fəhlə və qulluqçuların əməkhaqları 1,8 dəfə, 2000-ci il yanvarın 1-dən təhsil işçilərinin, aprelin 1-dən elm, mədəniyyət və sosial təminat sahələrində çalışan işçilərin əməkhaqları 25 faiz artırılmışdır.
2000-ci il yanvarın 1-dən əməkhaqqının vergi tutulmayan minimum həddi 60 min manatdan 100 min manata qaldırılmışdır ki, bu da ölkə vətəndaşlarının real gəlirinin artmasına xeyli imkan yaradır.
Ölkədə vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində orta aylıq pensiyanın məbləği 2 dəfədən çox artmışdır.
2000-ci il ərzində işləməyən əhaliyə ödəniləcək pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilmişdir. Hazırda bu sahədə praktik olaraq borc qalmamışdır və yaxın günlərdə dekabr ayı üzrə pensiya və müavinətlər tamamilə ödəniləcəkdir. 1999-cu ildə əhaliyə ödənilən pensiyaların məbləği 635 milyard manat olduğu halda, cari ildə 810 milyard manata çatmış və ya 16,5 faiz artmışdır. Müavinətlər isə keçən illə müqayisədə 12,7 faiz çoxalmışdır.

Ardını oxu...

Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçirilən “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev açaraq bildirmişdir ki, son 19 ildə muxtar respublikada bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu uğurlardan gənclərə də xeyli pay düşür. Bu gün gənclər muxtar respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artı­rılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması isə muxtar respublikada gənclər sahəsində görülən işlərə daha bir təkan vermişdir.

Ardını oxu...

Bu illər Ordubad rayonunda da pozulmaz izlər salıb

Tarixdən gələn səslər və ya muxtariyyətəqədərki dövrə ümumi baxış

Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad – Naxçıvan adlı sevgimin, doğulub boya-başa çatdığım yurdun bir parçası.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.
İlkin yaşayış məskənlərimizdən biri Ordubaddadır. Bu, Nuhun ayağı dəydiyi torpaqdır – Gəmiqaya.
XVII əsr tarixçisi İ.Münşi bu qədim yurd yerimiz haqqında yazırdı: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”.
Ulduzu Günəş olan, tərifi behiştin tərifi ilə yanaşı tutulan bu qədim torpağın tarixini öyrənmək üçün ən etibarlı qaynaq bu şəhərin, bu rayonun tarixi-memarlıq abidələridir. Bu gün iki böyük şəhərin izləri yaşayır Ordubadda – Gilan və Azad şəhərlərinin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasında iştirak edən və həyatını gənc nəslin maariflənməsində şam kimi əridən unudulmaz şəxsiy­yətlərdən biri də Mirzə Əbdüləzim Rüstəmovdur. Bu ictimai xadim, maarif fədaisi haqqında axtarışlara 1980-ci illərdən başlamışıq. Həmin illərdə onun sədaqətli həyat yoldaşı Fatma xanım Nəsirbəyova sağ idi və Əbdüləzim müəllimə aid sənədlərin və fotoşəkillərin hamısını qoruyub saxlayırdı. Həmin şəxsi arxivlə tanışlıq zamanı və sonralar da hiss etdim ki, bu böyük şəxsiyyət niyəsə “unudulmuşlar” siyahısındadır. Axtarışları arxivlərdə davam etdirdikcə hər şey mənə aydın oldu. Onun 1918-1920-ci illərdə Naxçıvanın və eləcə də Zəngəzurun erməni daşnaklarından müdafiəsində böyük xidmətləri olub. Sonralar Naxçıvanda siyasi işlərdə fəal iştirak edib və onun taleyində Naxçıvan tarixi mühüm rol oynayıb. 

Ardını oxu...

Naxçıvan geosiyasi mövqeyi baxımından mühüm əhəmiyyət kəsb edən bir diyardır, Türk dünyasını bir-birinə bağlayan körpüdür. Naxçıvan “Türkün qapısı”dır. Bu qapının açıq olması Türk dünyasının beynəlxalq siyasətdə güc qazanması, türkdilli dövlətlərin güclü olması deməkdir. Bu məqalədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın geosiyasi mövqeyini, Türk dünyasında daşıdığı önəmi təhlil etməyə çalışmışıq. Naxçıvanın ərazi bütövlüyünün qorunması və muxtariyyət statusu Qars müqaviləsi ilə əldə edilmiş tarixi reallıqdır. Bəs bu anlaşmaya gedən yol haradan başlayır?

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə əyani sübutdur.

(Əvvəli qəzetin ötən sayında)

Cari ildə diri çəkidə 195 min ton ət, 1070 min ton süd, 550 milyon ədəddən çox yumurta, 12 min tona yaxın yun və 70 tondan çox barama istehsal olunmuş, heyvandarlıq məhsulları istehsalı 1999-cu ilə nisbətən 3,7 faiz artmışdır.
Bitkiçilik və heyvandarlıq məhsulları istehsalında qazanılmış uğurlar kənd təsərrüfatının ümumi məhsulunun keçən illə müqayisədə 12,0 faiz artmasına imkan vermişdir.
Kənd təsərrüfatında aparılan islahatları dəstəkləmək, bu sahədə çalışan adamlara kömək etmək və problemləri aradan qaldırmaq məqsədilə 1999-cu ilin yazında xüsusi qanun və fərmanlar qəbul edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilməsi, həmçinin büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın (neft məhsullarının) güzəştli satışı və digər tədbirlər bu sahədə dövlət qayğısının təzahürüdür. Həmin tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalına əhəmiyyətli təsir göstərmişdir. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bu sahədə görülən işlərin məqsədyönlü və sistemli şəkildə aparılması üçün aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair dövlət proqramı təsdiq edilmişdir.

Ardını oxu...

Hər bir ölkədə inkişaf o zaman təmin olunur ki, onun qarantı olan vahid konsepsiya və bu konsepsiyanı əməli işə çevirən siyasətçilər olsun. Vətəni, xalqı böyük hədəflərə doğru aparmaq qüdrətində olan yetkin siyasi liderlər isə az-az yetişir. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevlə birgə çalışaraq böyük dövlətçilik təcrübəsi qazanan cənab Vasif Talıbovun 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə qədim Naxçıvanın tarixində yeni bir inkişaf səhifəsi açılmışdır. Bu dövrdən başlayaraq muxtar respublikada həyata keçiri­lən tədbirlər əməl və əqidə birliyinin nəticəsi kimi yüksək dəyərə malikdir.
“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçiril­məsinə həsr edəcəyəm”, – deyən Ali Məclisin Sədri Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Muxtar respublikamızda əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu gün ulu öndərin ideyalarına sadiqlik əsasında həyata keçirilən islahatlar Naxçıvanın gələcək inkişafına təminat verir.

Ardını oxu...

Dekabrın 11-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərin­­dəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları ümummilli liderin Qars şəhərinin “Ərzurum” küçəsindəki abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Sonra Baş Konsulluqda mərasim keçirilmişdir. Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə çıxış edən Baş konsul Ayxan Süleymanov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin siyasi xətti ölkəmizin hərtərəfli inkişafına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan Respublikası ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır.

Ardını oxu...

Dekabrın 11-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xati­rəsinə həsr olun­muş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat vermiş, ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider istər sovet imperiyası dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkə­mizdə ardıcıl islahatlar həyata keçirmiş, sürətli sosial-iqtisadi inkişafa və sabitliyə nail olunmuşdur. Azərbaycanın bugünkü sürətli inkişafı, mövcud sabitlik ümummilli liderin müdrik siyasətinin bəhrəsidir.
Baş konsul Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmiş, bu gün hər iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, dost və qonşu ölkə olan İranda, o cümlədən Təbriz şəhərində də hər il ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir.

Ardını oxu...

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında böyük ehtiramla yad edilmiş, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin abidəsini ziyarət etmişlər.
Ümummilli lider Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti Vətənə, xalqa xidmətin ən kamil nümunəsidir. Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaldaraq ümummilli lider səviyyəsinə yüksələn dünya şöhrətli siyasətçi tarixin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Ulu öndər həmişə xalqını, Vətənini, millətini düşünmüş, canı qədər sevdiyi Azərbaycanın müstəqilliyi və tərəqqisi yolunda öz xi­laskarlıq missiyasını yorulmadan həyata keçirmişdir.

Ardını oxu...

Şərur rayonu

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, ulu öndərimizin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan vermişdir. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatır­layırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək demişdir: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Rayon sakinləri ulu öndərin bu tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, onlarla müasir bina inşa olunmuşdur. Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları müasir binalarda fəaliyyət göstərir. Bu isə torpaq qədri bilən, yurd təəssüblü şərurlulara yüksək səviyyədə çalışmağa imkan verir.
Bu gün ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Şərur inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

Dünən Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Məşğələni ali təhsil müəssisəsinin rektoru, professor Oruc Həsənli açıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının 50 illik bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə sıx bağlıdır. 1969-cu ilə qədər Naxçıvanın iqtisadiyyatı və mədəniyyəti çox ləng inkişaf edirdi, bir çox göstəricilərə görə muxtar respublika ölkənin ayrı-ayrı bölgələrindən çox geridə idi. Həmin dövrdə mərkəzi hakimiyyət də təbii sərvətlərlə zəngin olan muxtar respublikada məhsuldar qüvvələrin inkişafına bilərəkdən etinasızlıq göstərirdi. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycandan təcrid vəziyyətinə salınmış Naxçıvanı iqtisadi cəhətdən zəif inkişaf etmiş regiona çevirmək, bu yolla naxçıvanlıları ata-baba torpaqlarından didərgin salmaq siyasəti yeridilirdi. Lakin 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra, digər bölgələrimiz kimi, Naxçıvan da inkişaf yoluna qədəm qoydu.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyev fitri istedadına, dərin zəkasına, xarakterinin bütövlüyünə, iradə qüvvəsinin sarsılmazlığına, doğma torpağına, xalqına, milli-mənəvi dəyərlərimizə məhəbbətinə söykənərək xalqımızın ən yuksək mənəvi-intellektual keyfiyyətlərinin, siyasi potensialının daşıyıcısına çevrilmiş, bir qərinədən artıq müddətdə çox böyük uğurla ölkəmizə rəhbərlik etmişdir. Şübhəsiz ki, bu, adi bir insan, sadəcə, bir rəhbər ömrü deyil – bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının işıqlı və xoşbəxt gələcəyinə həsr etdiyi möhtəşəm bir həyat salnaməsidir.

Bu gün ümummilli liderimizin siyasi fəaliyyət dövrünün səhifələrini bir daha vərəqləməklə şahid oluruq ki, ulu öndərin hakimiyyətinin birinci dövrü – ХХ əsrin 70-80-ci illəri Azərbaycanımızın çiçəkləndiyi, inkişaf və tərəqqi yolunda inamla irəlilədiyi şərəfli bir dövr olmuşdur. SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyevin 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başladı.­

Ardını oxu...

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə müasir Azərbaycan Respublikasının qurucusu və onun tarixi dövlətçilik ənənələrini özünə qaytarmış ümummilli lider Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad edib, nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxıblar.
Anım tədbiri Milli Təhlükəsizlik Nazirliyinin akt zalında davam etdirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına keçid məqsədilə islahatların aparılması kursu müəyyənləşdirildi və ardıcıl olaraq məqsədyönlü islahatlar proqramı həyata keçirilməyə başlandı. Keçən dövr ərzində Azərbaycan ən radikal iqtisadi islahatlar aparmağa qadir olduğunu sübut etdi.


  (Əvvəli qəzetin ötən sayında)

Bu gün Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı tələbləri bütün dünya ölkələri, beynəlxalq və regional təşkilatlar tərəfindən dəstəklənir. Bu, Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsidir.
Azərbaycan diplomatiyasının son illərdə dövlətimizin müstəqilliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün təmin olunmasında, habelə bütün ölkələrlə hərtərəfli, bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurmaq sahəsində qazandığı böyük uğurlar Azərbaycanın xarici siyasət kursunun düzgünlüyünə, milli maraqları dünyada gedən proseslərlə faydalı şəkildə uzlaşdırmağa qadir olduğuna dəlalət edir.
Xarici siyasət sahəsində köhnə iqtidardan miras qalmış ən mürəkkəb və ağrılı problem Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycanda olan daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, müxtəlif qüvvələrin törətdiyi təxribat əməlləri, Ermənistan silahlı qüvvələrinə xaricdən edilən xüsusi yardım Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratdı. Bu işğal öncə Dağlıq Qarabağın ərazisini, sonra onun ətrafında olan bir neçə rayonun ərazisini əhatə etdi. İndi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımız çadırlarda ağır vəziyyətdə yaşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş”Dahilik zirvəsi”adlı anım tədbiri keçirilib. Tədbirdə mərkəzin direktoru Elxan Məmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Dahi şəxsiyyət Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun xoş, firavan gələcəyinə həsr edib.

Ardını oxu...

Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlir, tarix yaradırlar. Tarix yaratmaq isə hər kəsə nəsib olmur.
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan şəxsiyyət­dir. Siyasət olimpinin ən yüksək zirvələrini fəth etmiş görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Adı müasir tariximizə qızıl hərflərlə yazılan ulu öndərimizin ömür yolu xalqa xidmət nümunəsidir. “Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamlarında ona dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib”. Bu, hər bir azərbaycanlının və dünyanın məşhur siyasətçilərinin yekdil fikridir. Həyatının son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünən ulu öndərimiz müstəqil, dünyada öz sözü və yeri olan qüdrətli Azərbaycan dövlətini yaratmışdır.
Ulu öndər Heydər Əliyev özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz xalqımızın böyük oğlu Heydər Əliyevə məxsusdur.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkə­mizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əlİyеv: Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib. Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.


 (Əvvəli qəzetin ötən sayında)

Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını aldı. Bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi. Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi.

Ardını oxu...

Adı insanların qəlbində heykəlləşmiş şəxsiyyətlərin kimliyi soruşulmaz! Onlar neçə yüzildəbir doğulur və əməlləriylə əbədiyyət qazanır, daim xalqın yoluna nur salırlar.
Tanrı yaratdığı insanlara yaradıcılıq imkanı bəxş etmişdir:
Onun qurub-yaratmaq eşqi, yaradıcı gücü tükənməz idi.
Tanrı öz qüdrəti ilə qüdrətləndir­diklərinə qüdrətləndirə bilmək imkanı vermişdir:
Onun qüdrəti bir xalqın qüdrətini özünə qaytardı və onu qüdrətləndirdi.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə­də hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı... İlk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. 


(Əvvəli qəzetin ötən sayında) 

Əgər Mütəllibovun hakimiyyəti dövründə ziddiyyətli daxili və xarici siyasət yeridilirdisə, dövlət idarəçiliyi Moskvanın diktəsi ilə aparılırdısa və hər şey SSRİ-nin bərpa olunmasına tabe edilirdisə, indi beynəlxalq siyasətin obyektiv reallıqlarına, Azərbaycan vətəndaşlarının istək və arzularına zidd, obyektiv gerçəkliyi nəzərə almayan, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə kəsb edən siyasət yeridilirdi.

Region dövlətləri və qonşularla əsassız gərginliyin yaradılması, Azərbaycanın daxilində etimadsızlıq mühitinin formalaşdırılması və digər hallar getdikcə çox ciddi zərərli nəticələr verirdi.
Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət həm də ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, ayrı-ayrı məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini təkzib edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdu.
Hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən tez-tez səsləndirilən məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri və vəzifələri, prinsipləri və istiqamətləri haqqında beynəlxalq aləmdə yanlış rəy yaradır, onun sivil dünya dövlətlərindən təcrid edilməsinə səbəb olurdu.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər dünən anım mərasimi ilə yekunlaşıb.
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə gerçəkləşdirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan danışıb. Qeyd olunub ki, ümummilli lider xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə Azərbaycanın dinamik inkişafına, beynəlxalq arenada layiqincə təmsil olunmasına nail olub.
Universitetin Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” adlı məruzəsində qeyd edib ki, çətin və mürəkkəb bir dövrdə yenidən siyasi hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev xalqımızın unudulmaz rəhbəri, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi Azərbaycan tarixində silinməz iz qoyub.

Ardını oxu...

Dünən “Miqrantların hüquqlarının müdafiəsi: dövlətdaxili və beynəlxalq standartlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Özəl Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq bildirdi ki, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında İnsan hüquqları haqqında Ümumdünya Bəyannamə qəbul edilib və Baş Assambleyanın 423 saylı qətnaməsi ilə bütün ölkələrə Bəyannamənin qəbul edildiyi günü rəsmi olaraq “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd edilməsi tövsiyə olunub. Bu günün qeyd edilməsində əsas məqsəd dünya dövlətlərinin, xalqların və millətlərin diqqətini bəşəriyyətin inkişafının əsas amalı olan insan hüquqları, onun müdafiəsi, bu hüquqlara hörmət, o cümlədən insan hüquqları ideyasının daha geniş təbliğ edilməsinə cəlb etmək və bu istiqamətdə dünya ictimaiyyətinin səylərini birləşdirmək, beynəlxalq əməkdaşlığa nail olmaqdır.

Ardını oxu...

Naxçıvan Özəl Universitetində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə ali təhsil müəssisəsinin rektoru İsmayıl Əliyev açıb.
AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, burada doğulub boya-başa çatan, ilk təhsilini burada alan ulu öndər Heydər Əliyevin zəngin fəaliyyəti Naxçıvanda bütün sahələrin inkişafına zəmin yaradıb, bu inkişafın daimiliyinə əbədi işıq yandırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə qədər muxtar respublika Azərbaycanın geridə qalmış əyalətlərindən biri idi. Bu, özünü təsərrüfatın bütün sahələrində göstərirdi. Digər regionlarla müqayisədə Naxçıvanda iqtisadiyyata əsaslı vəsait qoyuluşu aşağı səviyyədə idi. Belə ki, 1966-1968-ci illərdə muxtar respublikaya kapital qoyuluşu 90 milyon manat olmaqla hər ilə orta hesabla 30,3 milyon manat olub. Dahi rəhbərin hakimiyyətə gəlməsi ilə bu rəqəm iki ildə – 1969-1970-ci illər – 105 milyon manat, yəni orta hesabla 50 milyon manatdan artıq olub. 1969-1970-ci illərdə sənaye məhsulunun artımı əvvəlki üç ildəkindən 4,1 dəfə çox olub. Alimin sözlərinə görə, belə inkişaf həyatın bütün sahələrində nəzərə çarpırdı.

Ardını oxu...

Xalqımızın çoxəsrlik tarixinin son yarıməsrə yaxın bir dövrü Heydər Əliyev epoxası kimi öyrənilir. Bu epoxada isə müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunması mühüm yer tutur ki, belə bir müqəddəs missiyanın reallaşmasına görə xalqımız dahi şəxsiyyət Heydər Əliyevin mükəmməl dövlətçilik fəaliyyətinə borcludur. Bu dövlətçilik fəaliyyətində isə daha çox önəm verilən sahələrdən birinin məhz təhsil olduğunu görürük. 

Ulu öndər Heydər Əliyev həm Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə, həm də 1993-cü ildən sonra ölkədə təhsilin və elmin inkişafını prioritet bir sahə kimi daim diqqət mərkəzində saxlamış, bu sahənin çağdaş tələblərə cavab verəcək səviyyəyə yüksəldilməsini gərəkli və vacib saymışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 fevral 1995-ci ildə bir qrup qabaqcıl təhsil işçisi ilə görüşündə yaxın keçmişlə bağlı hadisələri bir daha nəzərdən keçirərək demişdir:

Ardını oxu...

23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!
Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

Ardını oxu...

Ordubad rayonunda “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu – multikulturalizm” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayevin “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu – multikulturalizm” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən parlaq dövlət xadimidir. Ölkəmizə həm birinci, həm də ikinci rəhbərliyi dövründə onun fəaliyyəti yalnız və yalnız ümummilli mənafelərə xidmətlə bağlı olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının dekabrın 9-da Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirdiyi konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bu fikirləri səsləndirdi.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri bildirdi ki, ulu öndər Heydər Əliyev Vətəninə göstərdiyi əvəzsiz xidmətlərlə xalqımızın bütün tarixi ərzində ümummilli lider səviyyəsinə yüksələn yeganə dövlət xadimi kimi qəlbimizdə özünə əbədi abidə ucaldıb. Bu gün dünyanın siyasi xəritəsində və beynəlxalq siyasi mühitdə mövcud olan dövlətlər içərisində özünəməxsus yeri və rolu olan müstəqil Azərbaycan Respublikası ulu öndərimiz Heydər Əliyevin öz xalqına miras qoyduğu şah əsəridir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada Naxçıvan Özəl Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövründən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün bölgələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi diqqət və qayğı göstərib. Hələ sovetlər dövründən başlayaraq muxtar respublikada enerji, kənd təsərrüfatı, sənaye, eləcə də elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi sonralar Azərbaycan müstəqillik qazandıqdan sonra regionun infrastruktur inkişafında mühüm rol oynayıb.

Ardını oxu...

Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləmiş, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Vətənpərvərliyin mahiyyətindən danışarkən ümummilli lider bunun mənəviyyatla bilavasitə bağlılığını vurğulayaraq qeyd edirdi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

Ardını oxu...

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
“İnsan hüquqları haqqında Ümumi Bəyannamə” insan hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini və digər məsələləri nəzərdə tutur. Bu mənada bəyannamə insan hüquqlarının toxunulmazlığına təminat verən əsas beynəlxalq sənəddir.
Sülh və insan hüquqları bir-birindən ayrılmazdır. İnsan hüquqlarına yalnız sülh və əməkdaşlıq şəraitində əməl olunur. Bütün ölkələrdə bu hüquqların tapdalanması bəşəriyyətə qarşı cinayətlərlə və sülhün pozulması ilə nəticələnə bilər.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin idi. Müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi töhfə kimi xalqımızın əvəzsiz milli sərvəti olmaqla bərabər, onun rəhbərlərindən tutmuş hər bir vətəndaşı qarşısında böyük məsuliyyət qoyurdu.


 (Əvvəli qəzetin ötən sayında) 

Xatırlayaq ki, bütün bunlar baş verdiyi zaman artıq SSRİ-nin dağılması heç kimdə şübhə yaratmırdı və ittifaq respublikalarının bir çoxu öz müstəqilliyini bərpa etmişdi. SSRİ-də 1991-ci il 19-21 avqust dövlət çevrilişini tələm-tələsik müdafiə edən başda Ayaz Mütəllibov olmaqla Azərbaycan Kommunist Partiyasının rəhbərliyi xalqın artan təzyiqini, eləcə də öz hakim mövqeyini saxlamaq üçün 1991-ci il avqustun 30-da Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul etməyə məcbur oldu.

Əslində, bu bəyannamənin qəbul edilməsi və həmin gün Bakıda fövqəladə vəziyyətin ləğv olunması sentyabrın 8-də Azərbaycanda keçiriləcək prezident seçkilərini təmin etməyə yönəldilmişdi. Bu sessiyada deputatlardan bir neçəsinin təkidinə baxmayaraq, o zamankı rəhbərlik referendum yolu ilə müstəqillik haqqında xalqın rəyini öyrənməyi lazım bilmədi. Bundan başqa, müstəqillik haqqında bəyannamə iki həftə ərzində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsini nəzərdə tutsa da, naməlum səbəblərdən bu iş düz 48 gün, yəni oktyabrın 18-nə qədər, onun dərc olunması isə daha 20 gün yubadıldı. Konstitusiya Aktı qəbul edilərkən Ali Sovet bu haqda referendum keçirmək haqqında qərar qəbul etməli idi. Bu da naməlum səbəbdən noyabrın 15-nə qədər yubadıldı.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: SSRİ-nin dağılmasının qarşısında öz acizliyini dərk edən Sovet hakimiyyəti 1991-ci il martın 17-də ümumittifaq referendumu keçirdi. Rəsmi elan olunmuş nəticələrə görə, referendumda əhalinin 80 faizi iştirak etdi və guya onların 76 faizi ittifaqın saxlanmasına səs verdi. Azərbaycanda da bu referendumun nəticələri kobud surətdə saxtalaşdırıldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli strukturlarının zorla keçirdikləri bu referendumda o zaman yalnız Naxçıvan Muxtar Respublikası iştirak etmədi.


 (Əvvəli qəzetin ötən sayında)

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin iclasındakı çıxışımda respublikada o dövrdə yaranmış gərgin vəziyyəti, mövcud olan dərin siyasi böhranı şərh edərək təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsindən, o cümlədən Bakıda fövqəladə vəziyyətin ləğv edilməsindən, Dağlıq Qarabağ probleminin tədricən Dağlıq Qarabağ faciəsinə çevrilməsi təhlükəsindən, Azərbaycan Kommunist Partiyasının ləğv edilməsinin zəruriliyindən söz açdım. Tarixə nəzər salarkən qeyd etdim ki, “Azərbaycan xalqı 20-ci ildən indiyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb. Biz 22-ci ildən SSRİ-nin tərkibindəyik.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda açıq dərs keçilib.
Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirak etdiyi açıq dərsdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Universitetin Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda mühazirə oxuyub.

Ardını oxu...

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və qanunvericilik bazasının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Kon­s­­titusiyasında ilk dəfə olaraq bələdiyyələrin statusu müəyyənləşdirildi.
Ümummilli lider Heydər Əliyev çıxışlarında bələdiyyələrin yaradılması ilə əlaqədar demişdir: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Ardını oxu...

Dünən AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 63-cü məşğələsi keçirilib. Tədbiri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açıb.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin ilk dövrü Naxçıvandan başlasa da, onun siyasi fəaliyyəti daha çox Bakı və Moskva ilə bağlı olub. Lakin bu zirvələrə aparan yol Naxçıvandan başlayıb, bu böyük Azərbaycanlı həyatının ilk illərini burada keçirib, ilk təhsilini Naxçıvanda alıb. Ümummilli lider Heydər Əliyev özü bu torpağın qeyri-adiliyindən, əsrarəngiz təbiətindən, dağlarından, insanlarından, kəskin kontinental iqlimindən dəfələrlə bəhs edib və həyatında Naxçıvanın önəmli rol oynadığını xatırlayıb.

Ardını oxu...

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişaf mərhələsinin əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Bu dövrdən başlayaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində rabitə sahəsinin inkişafına hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndərin diqqət və qayğısı nəticəsində rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasında, ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alim və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıqlar istehsal edən zavodlar tikilərək istifadəyə verilmiş, elmi-tədqiqat müəssisələri yaradılmışdır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan təhlil göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi. 


 (Əvvəli qəzetin ötən sayında)

Bütün bunlar nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə əsas vermiş, 70-ci illər ərzində, 80-ci illərin ortalarına qədər respublikanın sənaye istehsalını yüksək artım templəri ilə təmin etmişdi. Bircə faktı qeyd etmək kifayətdir ki, doqquzuncu və onuncu beşilliklər ərzində 1945-ci ildən 1970-ci ilə qədər dövrdəkinə nisbətən daha çox məhsul istehsal olunmuşdu.

Ardını oxu...

23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!

Vətəndaşların və siyasi partiyaların qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı təşviqat aparmaq hüququ vardır.
Seçkiqabağı təşviqat vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Natiq Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Rektor bildirib ki, Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ideyalarını yaradıcılıqla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə­miz daha işıqlı gələcəyə doğru inamla addımlayır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.


(Əvvəli qəzetin ötən sayında)
Üçüncü mərhələ 1920-ci ilin aprelindən başlanır. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da, o, öz müstəqilliyini saxlamış, aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdı. Azərbaycanda xarici ölkə­lərin nümayəndəlikləri, o cümlədən Rusiya konsulluğu da fəaliyyət göstərirdi. Azərbaycanın bu dövrdə yürütdüyü uğurlu siyasətin təzahürlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində aparılan işlər, Moskva və Qars müqavilələri, Genuya konfransı sayıla bilər. 1920-ci ildə Bakıda Şərq xalq-larının birinci qurultayı keçirildi.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzüblər, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər. Məktəbin akt zalında “Heydər Əliyev və Naxçıvan” mövzusunda keçirilən lektoriyanı giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, hər bir dövləti qüdrətli edən, adını şöhrətləndirən, yüksəklərə qaldıran, nüfuzunu artıran amillərdən ən aparıcısı ona rəhbərlik edən siyasi rəhbərdir. Yalnız ölkə başçısının ölkəni idarəetmə bacarığı, təcrübəsi, eyni zamanda şəxsi nüfuzu ölkənin tanınmasına, beynəlxalq aləmdə dayanıqlı yer tutmasına böyük təsir göstərir. XX əsrin 60-cı illərindən başlayaraq müəyyən fasilələrlə Azərbaycan dövlətinə rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev belə siyasi rəhbərlərin fövqündə dayanan görkəm­li dövlət xadimidir.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da azsaylı xalqların nümayəndələrinin mədəni irsinin qorunmasına və dini azadlığına çox hörmətlə yanaşılır.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm və dini məsələlər” mövzusundakı konfransda bu barədə danışıldı.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov bildirdi ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlü­lük mühiti onu çoxmillətli, çoxkonvensiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.

Ardını oxu...

 Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.


(Əvvəli qəzetin ötən sayında)

2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur.

Ardını oxu...

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın bu ölkə­dəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
Əvvəlcə Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səsləndirilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR