23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da azsaylı xalqların nümayəndələrinin mədəni irsinin qorunmasına və dini azadlığına çox hörmətlə yanaşılır.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm və dini məsələlər” mövzusundakı konfransda bu barədə danışıldı.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov bildirdi ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlü­lük mühiti onu çoxmillətli, çoxkonvensiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir”, Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova “Multikulturalizm siyasəti beynəlxalq təcrübədə” mövzularında çıxışlar ediblər.
Qeyd olunub ki, multikulturalizm müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Konfransda mövzu ətrafında geniş diskussiyalar aparıldı.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR