23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Natiq Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Rektor bildirib ki, Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ideyalarını yaradıcılıqla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə­miz daha işıqlı gələcəyə doğru inamla addımlayır.

Naxçıvan Muxtar Respublikasında da ulu öndəri­mizin yolu uğurla davam etdirilir. Blokadada olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağı özünün əsl inkişafına qovuşub.
Məşğələdə “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışaraq bildirib ki, müstəqil Azərbaycan xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Ümummilli liderin muxtar respublikadakı siyasi fəaliyyətindən geniş söhbət açan prorektor vurğulayıb ki, ulu öndər Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyətinin qorunmasında, siyasi-iqtisadi əlaqələrinin inkişafında, Azərbaycançılıq ideologiyasının və müasir milli dövlətçilik ənənələrinin yaşadılmasında əvəzsiz xidmətlər göstərib.
Qeyd edilib ki, ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən nəinki Naxçıvan torpağının toxunulmazlığı, bütövlükdə, Azərbaycanın tərəqqisi, diplomatik münasibətlərin inkişafı və digər taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul edib. Məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında və qorunmasında əhəmiyyətli tarixi-siyasi rol oynayıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR