Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş”Dahilik zirvəsi”adlı anım tədbiri keçirilib. Tədbirdə mərkəzin direktoru Elxan Məmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Dahi şəxsiyyət Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun xoş, firavan gələcəyinə həsr edib.
Sonra mərkəzin əməkdaşlarından Nərminə Heydərova, Gülsüm Hüseynova və başqaları çıxış edərək bildiriblər ki, bu gün bütün sahələrdə əldə edilən uğurlar onu deməyə əsas verir ki, ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafının möhkəm təməllər üzərində qurulmasına nail olub. Azərbaycan xaosdan sabitliyə, inkişafa qədəm qoyub və bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyev ölkəmizi bölgənin lider dövlətinə çevirib.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Xəbərlər şöbəsi